İMMUNİTETİ GÜCLƏNDİRƏCƏK MENYU

Məlumdur ki, pəhriz saxlayanda immunitet aşağı düşür, orqanizm zəifləyir. Pəhriz saxlayanların çoxu depressiyaya düşür. Bütün bu çatışmazlıqların qarşısını almaq üçün xüsusi menyu var. hansı ki, pəhrizi pozmur, kökəlməyə qoymur.

Orqanizmi minerallarla təmin edin

Bunun üçün pəhriz zamanı yaşıl dəniz yosunu yemək məsləhətdir. Onun tərkibindəki manqan, xrom, maqnezium kimi maddələr orqanizmi gümrah saxlayacaq. O, qanda şəkərin miqdarını qorub, orqanizmin şəkər tələbatını ödəyir.

loading...

İşığa bax, idmanla məşğul ol

Pəhriz saxlayanda sümükləri möhkəmləndirmək, orqanizmi D vitamini ilə zənginləşdirmək üçün günəşə baxmaq lazımdır. Əgər siz hava qaralana kimi yatırsınızsa, onda otaqda lampanı yandırıb ona baxın. Və ya səhərlər idman edin. Təmiz hava da xeyirlidir.

Yağlardan istifadə

Orqanizmə xeyirli olan Omeqa turşusu da pəhriz zamanı lazımlı maddələrdəndir. Buna görə də çalışın, pəhriz saxlayanda küncüd yağı qəbul edəsiniz. O, orqanizmi Omeqa 6 turşusu ilə təmin edəcək.

Limonlu su için

Bu məsləhət səhər yeməyi yeməyənlər üçündür. Hər səhər limon şirəsi qatılmış su için. Bu, mədə-bağırsaq sistemini yaxşılaşdırıb, böyrəyə müsbət təsir edir, mədəaltı vəzinin işini qaydaya salır. Pəhriz zamanı mədədə yaranacaq problemlərin qarşısını əvvəlcədən alır.

Rasionunuzu rəngləndirin

Pəhriz menyunuza daxil olan kartof püresini köklə əvəzləyin. Kökü qaynadıb, püre halına gətirib, içərisinə xırda doğranmış ispanaq, şüyüd əlavə edib yeyin. Pəhriz zamanı qırmızı-bənövşəyi rəngli giləmeyvələr yemək insanı gümrah saxlayır.

Dr. Nərgiz Nazirova

loading...

Bunuda oxu...