İNSULİN SƏVİYYƏSİNİ NECƏ NORMAYA SALMAQ OLAR?

İNSULİN REZİSDENTLİYİMəqalə insulin müqavimətinin yaranmasının ilkin mərhələsi zamanı insulin səviyyəsinin normada saxlanmasının əsas tədbirlərinə aiddir.

  1. Meyvə miqdarını azaldın. Fruktoza insulinə qarşı həssaslığı azaldır, qaraciyər funksiyasını pozur. Gün ərzində 30 q fruktoza 1 alma və ya bir cüt başqa meyvə dilimindən əldə edilə bilər. Meyvə qəbulunu əsas yeməklə birləşdirməyin, çünki bu, bağırsaq qıcqırması və şişkinliyi artıracaqdır.
  2. Çərəz, tort, pirojna, meyvə suyu, tez hazırlanan səhər yeməyi, quru meyvələr, bal, aqava və ağcaqayın şərbətindən imtina edin. Şirniyyatları qoz-fındıqla əvəz edin. ⠀
  3. Rasionunuzdakı zülal və yağ səviyyəsinə diqqət edin. Kifayət qədərdirsə, şirniyyata qarşı daha həvəssiz olacaqsınız.
  4. Maqnezium səviyyəsini bərpa edin. Maqnezium stres, fiziki yüklənmə, orqanizmin qələviləşməsi zamanı tez tükənir. Yaşıl yarpaqlı tərəvəzlər, paxlalı bitkilər, qoz-fındıq maqneziumu bərpa etməyə kömək edəcəkdir. Maqnezium böyrəküstü vəzilər və qalxanabənzər vəzini tənzimləyir, yuxunu yaxşılaşdırır, şirniyyata qarşı həvəsi azaldır.
  5. Tamdəyərli yuxu. Yuxu pozğunluğu ilə orqanizmin enerjini idarə etmək və maddələr mübadiləsini tənzimləmək qabiliyyəti arasında birbaşa əlaqə sübut edilmişdir. Bir neçə gecə dalbadal yatmırsınızsa, insulinə qarşı həssaslıq 30% artır.
  6. Fiziki fəaliyyət. Dərhal idman zalına qaçmağa tələsməyin. Aktivlik səviyyəsi aşağıdırsa, hələlik pilləkən qalxma və piyada gəzinti kifayət edəcəkdir. Əvvəlcə məişət fəaliyyətinin artmasına yönəlin, sonra onu fiziki məşqlərlə tamamlayın.

Bu sadə qaydalara riayət etmək xəstəliyin inkişafının qarşısını almağa və orqanizmin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək edəcəkdir. Ancaq unutmayın ki, bu tövsiyələr ümumi xasiyyət daşıyır və həkiminizlə razılaşdırmaq vacibdir.

Dr. Arzu Əyyubova

loading...
loading...

Bunlarıda bəyənə bilərsiniz ...