HORMONLAR HAQQINDA ÜMUMİ MƏLUMAT

HormonlarOrqanizmdə maddələr mübadiləsini tənzim edən sistemlərdən biri də hormonal sistemdir.  Hormonal sistem bütün  endokrin vəzilərinin, daxili sekresiya  vəzilərinin, təsiri ilə həyata keçirilir.

Endokrin vəzilər aşağıdakılardır:

Epifiz,

loading...

Hipofiz,

Qalxanvari  vəzi,

Paraqalxanvari vəziləri,

Hipotalamus,

Böyrəküstü vəzilər;

a) Böyrəküstü vəzin beyin maddəsi,

b) Böyrəküstü vəzin qabıq maddəsi,

Mədəaltı vəzi,

Tənasül (cinsiyyət) vəziləri,

Timus və s.

Endokrin vəzi toxumalarının  yaratdığı maddələri  bir  başa qana ifraz etməsi prosesi daxili sekresiya adlanır. Daxili sekresiya vəzilərinin   hüceyrələrinin yaratdığı xüsusi maddələrə hormonlar adı verilmişdir.

Hormonlar 2 əsas qrupa bölünür

Liofil hormonlar. Bunlara steroid hormonları, estradiol, testosteron, kalsitreol, yodtironinlər, tiroksinlər və s. aiddir.

Hidrofil hormonlar. Bunlara isə histaminlər, serotoninlər, melatonin, adrenalin, tiroliberin, tireotropin, insulin, qlükaqon və s. aiddir.

Liofil hormonlar sintez olunan kimi qana ifraz edilir. Asanlıqla hüceyrə   membranını   keçir,   hüceyrədaxili   reseptorlarla   birləşir. Hüceyrədaxili genlərin çevrilmələrini tənzimləyir. Daşıyıcı zülallar vasitəsilə daşınır.

Hidrofil hormonlar peptid təbiətli və yaxud da  amin turşularının törəmələridirlər və bəzi hüceyrələrdə toplana bilirlər, hüceyrə daxilinə keçə bilmirlər, membran səthindəki reseptorlarla birləşə bilirlər. Qan axınında daşıyıcısız hərəkət edirlər.

Hormonlar – xüsusi üzv və toxumalarda hazırlanaraq qana və limfaya  ifraz  edilən hazırlandığı  yerdən kənarda   orqanizmin müxtəlif  üzvlərinin funksyasına təsir göstərən  spesifik aktiv maddələrdir.

Hormon termini 1905-ci ildə Starlinq tərəfindən elmə daxil edilmiş və əvvəllər müxtəlif mənşəli bioloji aktiv  maddələri  adlandırmaq  məqsədilə işlədilmişdir.

Hormonlar ilk dəfə BurdaxMyuller  tərəfindən  sonralar Bertold və Braun Sexar  bu işlə məşğul olmağa başlamışdır.

Hormonlar   maddələr  mübadiləsini,  fermentetiv  prosesləri ayrı-ayrı orqanların funksiyasını nizama salır.  Bunların  təsirində qarşılıqlı əlaqə vardır. Onlar orqanizmdə həm sərbəst, həm də zülallar, fosfatidlər, üzvi turşular və başqa maddələrlə kompleks səklində   olur.   Bu   formalar   sinir   impulslarının   təsirindən   dəyişə bilər.

Hormonlar  ayrı-ayrı  toxuma  və  orqanlarda  biokimyəvi reaksiyaları  tənzimləyir.  Məsələn:  hormonlar   nRNT-ın   sintezini, ribosomun funksiyalarını aminturşuların daşınmasını (translyasiya) nizama salır.

Mərkəzi sinir sistemi ilə daxili sekresiya vəzlərini ifraz etdiyi hormonlar   arasında   siqnallar   ötürən   peptid   quruluşlu hormonlar mövcuddur. Bu hormonları tənzimləyici-faktorlar və ya neyrohormonlar adlanır.

Hormonlar digər maddələrdən öz spesfikliyinə, yüksək bioloji aktivliyinə, xüsusi vəzilərdə sintez olunaraq qana ifraz etmələrinə və   təsirinin   distanlığına   görə   fərqlənir.  Göstərilən   xassələrin hamısına malik olan hormonlar həqiqi hormonlar hesab edilir.

Hormonların spesifikliyi – onun xarakterik  kimyəvi quruluşuna və quruluşa müvafiq gələn bioloji təsir xüsusiyyətinə malik   olması   müəyyən   bir   vəzdə  sintez  olunaraq  qana  ifraz edilməsi nəzərdə tutulur.

Hormonlar çox  yüksək bioloji  aktivliyə  malikdirlər. Onlar olduqca   kiçik   dozalarda  öz təsirini təzahür etdirir. Onlar  yalnız   periferik  toxumalarda müəyyən dəyşirikliyə uğradıqdan sonra hormonal aktivliyi əldə edirlər.

