İMMANUİL KANT

İOHANN QOTFRİD HERDERKantın, 1724 – 1804, dünya mədəniyyətinin elmin, fəlsəfi fıkxin inkişafı tarixində böyük xidmətləri olmuşdur. O, alman klassik fəlsəfəsinin əsasını qoyan dünya şöhrətli filosoflardan biridir. İstər təbiətşünaslıq elmləri, istərsə də fəlsəfi elmlər sahəsində Kant novatorçu, yenijjkçi alim kimi tanınmışdır.

Onu nəinki dialektikanın bərpaçısı, hətta bir sıra yeni fəlsəfi müddəaların yaradıcısı hesab etmək olar. Ən önəmlisi odur ki, idealist dialektika öz başlanğıcını Kantdan götürmüşdür.

İmmanuil Kant Almaniyanın Genizberq şəhərində sənətkar ailəsində doğulmuşdur. Kant həmin şəhərdə orta “latın məktəbi”ni bitirmişdir. Müasirləri deyirlər ki, orta məktəbdə oxuyan zaman onun fərasətli, bacarıqlı, bilikli uşaq olduğu nəzərə çarpmırdı. Kant bə- dəncə zəif, zərif bir insan idi. O, cəsarətli adam deyildi. Kantın hafizəsi də yaxşı olmamışdır. Ona görə də uzun müddət onun istedadı gizli qalmışdır. Yalnız kamil yaşlarında Kantın bacarığı tam aydınlığı ilə özünü büruzə vermişdir.

loading...

Kant Genizberq Universitetinin fəlsəfə fakültəsini bitirdikdən sonra 9 il ailədə müəllim kimi çalışmışdır. 1755-ci ildə o, magistr  adı almış, həmin ildə də privatdosent vəzifəsinə layiq görülmüşdür. 1766—1772-ci illərdə kitabxanaçı olmuşdur. 1770-ci ildən professorluq fəaliyyətinə başlamışdır. Həmin illərdə onu Almaniyanın birinci filosofu adlandırırdılar.

Kantın təbii-elmi və fəlsəfi yaradıcılığı haqqında nə demək olar? Kant özünün fəlsəfi yaradıcılığının iki əsas istiqaməti və iki əsas mənbəyi olduğunu göstərirdi. O bu barədə “Sağlam əqlin tənqidi” adlanan əsərində yazırdı: “Ulduzlu göy başımın üstündədir, əxlaq qanunları isə məndədir”. Bu nə deməkdir? Kant — “ulduzlu göy başımın üstündədir” — deyəndə Nyutonun mexanikasına işarə vururdu.

Çünki Nyuton qanunu Kantın nəzəri fəlsəfəsi üçün müqəddəs şərtlərdən biri idi. — “Əxlaq qanunları isə məndədir” — deyəndə Kant fəlsəfi elmlər sahəsində öz qarşısında duran vəzifələri nəzərdə tuturdu. O, əxlaq fəlsəfəsini yaratmaq fikrinə düşür və onu “praktiki” fəlsəfə ad – Jandırırdı. Bax bu iki istiqaməti Kant öz dövrünün fəlsəfi fikrinin qarşısında duran iki başlıca vəzifəni həyata keçirmək üçün istifadə edirdi: birincisi, təbiət elmlərinin qanunlarını fəlsəfi cəhətdən ümumiləşdirmək. İkincisi, insanların ləyaqətini qorumağın zəruriliyini, onların qarşılıqlı bərabərliyini əsaslandırmaq və müdafiə etmək.

Kantın təbii-elmi və fəlsəfi yaradıcılığını iki dövrə bölmək olar: birinci dövr — təxminən 1747-ci ildən, yəni “Canlı qüvvələrin düzgün qiymətləndirilməsi haqqında fikirlər” əsərindən 1770-ci illərə qədər olan dövrü əhatə edir. Bu dövr “tənqidəqə- dərki” dövr adlanır. Həmin illərdə Kant təbiətşünaslıq elmləri ilə məşğul olmuş, əsasən kortəbii materializm mövqelərindən çıxış etmiş, bir sıra dialektik fikirlər söyləmişdir. İkinci dövr — 1770-ci illərdən sonrakı dövrü əhatə edir. Bu dövr “tənqid” dövrü adlanır.

