İMMUN SİSTEMİ VƏ ONUN ORQANLARI

İmmunitetOrqanizmdə genetik yad substansiyalara qarşı cavab reaksiyalarını həyata kecirəcək hüceyrə, toxuma və orqanlar toplusu immun sistemini təşkil edir. Məhz immun sistemi orqanizmi bakteriyalardan, viruslardan, parazitlərdən müdafiə edir.

Sarə ölmüş yaxud ölməkdə olan, mutasiyaya məruz qalmış hüceyrələri kənarlaşdırır, bəd xassəli şişlərə qarşı immuniteti təmin edir.

İmmun sistemin cavab reaksiyaları toxuma və orqanların köçürülməsində uyuşmazlığın əsasını təşkil edir. Bunun pozğunluqlari çox hallarda autoimmun xəstəliklərin inkişafina, allergiya, yeni doğulmuş uşaqlarda bir sıra patoloji proseslərə, bədxassəli şişlərin əmələ gəlməsinə, xroniki infeksion proseslərin inkişafına səbəb olur.

loading...

İmmun sisteminin üç əsas xüsusiyyəti var:

  1. İmmun sistemi bütün orqanizmdə yayılmışdır
  2. Bir çox hüceyrələri qan və limfa vasitəsilə orqanizmdə daimi sirkulyasiya edir
  3. İmmun sistemi genetik yadlığı ilə fərqlənən müxtəlif antigenlərə qarşı son dərəcə yüksək spesifikliyə malik olan immunoqlobulinlər- anticisim molekulları hasil edən nadir qabiliyyətə malikdir.

İmmun sisteminin əsas hüceyrəsi leykositlərin, yaxud ağ qan hüceyrələrinin bir növü olan limfositlərdir. Limfositlər leykositlərin ümumi miqdarının 1/3 təşkil edir. Onlar leykositlərdən özünəməxsus morfologiyası ilə fərqlənirlər.

İmmun sistemin hüceyrələri heterogen və çoxfunksiyalıdır. İmmun sistemin periferik orqanlarında immun nəzarəti bilavasitə həyata keçirən immunokompetent hüceyrələr yerləşir. Burada həmçinin, immunogenez – immunokompetent hüceyrələrin çoxalması və son differensasiyası baş verir.

İmmun sistemin periferik limfoid orqanlarında antigen təsiri nəticəsində limfositlərin müvafiq differensiasiyası və immun cavabın formalaşması ilə əlaqədar mürəkkəb proseslər baş verir. Elə buna gorə də periferik limfoid orqanların kənarlaşdırılması immun sistemin lokal olsa da, bir sıra vacib funksiyalarının itirilməsinə səbəb olur.

loading...

Bunuda oxu...