Buna görə onları parahormonlar  adlandırmaq   daha   məqsədəuyğundur. Cinsiyyət vəzlərində və böyrəküstü vəzinin qabıq maddəsində hazırlanan androstendion və  dehidroepiandrosteron  parahor-monların nümayəndələridir.   Bəzi   endokrin   vəzilərin   məhsulları   eyni zamanda həm hormon, həm də parahormon vəzifəsini daşıya bilir.

Həqiqi hormonlar  toxuma hormonlarından  fərqli xüsusiyyətləri   sintez   olunduğu   vəzdən   xeyli   uzaqda   yerləşən toxumalar     təsir     göstərməsidir.     Bu     xassə     hormonların  – distantlığıdır.

Endokrin  vəzilərin     fəaliyyətində əks-əlaqə  prinsipi mövcuddur. Belə ki, hipovizin ön payının, qalzxanabənzər vəzinin, cinsiyyət   vəzlərinin   və   böyrəküstü   vəzin   qabıq   maddəsinin fəaliyyətini tənzim edən  bir  neçə hormon hipovizin  ön  payının hormonlarının sekresiyasına təsir göstərir.

Endokrin   vəzilərin   fəaliyyətinin   sinir   sistemindən   asılılığı əlaqəli və əks əlaqəli formada qurulmuşdur.

Sinir     sistemi endokrin vəzlərin  fəaliyyətinə  əsasən  hipotalamus vasitəsi ilə təsir göstərir. Xarici və daxili amillərin təsiri   altında   orqanizmin   toxumalarında   yerləşən   reseptorlarda impulslar   yaranaraq   mərkəzi   sinir   sisteminə   verilir.   Nəticədə hipotalamusda   spesifik   tənzimedici   hormonlar   sintez   olunur.   Onların   təsiri   ilə   hipovizin   ön   payının hormonlarının   sintezi   sürətlənir   ya   da   ləngiyir.   Hipovizin   ön payının   hormonları   isə   öz   növbəsində   digər   daxili   sekresiya vəzilərinin fəaliyyətinin tənzimində iştirak edir.

Beləliklə, yuxarıda göstərilən   xassələr   hormonların   bioüzvi   maddələrin   xüsusi   bir qrupu kimi səciyyə-ləndirməyə və onları digər humoral amillərdən fərqləndirməyə   əsas   verir.   Qeyd   etmək  lazımdır  ki, humoral amillərin  hormonal  və qeyri-hormonal   növlərə     bölünməsi  müəyyən dərəcədə məqsədəuyğun olsa da, şərtidir.

Hormonlarla prohormonlar,   histohor-monlar   və   hüceyrədaxili   tənzimedicilər  arasında   kəskin   fərq   yoxdur.   Bəzi   birləşmələr   bu   maddələr arasında aralıq mövqe tutur. Eyni bir maddə həm hormon, həm də histohormon   üçün   səciyyəvi   olan   xassələrə   malik   ola   bilər. Bundan əlavə, qeyri-hormonal amillərin əksəriyyətinin təsir mexanizmi hormonların hüceyrələrə təsirinin  həyata keçirilməsi ilə əlaqədardır.

Hormonların təsir mexanizmi vətəsnifatı: Hormonlar toxuma və hücey-rələrin funksiyalarına seçmə, spesifik təsir edir.  Bu   isə   hüceyrələrdə   hormonlara   birləşəcək   spesifik   zülal reseptorlarının varlığı ilə əlaqədardır. Həmin reseptorlar 2 qrupa bölünür.   Onlardan   bir   qrupu   plazmatik   membranın   (hüceyrə örtüyünün       xarici)     səthində      yerləşir.

Digəri-sitoplazmatik reseptorlar isə hormonla hüceyrənin daxilində birləşir. Birinci növ reseptorlar       adenilatsiklaza        ilə əlaqədar   olduğundan adenilatsiklaza sistemi adlanır. Hormon, məsələn, prolaktin, zülal reseptoru   ilə   birləşərək   hormon-reseptor   kompleksini   əmələ gətirir.   Bu   da   adenilatsiklazaya   təsir   edib,   onu   fəallaşdırır. Sonuncu isə ATF-i siklik AMF-ə çevirir.

AMF hədəf hüceyrədə bəzi orqanellaların və bir   sıra   spesifik   zülalların   (məsələn,   xromatin   zülallarının) fosforlaşmasını sürətləndirən fermentləri (nüvə proteinkinazaları məsələn, fosforilaza) fəallaşdırır. Nəticədə hüzeyrədə gen fəallaşır və müvafiq maddənin (məsələn süd vəzi hüceyrəsində) kazeinin  sintezinə başlanır.