Kant öz yaradıcılığının birinci dövründə əsasən materializmin nümayəndəsi kimi çıxış etmişdir. Həmin dövrdə onun yazdığı ən mühüm əsərlərdən biri “Ümumi təbiət tarixi və səma nəzəriyyəsi” adlanan kosmoloji traktatı idi. Yalnız bu əsər Kanta böyük şöhrət gətirə bilərdi. Həmin əsərdə Kant materiya və hərəkətin, materiya və onun qanunlarının vəhdətindən ətraflı danışırdı.

Kant insan zəkasının, onun idrakının qüdrətinə inanır, bujrunla birlikdə dünyanın dərk edilməsi yolundakı çətinlikləri tam aydınlığı ilə görürdü. Gerçəkliyin yaranmasında materiyanın əhəmiyyətini rədd etmirdi. O göstərirdi: Mən bütün bu çətinlikləri çox yaxşı görürəm, lakin ruhdan düşmürəm. Mən .qarşımda duran bütün maneələri başa düşür, lakin məyus olmur, ümidimi itirmirəm”. Daha sonra o deyirdi: “Verin mənə materiyanı, mən ondan dünyanı yaradım, yəni verin mənə materiyanı mən sizə göstərim ki, ondan dünya necə meydana gəlməlidir”.

O bu traktatında Nyutonun ümumdünya cazibə qanunundan istifadə edir, günəş sisteminin yaranması haqqında fərziyyələr irəli sürürdü. Kantm bu fərziyyəsi sonralar Kant- ‘pLaplas nəzəriyyəsi adı ilə böyük şöhrət qazanmışdı. Həmin traktat dünyagörüşü nöqteyi-nəzərincə də mühüm əhəmiyyətə malik idi. Kant burada aləmin Allah tərəfindən yaradılması fikrini istisna edirdi.

Mühüm məsələlərindən biri də Kantm “Metafizik idrakın birinci prinsipinin yeni izahı” adlı dissertasiyası idi (1755). O, həmin fəlsəfi idrakın metodoloji problemlərinin izahını verir. Kant buradakı real dəlil-sübutu məntiqi dəlildən fərqləndirirdi. Kant birincini real surətdə fəaliyyətdə olan “müəyyənedici” dəlil sayır, ikincini isə “əlavə müəyyən- edici” dəlil adlandırırdı. O yazırdı ki, real dəlillər şeylərdən əvvəl mövcuddurlar, məntiqi dəlillər yalnız mövcud olanları “işıqlandırır”.

Beləliklə, Kant məntiqi metodun sərhədlərini müəyyənləşdirir. O belə hesab edirdi ki, bu metodlar əsl mənasında sübutetmə üsulu rolunu oynaya bilər. Kantm “tənqidəqədərki” dövrdə yazdığı traktatlardan biri də “Mənfi kəmiyyətlər anlayışının fəlsəfəyə daxil edilməsi təcrübəsi” adlanırdı (1763). O, bu əsərdə ziddiyyətlərin “real əlaqələrini” tədqiq edirdi. Həmin əsərlə Kantm “tənqidəqədərki” dövrü başa çatır, onun yaradıcılığının ikinci dövıdi başlanır. Kant yaradıcılığının ikinci dövründə idealizm mövqelərində durur.

İkinci dövr, onun 1770-ci ildə nəşr etdirdiyi “Hissi və zəka aləminin forma və prinsipləri haqqında” traktatı ilə başlanır. Bu traktatda o, məkan və zamanın obyektiv surətdə mövcud olduğunu inkar edir, onların apriorluğunırsübu- ta çalışırdı. Birinci dövrdən fərqli olaraq, ikinci dövrdə Kant qnoseoloji problemlərlə, etika və estetika ilə məşğul olur, təbiətşünashq məsələlərinə diqqəti xeyli dərəcədə azaldırdı. Kantın  yaradıcılığının ikinci dövründə “Xalis zəkanın tənqidi”, “Praktiki zəkanın tənqidi”, “Mühakimə qabiliyyətinin tənqidi”  adlı bir sıra dərin məzmunlu fəlsəfi əsərlər yazır.

