HÜCEYRƏ VƏ TOXUMALAR

hüceyrəHüceyrənin quruluşu. Hüceyrə haqqında elm sito- logiya adlanır. Bu elm hüceyrələrin quruluşunu, kimyəvi tərkibini, funksiyalarını, çoxalma və inkişafını, ətraf mühit şəraitinə uyğunlaşmasım öyrənir.

XVII əsrin ortalarında ilk dəfə ingilis alimi Robert Huk «hüceyrə» terminini işlətmişdir. Sonra 1680-ci ildə Anton Levenhuk mikroskopdan istifadə edərək, bir- hüceyrəli orqanizmləri kəşf etdi.

XIX əsrin ortalarında alman fizioloqu Teodor Şvann (1839) hüceyrə nəzəriyyəsinin əsasını qoymuşdur.

loading...

Hüceyrə bütün canlı orqanizmlərin struktur və funksional vahididir. Bütün birhüceyrəli və çoxhüceyrəli orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinin əsas təzahürünə və maddələr mübadiləsinə görə oxşardır.

Hüceyrələr bölünmə yolu ilə çoxalır, yeni hüceyrə tam yetişmiş hüceyrənin bölünməsindən əmələ gəlir.

Mürəkkəb çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalar üzrə ixtisaslaşmış və müvafiq toxumalar əmələ gətirmişdir.

Orqanlar toxumalardan ibarət olub, bunların fəaliyyətini sinir və humoral sistemlər tənzim edir.

Hər bir canlı hüceyrə sitoplazmadan və nüvədən ibarət, özünü tənzim edən və özünə oxşar strukturlar yarada bilən mürəkkəb quruluşlu mikroskopik canlı sistemdir. Çoxhüceyrəli orqanizmlərdə hüceyrələr öz fəaliyyətini bu və ya digər toxuma, yaxud orqan daxilində həyata keçirir.

Hüceyrənin əsas xüsusiyyətlərindən biri xarici mühitlə fasiləsiz olaraq maddələr mübadiləsini həyata keçirmək və özünü bərpa etməkdir.

Orqanizmdə hüceyrələr hüceyrəarası maye və ya bərk maddə mühiti ilə əhatə olunmuşdur.

İnsan bədəninin hüceyrələri öz formasına, ölçülərinə və quruluşlarına görə olduqca müxtəlifdir. Burada 200-ə yaxın müxtəlif növ hüceyrələrə rast gəlinir. Onlar kubabənzər, silindrik, yastı, iyəbənzər, çıxıntılı, oval, dairəvi və digər formalarda olur. Hüceyrələrin forması daşıdıqları funksiyadan, protoplazmanm xassələrindən, əhatə olunduğu mikromühitdən, onların bir-birinə olan mexaniki təsirindən və s. asılıdır.

Hüceyrələrin əksəriyyəti mikroskopik ölçüdədir.

Hüceyrələr müxtəlif formaya, ölçüyə və funksiyaya malik olmalarına baxmayaraq, onların ümumi quruluş planı prinsip etibarilə eynidir, yəni hər bir hüceyrə bir-biri ilə sıx əlaqədə olan iki əsas hissədən – nüvədən və sitoplazmadan təşkil olunmuşdur. Sitoplazma ətraf mühitdən hüceyrə qişası (membram) vasitəsilə ayrılır. Nüvə xromatin strukturlardan, nüvəcikdən və nüvə qişasından ibarətdir.

Sitoplazma hüceyrənin ən zəruri komponentidir. Ona hüceyrə membram, orqanellər, əlavələr və hialoplazma aiddir.

Hüceyrə qişası və ya membram hüceyrəni xaricdən örtə¬rək, onu ətraf mühitdən ayırır. Membran yarımkeçirici zar olub, xarici mühitlə hüceyrə arasındakı mübadilə proseslərini tənzim edir və hüceyrənin daxili mühitini sabit saxlayır. Maddələr xarici mühitdən hüceyrəyə və hüceyrədən xarici mühitə osmos və diffuziya qanunları əsasında keçir. Bu proses habelə faqositoz, pinositoz yolu ilə də icra olunur.

Orqanellər. Hüceyrə orqanelləri və ya orqanoidləri xüsusi quruluşa malik, müəyyən funksiya icra edən sitoplazmatik strukturlardır. Bunlar hüceyrənin həyat fəaliyyətində bilavasitə iştirak edir. Orqanellər ümumi və xüsusi əhəmiyyətli olmaqla iki qrupa ayrılır. Ümumi əhəmiyyətli orqanellər bütün hüceyrə növlərinə məxsusdur. Bunlara sitoplazmatik tor, ribosomlar, mitoxondrilər, lövhəcikli kompleks, sentrosom və lizosomlar aiddir. Xüsusi əhəmiyyətli orqanellər yalnız müəyyən növ hüceyrələr üçün səciyyəvidir. Bunlara tonofibrillər, miofibrillər, neyrofibrillər, mikroqovuqcuqlar, qamçılar və s. aiddir.

Sitoplazmatik tor bir-birindən xeyli fərqlənən iki tipə bölünür: hamar, dənəsiz və dənəli, qranulyar sitoplazmatik tor.