Hormonun   (məsələn,   adrenalin)   seçmə   təsiri   müvafiq reseptorun quruluşu ilə əlaqədardır. Fermentlərin fəallığı siklik QTF və   başqa   nukleotidlərlə,   proataqlantinlərlə   də   tənzimlənir.   Bu yolla, yəni adinilatsiklaza sistemi ilə zülal (prolaktin, insulin bə s.) və   polipeptid   (adrenokortikotropin,   qlükoqon   və   s.)   təbiətli hormonlar, katexolaminlər (adrenalin. noradrenalin) təsir edir.

Steroid hormonları  (kortikosteroidlər,  androsteronlar, estrogenlər) sitoplazma reseptorlarına təsir göstərir. Onlar spesifik zülal-reseptorlarla birləşərək, sitoplazmada mitoxondiryalarda və başqa orqanlarda hormon-reseptor kompleksi əmələ gətirir. Həmin komplekslər     hədəf     hüceyrənin  sitoplazmasından  nüvəsinə  keçərək, xromosomlardaki  xüsusi zülallarla (akseptorlarla) birləşir

və transkripsiyaya təsir edir. Bu zaman genlər fəallaşır, PHT-nin, o cümlədən   mPHT-nin,   müvafiq   fermentlərin   və   başqa   zülalların (məsələn,   yumurtalıq   yolunda   ovalbuminin)   sintezi   sürətlənir. Sitoplazmatik zülal reseptoru hormonun təsirinin vasitəsi olub bu xassəni yalnız hormonla birləşdikdə, kompleks əmələ gətirdikdə qazanır.   Göstərilən   mexanizimlər   hormonların   təsirində   əsas sayılır.   Lakin   hormonların   təsiri   ilə   mübadilə   proseslərinin tənzimində əlavə spesifik amillər də  iştirak edir.

Hazırda   100-ə   yaxın   hormon   və   hormonoid   məlumdur. Hormonoidləri   (histamin,  serotonin, bradikinin,  renin, qastrinsekretin   və   s.) toxuma   hormonları   da   deyilir.   Onlar adi hüceyrələrdə əmələ gəlirlər.

Hormonlar   təsirinə   görə   2   yerə   ayrılır:  buraxıcı   və   icraçı. Buraxıcılara   hipotalamusun   neyrohormonları   aiddir.   Onlar   bəzi daxili sekresiya vəzilərinin fəaliyətini tənzimləyir. İcraçı hormonlar isə boy, inkişaf, məhsuldarlıq, çoxalma və s-də əlaqədar mübadilə proseslərinə təsir edir.

Hormonlar kimyəvi təbiətinə, funksiyalarına və əmələgəlmə  yerlərinə görə də təsnif olunur.

Hormonlar kimyəvi təbiətinə görə 3 əsas qrupa ayrılır: zülal, aminturşuların   törəmələri   və   steroid   hormonları.   Zülal   təbiətli hormonlar sadə (somatotropin, prolaktin, insulun) və mürəkkəb zülal  (tireotropin,      liporopin),       polipeptid  (somayostatin, vazopressin,  oksitosin) olur.

Bəziləri isə  aminturşularının (böyrəküstü   vəzin   beyin   maddəsinin   və   qalxanabənzər  vəzinin hormonları) törəmələridir. Steroid hormonları sterinlərdən əmələ gəlir.   Aşağıda   hormonların   əmələgəlmə   yerlərinə   görə   təsnifi  verilir.

Qalxanabənzər vəzin hormonları, kimyəvi təbiəti, funksyaları: Qalxanvarı vəzi çəkicə kiçik olmasına baxmayaraq, qanla ən yaxşı təchiz olunmuş orqandır. İnsanda bunun çəkisi 25- 30 q, inəkdə 10-15 q, qoyunda 5 q, donuzda 7-8 q olur. Bu vəzidə əmələ   gələn   hormona   tiroksin   və   ya   tetrayodironin   deyilir. Tiroksini ilk dəfə 1919-cu ildə Kendal tireoqlobulin adlanan zülalın hidrolizindən   ayrılmışdır.   Qalxanvarı   vəzin   folikulunda   olan   bu zülalda 0,5-1 %  yod vardır. Onun molekul kütləsi 650-700 min daltonlara yaxındır.

Son   zamanlar   heyvanların   qanında   xüsusi   maddənin – üçyodtironinin də varlığı müəyyən edilmişdir. Bu maddə tərkibcə tiroksinə yaxındır, amma fəallığı ondan 10 dəfə artıqdır.

Qalxanvarı vəzidə az miqdarda monojodtirozin də olur.

Tiroksinin   maddələr   mübadiləsində   rolu   böyükdür. O  qaz mübadiləsini,  qanda  qlükozanı  artırır, mitoxondrilərdə oksidləşməklə fosforlaşmanın intensivliyini nizamlayır.

