İKİ MƏLƏK

MələkBir gün iki mələk göylərdən enərək, yerdə gecələməyə qərar verirlər. Qapısını döydükləri ilk evin sahibi varlı adam olsa da, onları könülsüz qəbul edir və evdə yox, soyuq zirzəmidə gecələyə biləcəklərini bildirir.

Ac halda yatmağa hazırlaşarkən, mələklərdən yaşca böyüyü zirzəminin divarında dəlik görür. Tez oradakı daşı düzəldərək, oranı suvayır. Kiçik mələk ondan soruşanda ki, “niyə belə etdin?”, yaşlı mələk cavab verir ki, həyatda heç də hər şey göründüyü kimi deyil.

Ertəsi gün mələklər bir kasıb ailənin evində gecələməli olurlar. Ev yiyəsi onları hörmətlə qarşılayır, evin ən rahat otağını onlara verir. Sahibəsi isə yeqanə inəklərindən sağdığı süddən sıyıq bişirərək, onların qabağına qoyur.

loading...

Yeməkdən sonra hamı yatır. Səhər duranda görürlər ki, ailənin yeganə gəlir mənbəyi ola inək ölüb.

Azyaşlı mələk deyir: “Nəyə görə sən bizi soyuq zirzəmidə ac yatızdıran ailənin divarını suvadın, amma bizə xoş üz göstərib, yedirdən ailənin yeganə ümud yeri olan inəyinin ölməsinə razı oldun?! Məgər bu ədalətlidirmi?”

Yaşlı mələk cavab verir: “ Axı, mən demişdim ki, həyatda heç də hər şey göründüyü kimi deyil. İlk dəfə gecələdiyimiz evin zirzəmisinin divarında bir küp qızıl gizlədilib. Mən divarı suvadım ki, ev sahibi onu tapıb, bir az da harınlaşmasın. Dünən gecə isə ölüm mələyi Əzrayıl kasıb ailənin sahibəsinin dalınca gəlmişdi. Mən ondan xahiş etdim ki, qadının əvəzinə inəyi aparsın. İndi görürsən ki, həyatda heç də hər şey göründüyü kimi deyil…” .

Psixoloq Almaz Əskərova

loading...

Bunuda oxu...