İDMAN HÜCEYRƏLƏRİMİZƏ QƏDƏR GƏNC SAXLAYIR

İdmanİnsanlar nə qədər çox idman edirsə, hüceyrələr o qədər az yaşlanır. Araşdırmalar göstərir ki, daha çox idman edən insanların bioloji yaşı oturaq həyat keçirən insanlardan daha cavandır.

Tədqiqatçılar təxminən 6,000 nəfər üzərində həyata keçirdiyi çoxillik tədqiqatları nəzərdən keçirib. İnsanlardan ötən ay ərzində hansı fiziki hərəkətlərlə məşğul olduqları və bunu necə qətiyyətlə etdikləri barədə soruşublar.

Telomerlər insan xromosomlarının sonluğunda yerləşən protein qapaqcıqlardır və yaşlanma əlamətlərini göstərir. Hər dəfə hüceyrələr yeniləndikcə kiçik telomerlər yoxa çıxırlar. Ancaq bəzi insanlarda digərlərinə nisbətən telomerlər daha sürətlə kiçilir.

loading...

Brigham Gənclər Universitetinin idman elmləri üzrə professoru, tədqiqatların rəhbəri Larry Tuker izah edir ki,“bildiyimiz kimi daha qısa telomerləri olan insanlar tez bir zamanda ölür və böyük ehtimalla bu bizim əksəriyyətimizdə xroniki xəstəlikləri artırır ”.

Siqaretdən istifadəni, artıq çəkini, alkaqoldan istifadəni və digər amilləri qaydaya saldıqdan sonra Tuker öz araşdırmalarında müəyyən edib ki, çox idmanla məşğul olan insanlarda oturaq həyat keçirən insanlara nisbətən telomerlər daha uzunömürlü olur.

Yüksək səviyyəli idmançılar kimi hər kəs gün ərzində ən azından 30-40 dəqiqə qaçışla məşğul olmalıdır. Daha az idman etmək də yaşlaşmaya faydalıdır, ancaq onlar güclü olmayacaqlar. Qətiyyətlə idmanla məşğul olan insanların telomerləri orta səviyyədə idman edən insanlarla müqayisədə təxminən 7 il daha gec yaşlanır.

Tuker orta səviyyəli və yüksək səviyyəli idman arasındakı fərqi görəndə çox təəccübləndiyini bildirib. Orta səviyyəli idman hərəkətləri hələdə vacibdir və onun bəzi faydaları var, ancaq yüksək səviyyəli idman hərəkətləri ilə onun arasında böyük fərq var.

Yüksək səviyyəli idmançılar həftədə 150-200 dəqiqə qətiyyətlə çalışırlar. Araşdırmalar göstərir ki, idmanla məşğul olmaq xroniki xəstəliklər riskini əhəmiyyətli dərəcədə azaldır.

Son araşdırmalar fiziki hərəkətlərə aid olan fərdi məruzələrə daha çox etibar edir. Bu idman vərdişlərinə və genetik dəyişikliklərə təsir göstərən şeylər depresiya, stress, yuxu narahatlıqları və diet kimi amillər hesab olunmamalıdır.

Tuker deyir ki, daha uzun telomerləri olan insanların daha çox və sağlam yaşayacaqlarına heç kim zəmanət vermir. “Hər birimiz yaşlarından daha gənc görünən insanları seçə bilirik və biz idman buna necə kömək etdiyini, həmçinin telomerlərin də burada böyük rol oynadığını da bilirik”.

Tərcümə: Fatma Muradova

loading...

Bunuda oxu...