Tiroksin və tiryodtironin orqanizmdə öz funksiyalarını başa çatdırdıqdan sonra tez aminləşmə, yodsuzlaşma və konfuqasiya proseslərinə uğrayır.  Yodun  ayrılması  toxumalarda     tiroksin-halogenaza fermentinin iştirakı ilə baş verir. Parçalnmadan ayrılan yod əsasən qeyri-üzvi birləşmələr şəklində böyrəklər vasitəsilə xaric olunur.

Trioksinin   istehsalı   azalırsa,  hipotireoidizm   baş   verir.  Bu qalxanvari   vəzinin   atrofiyalaşmasından   əmələ   gəlir.   Bu   zaman insan və heyvanda qısa boyluluq müşahidə olunur, kretinizm baş verir.

Əgər   bu   hal   yaşlılarda   müşahidə   edilərsə,   miksedema adlanır. Bu zaman xəstələr çox yaşlı görünür, mübadilə prosesi zəifləyir, sulu şişlər əmələ gəlir və piylənmə müşahidə olunur. Qalxanvarı   vəzinin   degenerativ   böyüməsində   endimik   ur xəstəliyi əmələ gəlir. Bu xəstəlik insan və heyvanlarda ən çox yod az   olan   yerlərdə   (dağlıq   və   dağətəyi   rayonlarda)   baş   verir.

Qalxanvarı   vəzinin   hiperfunksiyasına   da   təsadüf   edilir.   Bu zaman Bazedov xəstəliyi əmələ gəlir. Bu da mübadilə proseslərini intensivliyi ilə xarakterlənir. Nəticədə orqanizm zəifləyir, spesifik əlamət olaraq çəpgözlülük baş verir, arıqlama, ətraflarda titrəmə müşahidə olunur.

Qalxanvari ətraf vəzilər qlxanabənzər vəzinin arxa səthində yerləşən sarımtıl-qırmızı rəngli xırda törəmədir (çəkisi 0,1-0,15 q-dır).

Bu   vəzilərin   sintez   etdiyi   hormon   paratireokrin   və   ya parathormon adlanır. Parathormon 84 aminturşusunun qalığından və lipidlərdən əmələ gəlmiş mürəkkəb zülaldır, tərkibində 12,6-15,5% azot var, molekul kütləsi 700 min daltona yaxındır. Bu zülal iki   fraksiyadan   ibarətdir.  Fəal   faksiya   suda,   duz   məhlullarında yaxşı   həll   olur,   proteolitik   fermentlərin   təsirindən   inaktivləşir.

Parathormon Ca2+ və fosfat ionlarının bağırsaqlarından sorulmasını sürətləndirir.

Qalxanvarı   ətrafı   vəzilərin   hormonlarının   çatışmazlığında qanda kalsiumun miqdarı azalır, quanidin və fosfor çoxalır, çünki parathormon  kalsium  və  fosfor  mübadiləsinin  nizamlanmasında iştirak   edir.   Sinir   sisteminin   oyanması   sürətlənir,   tetaniya   baş verir. Bədənin   müxtəlif   əzələlərində   sinir   əzələ   oyanıqlığının yüksəlməsi müşahidə edilir.

Böyrəküstü   vəziləri   hormonları, kimyəvi   təbiəti, funksyaları:  Böyrəküstü vəzilər cüt üzvlərdən olub böyrəklərin kranıal hissəsində yerləşir.

Böyrəküstü vəzilərin həm qabıq, həm də beyin hissəsində çoxlu hormonlar istehsal edilir. Bu vəzilərin çəkisi insanda 10-12 q, inəkdə   10-30   q,   donuzda   5   q,   qoyunda   3-4   q   olur.   Bunların çəkisinin 10%-i beyin qatından, 90%-i isə qabıq qatından ibarətdir.

Böyrəküstü   vəzilərin   beyin   hissəsində   əmələ   gələn   hormonlar katexolaminlər adlanır: buraya üç hormon-adrenalin, noradrenalin və izopropilad-renalin aiddir. Adrenalin və noradrenalin həmçinin  simpatik sinir sisteminin hücey-rələrində əmələ gəlir.  Adrenalin   (və   ya   epinefrin)   tipozinin   və   ya   fenilalaninin törəməsidir.

Böyrəküstüvəzilərin qabıq hissəsində isə indiyə kimi 30- a qədər hormonun varlığı müəyyənləşdirilmişdir. Bunların hamısı sterinlərin ketoörəmələridir, steroidlərdir. Misal olaraq kortikoste- ron, kortizon, kortizol (oksikortikosteron) və s. göstərilə bilər.

Böyrəküstü     vəzinin    qabıq     maddəsində     sintez    olunan hormonların   quruluşlarının  əsasını tsiklopentanperhidrofenantrenin   törəmələri   olan   preqnan   və allopreqnan təşkil edir. Böyrəküstü vəzilərin ümumi çəkisinin 5%-ə qədəri xolesterinin payına düşür. Ondan kortikosteroidlər sintez olunur.  Bu hormonlar zülalların, karbohidratların, yağların və mineral maddələrin (düzların, suyun) mübadiləsində əsas rol oynayır.

