HÜCEYRƏNİN QOCALMASI VƏ ÖLÜMÜ

YOLUXUCU XƏSTƏLİKLƏROrqanizmin qocalması ilə əlaqədar olaraq, onun hüceyrələrində də dəyişikliklər gedir. Məsələn, sinir və əzələ hüceyrələri embrional inkişafın axırında bölünmə qabiliyyətini itirərək, orqanizm ölənə kimi yaşayır. Qocalmış orqanizmin hüceyrələri cavan orqanizmin hüceyrələri ilə müqayisə olunduqda bir sıra morfoloji, funksional, fiziki, kimyəvi dəyişikliklərə məruz qalır.

Bu zaman nüvənin qırışması, sitoplazmada vakuolların əmələ gəlməsi hüceyrələr arasında sərhəddin itməsi və iki nüvəli hüceyrələrin əmələ gəlməsi müşahidə edilir.

Belə hüceyrələrin əmələ gəlməsi orqanizmin qocalığa uyğunlaşması reaksiyası olub, hüceyrənin funksiyasını artırır. Qocalma zamanı hüceyrə kalloidlərinin dispersliyi zəifləyir, üzlülüyü artır, hüceyrə zülalları asan kaogulyasiya olunur. Qocalmış hüceyrədə suyun azalması fermentlərin fəallığının zəifləməsi, xolesterinin artması, lesitinin azalması, narıncı sarı rəngdə lipofusinin toplanması, tənəffüs və zülal sintezinin zəifləməsi kimi biokimyəvi dəyişiriklər baş verir.

loading...

Hücyrənin ölümü fizioloji və patoloji olur. Fizioloji ölüm təbii olaraq onun həyat fəaliyyətinin bitməsidir.

Müxtəlif səbəblərdən hüceyrədə baş verən dərin degenerativ dəyiriklər patoloji ölümə səbəb olur. Dərinin örtük epitelisinin, eritrositlərin, leykositlərin və piy vəzisi hüceyrələrinin ölümü fizioloji ölümdür. Hüceyrənin ölümü zamanı kariopiknoz, karioreksiz və kariolizis prosesləri baş verir. Kariopiknoz nəticəsində nüvə maddəsi sıxlaşır, kiçilir, dənəvər quruluşunu itirir, zülallı maddələrə parçalanır, karioreksis zamanı nüvə maddəsi kiçik dənələrə paçalanır.

Karioliliz zamanı nüvə tamamilə əriyir. Hüceyrənin ölümü zamanı baş verən funksional, fiziki, kimyəvi və biokimyəvi dəyişiriklərə mitoxondrilərin funksiyadan düşməsi, glikolizin fəallaşması, oksidləşmə, fosforlaşma proseslərinin pozulması, pH-ın turşuluğa doğru dəyişirilməsi, hüceyrə zülallarının denaturasiyası, lizosom pərdəsinin yırtılması nəticəsində hidrolitik fermentlərin sərbəstləşərək hüceyrə daxili strukturlarını dağıtması aiddir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...