Kant sübuta yetirməyə çalışırdı ki, şüur yalnız özünün yaratdığı şeyləri, yəni təzahürlər aləmini əks etdirə bilər. Subyektdən asılı olmayaraq mövcud olan şeylər, ümumiyyətlə, idrakın predmeti ola bilməzlər, çünki, onlar “noumen”lərdir. Beləliklə, Kant fəlsəfəsində hissilə qavranılan reallıq yaradılandır. Bu reallıq subyekt və kənar “özündə şeylər”in arasındadır. Hissilik və obyektiv surətdə mövcud olanı qarşı-qarşıya qoymaqla, Kant obyektiv reallıqla  təzahürlər aləmi arasındakı fərqi də aradan qaldırmaq istəyir. Kant fəlsəfəsində subyekti obyektlə birləşdirən hissi qavrayış, şüur və gerçəklik arasında bir arakəsmə kimi izah edilir.

Kant hiss ilə qavranılan şeylərə şüur sahəsində mövcud subyektiv bir şey kimi baxırdı. İdrak problemlərinin tədqiqi ilə məşğul olan Kant tamamilə səhv olaraq iki növ biliyi bir-biri ilə qarşı-qarşıya qoyur: 1. Həqiqi elmi bilik. 2. Məhdud və təkmilləşməmiş bilik — (empirik bilik. Kant göstərirdi ki, həqiqi elmi bilik qeyri-şərtsiz doğrudur, ən ümumidir, zəruridir. Bu tələbə riyaziyyatın hər hansı bir müddəası cavab verir. Məsələn, üçbucağın 2 bucağının cəmi heç vaxt 2 düzbucağa bərabər ola bilməz. Çünki bütün hallarda ixtiyari üçbucağın 2 deyil, yalnız 3 bucağının cəmi 2 düzbucağa bərabərdir. Həmin fikir həmişə.

Hər yerdə doğrudur və bütün insanlar üçün gerçəkdir. Kant özü- özündən soruşur: — bəs nə üçün bu belədir? Cavab verir: — riyaziyyatın müddəaları apriordur, yəni onlar insanlara təcrübədən əvvəl və ondan kənarda verilmişdir. Onun fikrincə riyazi, həndəsi biliklər təcrübəyə əsaslanmır. Bu biliklər bilavasitə əqidən yaranır, onların mənbəyi şüur özüdür. Riyazi, həndəsi biliklər təcrübi idrak üçün lazım olan bir vasitədir, əsasdır. Kant belə hesab edirdi ki, təcrübəyə əsaslanan empirik biliklər isə tam dəqiq bəşəri əhəmiyyətli, zəruri və ciddi elmi biliklər ola bilməz. Onlar nisbi biliklərdir. Kant riyazi və həndəsi biliklərin real əsasının gerçəklikdə olduğunu rədd edirdi. O deyirdi: — təcrübəyə qədər insan şüuruna aprior müddəalar qoyulmuşdur ki, onlar da öz növbəsində hər cür biliyin meydana gəlməsinə kömək edirlər. Kant belə zənn edirdi ki, şüurun bu aprior əsasları bütün insanlarda eynidir. O, həmin bilikləri transsedental şüur adlandırırdı.

Fəlsəfi fikir tarixində Kant həm də aqnostisizmin” böyük nümayəndəsi kimi təqdim olunur. Kant heç bir vaxt açıq şəkildə gerçəkliyin predmetləri, şeyləri və hadisələrinin dərkedil- məzliyindən danışmamışdır. Lakin o, “şeylər aləmi”nin sirlərinin dərk edilməsinin mümkün olmadığını nəzəri cəhətdən əsaslandırmağa çalışırdı. O buna nail olmaq üçün subyekt ilə obyekt, forma ilə məzmun, təzahürlə mahiyyət, təzahürlər aləmi ilə “özündə şeylər” aləmi arasında mütləq bir sədd qoyurdu.