Mineral maddələrin  mübadiləsində   iştirak    edənlərə mineralokortikoidlər   deyilir.    Məsələn,     aldosteron, dezoksikortikosteron və s. Bunların təsirilə hüceyrələrdə və bioloji mayelərdə natrium və kalium ionlarının paylanması nizamlanır.

Qlükokortikoidlər   (kortizon,   kortikosteron,   pksikortikosteron və  s.)   karbohidratların   mübadiləsində   iştirak   edir.   Bu   vəzilərin xəstəliyi nəticəsində xroniki kaxeksiya və zəiflik müşahidə olunur, dəridə piqmentasiya pozulur. Buna bürünc və ya Addison xəstəliyi deyilir.

Mədəaltı     vəzi     hormonları,     kimyəvi     təbiəti, funksyaları: Mədəaltı vəzi (pankreas) qarşıq, yəni həm ekzokrin, həm   də   endokrin   funksiyalı   vəzilərdəndir.   Onun   axacağı onikibarmaq bağırsağa tökülür.

Bu vəzin çəkisi insanda 80-90 q, qaramalda 120 q, donuzda 60 q, və qoyunda 40 q-dır.  Mədəaltı vəzinin hormonu insulin Langerhans adacıqlarında beta-hüceyrə-lərdə əmələ gəlir. İnsulinin öyrənilməsinə təxminən 50 il bundan əvvəl Minkovski, L. Sobolyov, F. Bantinq və   Ç. Best tərəfindən   başlanmışdır.   Hazırda  müəyyən   edilmişdir   ki,   insulin sadə   zülaldır.   Qeyri-fəal   84   aminturşusunun   qalığından   ibarət proinsulin   şəklində   istehsal   olunur.

Fəallaşdıqda   iki   hissədən parçalanaraq,   31-63-cü   amin   turşusunu   itirmiş   proinsulin   fəal formaya-insulinə   keçir.   İnsulinin   tərkibində   51   aminturşusunun qalığı   vardır.   Bunlar   2   polipeptid   zəncirində   birləşir,   zəncirin birində 21 amin türşusunun, digərində 30 aminturşusunun qalığı vardır.

İnsulinin   nəinki   kimyəvi   tərkibi,   hətta   quruluşu   da   bizə məlumdur. Hazırda o sintez də edilmişdir.  Müxtəlif heyvanların insulini 21 aminturşusundan  ibarət polipeptid zəncirində (A) 8-10- cu aminturşularına görə fərqlənir. Belə ki, qaramalda və qoyunda 8-ci aminturşusu alanin olduğu halda, insanda, donuzda, atda, itdə,  ada dovşanında           izoleysindir.

Deməli,  insulin  növ xüsusiyyətinə   malikdir.   İnsulin   karbohidratların   mübadiləsində iştirak edir. O adrenalinin əksinə təsir göstərir, yəni qanda şəkərin miqdarını   azaldır.   Heksokinazanın   fəallığını   artırır,   qlükozanın qlikogenə çevrilməsini sürətləndirir.

Qlükaqon. Bu hormonda mədəaltı vəzinin alfa hüceyrələrində əmələ gəlir, tərkibində 29 aminturşusunun qalığı vardır.

Müəyyən edilmişdir ki insan və heyvan qlükaqonun birincili quruluşu bir-birindən fərqlənmir (hindquşundan başqa).  Qlükaqon   mədəaltı   vəzidən   başqa   bağırsaq   divarında   da sintez olunur. Bu hormon qlükogenolitik təsirinə görə adrenalinə bənzəyir lakin qlükaqon adrenalindən fərqli olaraq arterial təzyiqi yüksəltmir. Onun təsir obyekti qaraciyər, miokard və piy toxuması hüceyrələridir. Qlukaqon göstərilən hüceyrələrdə adenilatsiklaza frmentinin fəallığını artırır nəticədə AMF-in sintezi sürətlənir.

Qlukaqon orqanizmdə karbohidratların  parçalanma məhsullarından  lipidlərin    sintez    olunmasını  ləngidir    və qlükonogenez     prosesini     sürətləndirir.  Onun  təsirindən     piy toxumasından   qliserinin   və  yağ  turşularının   azad   olaraq   qana keçməsi   sürətlənir.  Qaraciyər   lipazasının   aktivliyi   yüksəlir. Toxumalarda qlükoza, fruktoza və sirkə turşusunun yağ turşularına və   xolesterinə   çevrilməsinə   mane   olur.   Bunların   nəticəsində toxumalarda   enerji   hasilatı   artır   və   orqanizmin   oksigenə   qarşı təlabatı yüksəlir.