Sitoplazmatik torun əsas vəzifəsi zülal maddələrinin, yağların və polisaxaridlərin sintezindən ibarətdir. Belə ki, zülallar dənəli sitoplazmatik torda, polisaxarid və yağlar dənəsiz sitoplazmatik torda sintez olunur.

Ribosomlar ribonukleotidlərdən təşkil olunub, hüceyrədə tək-tək və ya qrup halında (polisom) yerləşir. Onlar zülalların sintez mərkəzidir.

Ribosomlardaıı olan spesifik RNT vasitəsilə sitoplazmadakı amin turşularından poli- peptid zəncirləri əmələ gəlir.

Mitoxondrilər hüceyrənin energetik sistemi hesab olunur. Yeni mitoxondrilər hüceyrədə mövcud olan mitoxondrilərin bölünməsi hesabına yaranır. Mitoxondrinin əsas funksiyası adenozin-trifosfat turşusunu sintez et-məklə hüceyrə üçün lazım olan enerjini ayırmasıdır.

Lövhəli kompleks və ya Holci kompleksi hüceyrənin sintetik fəaliyyəti məhsullarının – zülal, karbohidrat və yağların daşınmasında iştirak edir.

Holci aparatının fəaliyyəti sayəsində plazmatik membran təzələnir və böyüyür.

Sentrosom, yaxud hüceyrə mərkəzi, bir qayda olaraq, nüvənin yanında yerləşir, hüceyrənin mitoz bölünməsində bilavasitə iştirak edir.

Lizosomlarm daxilində üzvi maddələri parçalayan hidrolitik fermentlər vardır. Hüceyrənin qidalanmasında və ifrazatında iştirak edir. Bu da faqositoz və avtoliz prosesləri ilə gedir.

Xüsusi orqanellər. Kirpiklər və qamçılar həm sərbəst hüceyrələrdə, həm də toxumaların tərkibindəki hüceyrələrdə olur. Adətən hüceyrənin tək, hərəkətli və uzun çıxıntısım qamçı, nisbətən qısa və çoxlu çıxıntılarını kirpiklər adlan-dırırlar. Bunlar hüceyrədə hərəkət funksiyasım yerinə yetirir.

Tonofibrillər keratin zülalından təşkil olunmaqla hüceyrədə mexaniki və ya istinad vəzifəsini həyata keçirərək, epitel hüceyrəsinə möhkəmlik verir.

Mikroqovuqcuqlar mühafizə funksiyasını daşıyır, su və mineral maddələrin sorulma prosesində iştirak edir. Çoxhüceyrəli heyvan və ya insan orqanizmi əzələ yığılmalarının köməyilə hərəkət edir. Əzələ lifinin yığılmasını təmin edən struktur miofibrillördir.

Neyrofibrillər sinir hüceyrəsinin sitoplazmasmdakı spesifik orqanellər olub, oyanmanın nəql olunmasında bilavasitə iştirak edir.

Əlavələr. Sitoplazmada müxtəlif maddələrin ayrı-ayrı toplantıları hüceyrə əlavələri adlanır. Bunlar qeyri-sabit törəmələr olub, hüceyrənin bütün həyatı boyu əmələ gəlir və ya itir. Əlavələrə hüceyrənin özünün hasil etdiyi və ya faqositoz, pinositoz yolu ilə ətraf mühitdən udduğu maddələr aiddir.

Hialoplazma sitoplazmanm struktur komponentləri arasında qalan homogen şəffaf hissəsinə, başqa sözlə, orqanellərdən azad olan sitoplazmatik maddəyə deyilir. O, hüceyrənin maddələr mübadiləsində mühüm rol oynayır. Belə ki, suda həll olmuş müxtəlif maddələrin diffuz yolla hüceyrəyə daxil olmasında və ondan xaricə çıxmasında bilavasitə iştirak edir.

Hüceyrə nüvəsi. Hüceyrənin əsas tərkib hissəsidir. Onun iki müxtəlif halı ayırd edilir: interfaza nüvəsi və bölünməkdə olan nüvə, interfaza nüvəsi hüceyrə bölünmələri arasındakı dövrdə olan nüvəyə deyilir. Bu zaman nüvə hüceyrənin bütün funksiyalarında iştirak edir və adətən bölünməyən hüceyrə nüvəsi adlanır. Nüvə, adətən hüceyrənin mərkəzində yerləşir, sitoplazma ilə əhatə olunur. Nüvənin forması hüceyrənin forma və vəziyyətindən, yaş xüsusiyyətindən, yerləşdiyi yerdən və s. asılıdır. Hüceyrələr birnüvəli və çoxnüvəli olur.

Nüvə nüvə pərdəsi, nüvə şirəsi, nüvəcik və xromo- somdan ibarətdir. Nüvə pərdəsi ilə nüvə sitoplazmadan ayrılır. Burada sitoplazma ilə nüvə arasında fasiləsiz mad¬dələr mübadiləsi gedir. Nüvə şirəsi onun daxili mühitini təmsil edir və orada niivəciklər, xromosomlar yerləşir.

Nüvəciyin tərkibinə RNT və zülal daxildir. Nüvəciklər xromosomlarla əlaqədar olub, onlarda RNT sintez olunur. Xromosomlar nüvənin əsas tərkib hissəsi olub, irsi əlamətləri nəslə ötürür.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...