Kant dünyanın dərkolunmazhğını sübut etmək üçün bir sıra dialektik fikirlər söyləyir. O, “Xalis zəkanın tənqidi” əsərində dünyanın dərkedilməzliyini insan idrakının məhdudluğu ilə əlaqələndirir.

O yazır ki, insan “özündə şeylər” aləminə aid problemləri dərk etmək istəyən zaman çıxılmaz vəziyyətə düşür və ziddiyyətlər İçərisində dolaşıb qalır. Kant aşağıdakı dörd əsas antinomiyadan (ziddiyyətdən) danışır: 1. Dünya zamanda və məkanda sonlu- dur. Dünya məkanda və zamanda sonsuzdur. 2. Dünyada hər şey sadədir və bölünməzdir. Dünyada hər şey mürəkkəbdir və bölünəndir. 3. Dünyada azadlıq mövcuddur. Dünyada azadlıq mövcud deyildir. Hər şey təbiətin qanunları ilə baş verir — yəni zəruridir. 4. İlkin səbəb kimi Allah mövcuddur. Dünyada heç bir ilkin səbəb mövcud deyildir.

İ.Kant deyirdi ki, insan əqli bu antinomiyaları (ziddiyyətləri) həll etmək qüdrətinə malik deyildir. Ona görə də o heç bir zaman “özündə şeylər” aləmini dərk edə bilməyəcəkdir. Jiəmin fikirlər nə qədər səhv olsa da, hər halda Kantın antinomiyalar (ziddiyyətlər) haqqında dialektik fikirləri çox qiymətli idi. Lakin antinomiyalar haqqında Kantın fikirlərinin bir sıra çatışmayan və nöqsan cəhətləri də var idi.

Onlara diqqət yetirək: əvvəla, Kant yalnız əqidə, zəkada olan ziddiyyətlərdən danışır, obyektiv gerçəklikdə olan ziddiyyətlərə diqqət yetinuirdi. İkincisi, o, yalnız dörd antinomiyadan söhbət açırdı. Gerçəklikdə isə bu antinomiyalar sonsuz dərəcədə çoxdur. Həyatın bütün sahəsi antinomiyalıdır, .ziddiyyətlidir. Əvvəldə dediyimiz kimi, Kant həmin antinomiya- ları (ziddiyyətləri) “həllolunmaz” sayır, elə “özündə şeylər” dünyasının dərkedilməzliyini də bununla əsaslandırırdı.

Kant yaradıcılığında onun əxlaq fəlsəfəsi və etikası xüsusi yer tutur. Bildiyimiz kimi, Kant əxlaq fəlsəfəsini yaratmaq vəzifəsini qarşıya qoymuşdu. Kantın əxlaq təlimi və etikası onun “Əməli zəkanın tənqidi”, “Əxlaq metafizikasının əsası”  və “Əxlaq metafizikası” əsərlərində şərh edilmişdir. Bu əsərlərdə Kant birinci növbədə iradənin tövsiyələrini müəyyənləşdirməyə çalışır. O, belə fikir yürüdürdü ki, bu tövsiyələr bizə davranış qaydalarını aşılayır, lakin necə davranmağı məcbur etmir. Kant iradənin həmin tövsiyələrini “imperativlər” adlandırmışdır. (İmperativ latınca imrera-tivus sözündəndir, mənası qeyri-şərtsiz tələb deməkdir). Onun fikrincə iki cür imperativ vardır: 1. Hipotetik imperativ; 2. Qəti imperativ.

