İLTİHAB – ÜMUMİ MƏLUMAT

İltihabİltihab qan damarlarının, birləşdirici toxumanın və sinir sisteminin zədələnməyə qarşı yerli reaksiyasıdır. İltihab xəstəlik törədicisinin yerləşdiyi və ya təsir etdiyi yerdə baş verir.

İltihab çox müxtəlif səbəblər nəticəsində əmələ gəlir. 1) mexaniki cızılma, yaralanma, əzilmə; 2) fiziki, yanıq, soyuq, ultrabənövşəyi şüalar, istilik şüaları və s.; 3) kimyəvi, turşuların qələvilərin, yad zülalların, müxtəlif duz məhlullarının; 4) bioloji, irintörədici koklar, patogen köbələklər, bağırsaq qurdları, gənələr, həşəratlar və s.

İltihabın əlamətlər aşağıdakılardan ibarətdir: qızartı, istilik, şiş, ağrı və iltihab etmiş üzvün və toxumanın funksiyasının pozulması. Qızartı arterial qanın həmin yerə güclü axıb gəlməsi nəticəsində baş verir. Bu zaman arteriya damarları genəlir və qanın həcm sürəti artır.

loading...

İltihab prosesi artdıqca venoz sistemlə qanın axıb getməsi çətinləşir və arterial hiperemiya tədricən venoza keçir. Odur ki, həmin nahiyə göyümtül rəng alır. Qırmızılıq yalnız piqmentsiz dəridə və açıqda olan selikli qişalarda müşahidə oluna bilir.

İstilik, yaxud hərarət, iltihabın mühüm əlamətlərindən biridir, yəni iltihablaşmış toxumada temperaturun yüksəlməsidir. Hərarət daxili üzvlərdən arterial qanın periferiyaya güclü gəlməsi və dövr etməsi ilə səciyyələnir. İstilik qismən, toxuma və hüceyrələrin dağılması yerində gedən güclü oksidləşdirici proseslərin nəticəsində də əmələ gəlir.

  qanın tərkib hissəsindən iltihablaşmış toxumaya çıxan maye eksudat adlanır. Eksudat iltihab etmiş toxumanın hüceyrə aralarını doldurur və onları genişləndlirir. Bu da iltihabi şiş adlanır. Eksudatlar çox vaxt müxtəlif mikroblarla infeksiyalaşmış patoloji mayedən ibarətdir.

Eksudatın növündən asılı olaraq onda az, ya çox miqdarda leykositlər, eritrositlər endotel hüceyrələri olur. Çıxan leykositlər xəstəlik törədən mikrobları öz protoplazma çıxıntıları ilə tutur və sonra onları öz daxilində həzm edir. Bu hadisəni rus alimi Meçnikov öyrənmişdir.

Ağrı iltihab zamanı osmotik aktiv maddələr, turşular, polipeptidlər, histaminlər, kalium ionları hissi sinir uclarını qıcıqlayaraq iltihabın xarakterik əlaməti olan ağrı əmələ gətirirlər.

Xəstə üzvün funksiyasının pozulması. Zədələnmiş ödemli və ağrılı üzv təbiidir ki, öz funksiyalarını normal sürətdə yerinə yetirə bilməz. Klinik cəhətdən iltihab iki cür olur: kəskin, yəni sürətlə keçən və daha aydın əlamətləri olan iltihab, xroniki-yəni yavaş gedən və gözə az çarpan əlamətləri olan iltihab.

İltihabı törədən səbəblərdən və iltihab prosesisinin inkişaf xüsusiyyətlərindən asılı olaraq eksudatların növbəti növləri vardır: serozlu, fibrinozlu, irinli, hemorragik. Eksudat püxtalaşmayan, azacıq sarımtıl maye şəklində olduqda buna serozlu iltihab adı verilir. Məsələn dəridə yanıqdan əmələ gələn qovuqcuğun möhtəviyyatı.

Fibrinozlu iltihab. Eksudatın tərkibində fibrin olur. Bu fibrin iltihab etmiş üzvün (qırtlağın, ağ ciyərin krupozlu iltihabında alveollarda fibrinoz eksudat əmələ gəlir) səthini örtərək yaxud eksudata fibrinogenin çıxması və onun fibrin şəklində çökməsidir.

İrinli iltihab – irin törədən mikroblarla (strepto-stafilakok) törəyir. İrinli eksudatın tərkibində leykositlərin olması ilə başqalarından fərqlənir.

Hemorragik iltihab – eksudatın tərkibində qırmızı qan cisimciklərinin olması ilə xarakterlənir. İltihabın bu növü çiçək və qara yara xəstəliklərində özünü biruzə verir. İltihabın qarışıq forması da olur ki, yəni seroz-fibrinoz, irinli-fibrinoz.

Safura Sərdarqızı

loading...

Bunuda oxu...