Lipokain.    Bu   polipeptiddir.   O   vəzin   xırda   axarlarının epitelisində əmələ gəlir. Lipokain yağ turşularının oksidləşməsinin, fosfastidlərin mübadiləsini sürətləndirir, lipotrop amillərin (xolin, metionin)   təsirini   stimullaşdırır.   Onun   çatışmamazlığı   insan   və heyvanlarda qaraciyərin piylənməsinə səbəb olur.

Bunlardan   əlavə   mədəaltı  vəzdə  daha  4   hormonun   sintez olunduğu aşkar edilmişdir – somatostatin, vaqotonin, sentropnein və   pankreatik   polipeptid.   Bu   hormonların   hər   birinin   özünün funksyaları var.

Tənasül     vəzi     hormonları,  kimyəvi  təbiəti, funksyaları:   Tənasül   vəziləri   hormonları   erkək   və   dişi   cinsi vəzilərinin   interstisial   hüceyrələrində   və   qismən   böyrəküstü vəzinin qabıq maddəsində sintez edilir.

Hazırda erkək və dişi tənasül hormonlarının çoxunun kimyəvi təbiəti      öyrənilib       artıq      sintez       edilmişdir.    Bunlar tsiklopentanoperhidrofenantrenin,   dişi   tənasül   hormonları   isə estranın törəmələridir. Dişi tənasül hormonlarına misal estradiolu, estronu (follikulin), progestronu və estriolu göstərmək olar. Estran bunların törəməsidir.

Estradiol fizioloji təsirinə görə estrondan 10 dəfə estrioldan isə 25-30 dəfə yüksək aktivliyə malikdir. Estradiol   follikulalarda,   estron   folikullarda,   yumurtalıqda, boğazlıq   zamanı   plasentada   da   əmələ   gəlir.   Folikullarda   sintez olunan hormonlara (estron və estradiol) estrogenlər   də deyilir.

Yaxınlarda  müəyyən   edilmişdir   ki,   dişi   tənasül   hormonları follikulin və estradiol beyində də sintez oluna bilər. Bu məqsədlə qanda olan erkək tənasül hormonlarından istifadə olunur.

Orqanizmdə bu hormonların sintezi üçün ilkin material kimi xolesterindən və sirkə turşusundan istifadə olunur. Onların əmələ gəlməsində   aralıq   məhsul   testosterondur.   Esterogenlər   qan   və limfanın   tərkibində  ya  sərbəst  halda  ya  da  zülallarla   (xüsusən albuminlərlə) birləşmiş şəkildə olur. Qanın hər 100 ml-də 1 mq-a qədər estrogen olur.

Hipofiz vəzi hormonları, funksyaları:  Hipofiz vəzinin (beyin artımı) çəkisi çox azdır. İnsanda onun çəkisi 1 q-a yaxın, inəkdə 3,8 q, atda 2 q, qoyunda 0,4 q, donuzda 0,3 q olur. Hipofizin   hormonları   maddələr   mübadiləsinə   təsir   etməklə boy və inkişaf proseslərini nizamlayır.

Hipoviz vəzi 3 hissədən ibarətdir: ön, orta və arxa. Ön və arxa hissələrin hormonları yaxşı öyrənilmişdir, ortanınkı isə hələlik tam müəyyənləşdirilməmişdir.  Ön  hissənin  hormonları aşağıdakılardır: somatotropin, honadrotropin, adrenokorti-kotropin, tireotropin, laktotropin.

Somatotropin. Bu, zülal təbiətli maddə olub, tərkibi  heyvanın növündən asılıdır. Qaramalın somatotropinində 396, insanınkında isə 190 aminurşusunun qalığı vardır. Sonuncu 1971-ci ildə sintez edilmişdir.   Müxtəlif   heyvanlarda   somatotropinin   molekul   kütləsi 25-46 min dalton arasında dəyişir. Somatotropinə boy hormonu da deyilir.

Bu hormon toxumalarda sərbəst aminturşularının miqdarını azaldır, zülalların sintezini artırır, sidiklə azotlu maddələr az ifraz olunur.   Diabetogen   və   pankreotrop   təsir   bununla   əlaqədardır. Karbohidratların mübadiləsinə təsir edərək əzələlərdə qlikogenin miqdarını çoxaldır.

Somatotropin   hüceyrələrin   bölünməsini,   hüceyrə   nüvəsinin və   sitoplazmanın   tərkibinə   daxil   olan   zülalların   biosintezini sürətləndirir. Bu hormon sümük və qığırdaq toxumalarına xüsusilə güclü təsir göstərir, böyrək parenximasının inkişafını stimulə edir, fosfataza   fermentini   fəallığını   artırır.  Onun   təsirindən   süd vəzilərinin   fəaliyyəti   və   qanda   eritrositlərin   əmələ   gəlməsi sürətlənir.

Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm də   somatomedin  (somatotropinin   mediaboru)   adlanan   zülali maddələrlə biokomplekslər şəklində təsir göstərir. İnsanın qanında somatomedinlərin 6 növü tapılmışdır.

Honadotrop hormonlar.  Bu ad altında hipovizin ön payında sintez   olunan   follikultənzimedici,   lüteinləşdirici   və   lakfogen hormonlar birləşdirilir. Honadotrop hormonlar mürəkkəb quruluşa malik   olan   qlükoproteidlərdir.   Qanda   bu   hormon-ların   miqdarı artdıqca   hipotalamısda   müvafiq   tənzimedici   amillərin   sintezi azalır.

Folikultənzimedici  hormon  – follitropin  dişilərin yumurtalığında olan folekullara, erkəklərin toxumluğunda gedən spermatogenez   prosesinə   stimuləedici   təsir   göstərir.   İnsan folekultənzimedici hormonu molekul kütləsi 34 000 Dalton olan qlükoproteiddir.

Lüteinləşdirici  hormone – dişilərdə     ovulyasyanı  (folekulun partlaması yumurtahüceyrənin azad olması) və yumurtalıqlarda sarı   cismin   əmələ   gəlməsini   sürətləndirir,   erkəklərdə   isə androgenləri hasil edən leydiq hüceyrələrinin fəaliyyətini tənzim edir.   İnsanda   lüteinləşdirirci   hormonun   molekul   kütləsi   28-500 Daltondur.

Laktogen   hormon   (laktotropin)-süd   vəzilərinə   estrogenlər kimi təsir göstərir onların poliferasiyasına səbəb olur və hamiləlik dövründə   hipotrofiyaya   uğramış   süd   vəzilərində   südün   əmələ gəlməsini   və   ifrazını   artırır.   Bundan   əlavə   prolaktin   hamiləlik dövründə yumurtalıqlarda yeni yumurta hüceyrələrinin qarşısını alır. Onun molekul kütləsi 24 minə yaxın polipeptiddir.

Andrenokortikotropin. Bu hormon 39 aminturşusunun qalığından     ibarət     polipeptiddir,  sintez  edilmişdir.  Müxtəlif heyvanların adrenokortikotrop hormonu quruluşca fərqlənir.  Kortikotropin   və   ya   adrenokortikotrop   hormon   böyrəküstü vəzilərin qabıq  hissəsinə təsir göstərməklə karbohidratların mübadiləsində iştirak edir.

Tireotropin.  Tireotrop   təsir   göstərir   yəni  qalxanavarı  vəzin fəallığını     artırmaqla  tiroksinin  istehsalını  çoxaldır.  Əsasən karbohidratların        mübadiləsinə  təsir  edir.  Bu  hormon qlükoproteiddir,  qeyri-zülal       hissəsi      karbohidratlardandır. Tərkibində 3,5% heksoza, 2,5% qlükozamin və 1%-ə yaxın kükürd vardır.

Tireotrop hormon (tireotropin) molekul kütləsi 28 300 Da-dur. Onun molekulu iki α və β poliprptid zəncirindən   ibarətdir.   α- zəncirində 96, β-zəncirində 118 aminturşu qalığı olur. Tərkibin-də 11 ədəd disulfid rabitəsi olur.

Hipofizin orta payının hormonu. Hipofizin orta (ara) payında melanositsti-muləedici hormon (melanotropin, intermedin) sintez edilir.   Məməli   heyvanlarda   bu   hormonun   iki   formasına   təsadüf olunur.   Onlardan   biri   α-,   digəri   isə   β-melanositsti-muləedici hormon   adlanır.   α-Melanositstimuləedici   hormon   –   tərkibinə   13 aminturşu qalığı daxil olan polipeptiddir.

Onun molekulunun birinci quruluşu adrenokortikotrop hormonunun molekul zəncirinin ilk 13 aminturşu   qalığından   ibarət   olan   hissəsi   ilə   eynidir.   Lakin   α- melanotropin molekulunun N-terminal hissəsində yerləşən serin aminturşusu sirkə turşusu qalığı ilə birləşmiş şəkildə olur, onun C- terminal   hissəsində   olan   13-cü   aminturşu   isə   valin   turşusunun amididir.

Hipofizin arxa payının hormonları. Yuxarıda göstərilmişdir ki, hipofizin   arxa   payının   hormonları   –   vazopressin   və   oksitosin hipotalamus   nüvələrindəki   neyrosekretor   hüceyrələrdə   əmələ gəlir və hipotalamo-hipofizar sistemi sinir lifləri vasitəsilə hipofizin arxa     payına     gətirilir.     Burada     vazopressin     və     oksitosin neyrosekretor     hüceyrələrin     aksonlarının     uclarında     (Xerrinq cisimciklərində)   toplanır.   Beləliklə,   hipofizin   arxa   payı   bu hormonlar üçün rezervuar vəzifəsi daşıyır. Q. Olivekronun (1957) məlumatına görə, vazopressin hipotalamusun supraotik, oksitosin isə paraventrikulyar nüvələrində əmələ gəlir.