Əgər imperativ tərəfindən tövsiyə edilən davranış qaydaları bir vasitə kimi, hər hansı adam üçün sərfəlidirsə, deməli, bu, hipotetikdir. Əgər davranış qaydası özü-özlüyündə yaxşıdırsa və ya iradə üçün zəruridirsə, həmin iradənin özü əqlə, zəkaya uyğundursa, deməli, qəti imperativdir. Kant göstərir ki, əxlaqın əsasını təşkil edən qəti imperativdir. Bu imperativ insanların şüurunda əbədi mövcuddur, dəyişməz qanundur və insan əxlaqının idealıdır. Qəti imperativ ən ümumi əxlaqi qanundur.

Həmin qanuna görə hər bir adam cəmiyyətdə elə davranmalıdır ki, onun hərəkəti ümumi qanunvericiliyin əsası və rəhbər başlanğıcı olsun. Kantm obyektiv, hissi aləmlə heç bir əlaqəsi olmayan bu əxlaq qanunu onun qeyri-hissi, dərkedilməz “özündə şeylər” aləmi ilə qırılmaz surətdə bağlıdır. Bu qanun həm də azad iradə, ruhun ölməzliyi və Allah kimi “özündə şeyləf’in qəbul edilməsi ilə əlaqədardır.

Kant eyni zamanda öyrədirdi ki, insana iki mənada: 1) həm bir təzahür kimi; 2) həm də “özündə şey” kimi baxmaq lazımdır. Bir təzahür kimi insan əxlaqı təbiət qanunlarına tabedir, onun hərəkəti, rəftarı azad deyildir, amma zəruridir, səbəbiyyət əlaqələri ilə bağlıdır. Bir “özündə şey” kimi insan əxlaqı səbəbiyyət qanununa tabe deyildir, təbiət qanunlarından azaddır və qəti imperativə uyğun olaraq baş verir. Deməli, qəti imperativ “özündə şeylər” aləmini nəzərdə tutur, bu aləmdə ruhun ölməzliyini, insan əxlaqının azadlığını və nəhayət, Allahın mövcudluğunu qəbul edir.

İ.Kant yazır ki, cismani varlıq və əxlaq qanununun qəti tələbləri, zərurət və azadlıq arasında mövcud olan ziddiyyəti yalnız Allah aradan qaldıra bilər. Bütün bunlarla əlaqədar Kant cəmiyyətdə ruhun ölməzliyi, iradə azadlığı və Allahın mövcudluğu haqqında inamı hər yerdə yaymağı tələb edirdi. O deyirdi ki, insanlar bu obyektlərin varlığına inanmalı və onları (ruhu, Allahı) dərk etməyə çalışmamalıdırlar. Çünki bu varlıqlar transsenden- tal aləmə, “özündə şeyləf’ə məxsusdur. Kant sübut etməyə səy göstərirdi ki, insanın idrakı qabiliyyəti təzahürlər aləmi ilə məh dudlaşmalıdır. 0 hər bir vəchlə çalışırdı ki, insan biliyini məhdudlaşdırsın. Kant, bu barədə deyirdi: “İnama yer vermək üçün mən biliyi məhdudlaşdınnalı oldum”’’.

Buna baxmayaraq, Kant “Bibliya”dan fərqli olaraq, əxlaqın dindən asılılığını rədd edirdi. O yazırdı ki, “əxlaqın dinə ehtiyacı yoxdur. Xalis əməli zəkanın köməyi ilə əxlaq öz-özünü tənzim edə bilər’’.

Kant əxlaqa muxtariyyat verir, onun dindən asılılığının əleyhinə çıxırdı. Hətta o, Allaha inamın özünün də əxlaqla bağlı olduğunu sübuta çalışırdı. O deyirdi ki, insanlar Allaha inanırlar, ona görə ki, bunu əxlaq tələb edir. Lakin Kantm sələfləri və onun yaşadığı dövrün idealist filosofları sübut etməyə çalışırdılar ki, əxlaqın əsası dindir. Onlar iddia edirdilər ki, əxlaq qanunları insanlara Allah tərəfindən verilmişdir.

