İMMUNİTETİN GÜCÜ

İNSANIN İMMUN ÇATIŞMAMAZLIĞI VİRUSUİmmunitet bizi xəstəliklərdən müdafiə edir. Əgər immunitet zəifləyibsə və nəticədə immun sistemi hüceyrələrinin orqanizmi qorumaq qabiliyyəti aşağı düşübsə, bu bizi bütün xəstəliklər qarşısında aciz edir.

İmmunitet sağlamlığımızın əsasıdır və bu əsas yoxdursa, səhhətimiz pozula bilər.

Beləki immun sistemi insan orqanizmində iki vacib prosesə cavabdehdir:

loading...
  1. Orqanizmi müxtəlif mənşəli infeksiyalardan (bakteriya, mikrob, göbələk və s.) qorumaq.

  2. Öz işini başa vuran və ya zədələnən, qocalmış hüceyrələri əvəz etmək.

İmmunitetin bu işlə məşğul olan milyardlarla hüceyrəsi, immunoqlobulin zülalı və s. var.

İmmun çatışmazlığına çox şey səbəb ola bilər, onların arasında qeyri-düzgün qidalanma, stress, pis emosiyalar, azhərəkətlilik, təmiz havada az olmaq, yuxusuzluq, izafi iş və s. önəmli yer tutur. Biz xəstələnəndə də immunitet zəifləyir. Məsələn, qrip virusları orqanizmin immun reaksiyasını tormozlayır.

Havanın müxtəlif kansorgenlərlə (kimyəvi maddələr, radiasiya) zəhərlənməsi də immun reaksiyasına mənfi təsir göstərir.

Dünyadakı bütün xəstəliklərin 80%-i immun sisteminin işinin pozulması ilə bağlıdır.

loading...

Bunuda oxu...