Dinin əxlaqa münasibəti məsələlərində Kantm baxışlarında iki meyl vardır: Kant bir tərəfdən əxlaqa tam muxtariyyat verir, onun etiqad haqqındakı təlimlərdən asılı olmadığını qeyd edir; digər tərəfdən isə o, dinə inamın zəruriliyindən danışır. Əlbəttə, bunu Kant dünyada əxlaq qaydalarının mövcudluğunun təsdiqi və əsaslandırılması üçün edirdi.

Kant muxtar əxlaq, etika haqqında öz məramını axıra qədər başa çatdırmaqda çətinlik çəkirdi. O, yalnız dinin nüfuzunu məhdudlaşdırdı, ancaq etiqaddan imtina etmədi. Kantm fəlsəfəsində Allah, əxlaq qanunvericisi, əxlaq qanunlarının mənbəyi deyil. Kantm fəlsəfəsində Allah bilavasitə əxlaq qanunlarını elan etmir, lakin Allah əxlaq qaydalarının səbəbi hesab edilir. Kant deyirdi ki, dünyada əxlaq qaydalarının qarantı sözün əsl mənasında Allah ola bilər.

Fixte, Şellinq, Hegel Kantın fikirlərini yüksək qiymətləndirmiş, ona həm də tənqidi yanaşmışlar. Onlar Kantı dünyagörüşü məsələlərində …panteizmə meyl etməsində təqsirləndirirdilər. Hegel “Ruhun fenomenologiyasf’nda Kantın isbatsız razılaşdığı müddəaları təhlil edir və onlarda ziddiyyətlər olduğunu göstərirdi.

Kant idrakın, əxlaqi dəyərlərin, etikanın, estetikanın əlaqəsini müəyyənləşdirmək üçün müxtəlif misallar gətirir və analogiyalardan (bonzəyişləidən) istifadə edirdi. Məsələn, o deyirdi ki, təbiətin və ya incəsənətin gözəl nümunələrinə adlar verərkən, onların əsasına müsbət əxlaqi dəyərləri qoyuruq. Fikirini sübut etmək üçün Kant belə bir misal gətirirdi: hər hansı bir binanı və ya ağacı müşahidə edən zaman bizə xoş təsir bağışlayırsa, onları “gözəl”, “əzəmətli” adlandırırıq.

Bir adamı “gülər üzlü”, “şən”, bəzən rəngləri “sadə”, “zərif’ adlandırırıq. İnsanda müsbət duyğular yaradan bu keyfiyyətlərin analoquna biz əxlaqi mühakimələr yürüdən zaman da rast gəlirik. Kant belə bir nəticəyə gəlir ki, bütün hallarda estetik zövq hissi cazibədarlıq- dan, daimi əxlaqi marağa keçməyə imkan verir. Kant yürütdüyü mühakimələr və dialektik fikirlərlə insan idrakının, etika və əxlaqının estetika ilə qarşılıqlı əlaqəsini və təsirini göstərməyə can atmışdır. Söz yox ki, Kant çox böyük ustalıqla məqsədinə nail ola bilmişdir.

Biz Kant haqqındakı mülahizələrimizdə, onun fəlsəfəsinin mühüm cəhətlərini nəzərdən keçirməyə çalışdıq. Bildiyimiz kimi, Kant fəlsəfənin tədqiq etdiyi bütün problemlərinə — varlıq haqqında təlimə, idrak nəzəriyyəsinə, etika, əxlaq və estetika məsələlərinə transsendental idealizm mövqelərindən yanaşmışdır. Əlbəttə, unutmaq olmaz ki, Kant nəzəri fəaliyyətinin birinci dövründə kortəbii materializmin nümayəndəsi kimi də çıxış etmişdir.

Buna baxmayaraq Kant fəlsəfi fikir tarixində əsasən idealist olmuşdur. Düzdür, Kant özü də bu idealizmi aradan qaldırmağa cəhd göstənniş, lakin o, buna nail ola bilməmişdir. Kant dünya fəlsəfi fikir tarixinə orijinal və təkrarolunmaz klassik kimi daxil olmuşdur. Onun işini Fixte, Şellinq, Hegel davam etdirmişdir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...