Vazopressin     və     oksitosin,     kimyəvi     tərkiblərinə     görə, nonapeptiddirlər.   Onlar   bir-birindən   iki   aminturşu   qalığı   ilə fərqlənirlər. Belə ki, oksitosinin molekulunda leysin və izoleysin qalığı   olduğu   halda,   vazopressinin   molekul   zəncirinin   həmin aminturşulara   müvafiq   gələn   hissəsində   arginin   və   fenilalanin qalıqları yerləşir.

Hamiləliyin   erkən   dövrlərində   oksitosin   uşaqlığa   təsir göstərmir. Sonralar uşaqlığın oksitosinə qarşı həssaslığı yüksəlir və   doğuş   dövründə   maksimal   səviyyəyə   çatır.   Estrogenlər uşaqlığın   oksitosinə   qarşı   həssaslığını   yüksəldir,   sarı   cismin hormonu   (prohesteron)   isə   azaldır.

Oksitosin   süd   yollarının miopitelial hüceyrələrinin təqəllüsünü gücləndirərək süd vəzisinin daxili   təzyiqini   yüksəldir   və   südvermə   prosesini   stimulə   edir. Təmiz oksitosin vazopressinin, təmiz vazopres-sinin isə oksitosinin bəzi   təsir   xüsusiyyətlərini   cüzi   dərəcədə   özündə   əks   etdirir. Oksitosin qanda olan spesifik oksitosinaza (pitosinaza) fermentinin təsiri ilə parçalanır.

Vazopressinin orqanizmə yeridilməsi arteriya və kapilyarların daralmasına səbəb  olur   ki,   bu   da  qan   təzyiqinin   yüksəlməsi  ilə  nəticələnir. Vazopressin tac damarları daraldaraq, ürək çatışmazlığı əlamətləri göstərə   bilər.   Lakin   qeyd   etmək   lazımdır   ki,   qan   təzyiqinin artırılması üçün bu hormonun çox yüksək dozaları (antidiuretik təsir göstərən dozada bir neçə min dəfə artıq) tətbiq olunmalıdır.

Vazopressin   qısamüddətli   təsir   göstərir.   Bədənə   yeridilmiş vazopressinin  aktivliyi  1 – 3 dəqiqə  müddətində 2  dəfə  azalır. Onun çox hissəsi qaraciyər və böyrəklərdə parçalanır, 8 – 10%-i isə sidiyin tərkibində dəyişikliyə uğramamış şəkildə orqani-zmdən xaric olur.

Hormonoidlər,   kimyəvi   təbiəti,   funksyaları: Hormonoidlər deyilən maddələr də vardır. Bunlar da hormonlar kimi  təsir  edir,   lakin   daxili sekresiya vəzilərində əmələ  gəlmir. Onlardan serotonin göstərilə bilər. Bu oksitriptamindir.

Serotonin trombositlərdə, toxumalarda (baş beyində, mədə- bağırsaq   traktında   və   s.)   müəyyən   edilmişdir.   Serotonin   qan damarlarını   daraltdığı   üçün   xüsusi   əhəmiyyətə   malikdir.   Qan axmasının   qarşısını   almaqda   işlənir.   Histamin   də hormonoiddir. Histidinin dekarboksilləşməsindən əmələ gəlir.

Histiamin   hüceyrə   və   toxumalarda   birləşmiş   şəkildədir.   O, sinir   oyanma-larının   verilməsində   iştirak   edir,   mədənin   selik qişasında xlorid turşusunun sekresiyasını fəallaşdırır, böyrəküstü vəzilərinin qabıq hissəsinin hormonal fəallığını azaldır. Buna görə də   şizofreniyanın   müalicəsində   işlənir.   Anqiotenzində   bu   qrupa mənsub olub, böyrəklərdə qan təzyiqini artırır. Kalium ionunun hücey-rələrə   keçməsini   nizamlayır.   Kimyəvi   təbiətinə   görə heptapeptiddir.

Sekretin nazik bağırsağın, xüsusən onikibarmaq bağırsağın selik   qişasındakı   vəzilərdə   istehsal   olunan   polipeptiddir.   Onun molekul kütləsi 5000-ə yaxındır. Sekretin pankreas şirəsinin və ödün sekresiyasını stimullaşdırır. Bradikinin də hormonoiddir, 9- aminturşusunun   qalığından   ibarət   peptiddir.

Yuxarıda göstərilənlərdən aydın olur ki, hormonların insan və heyvan orqanizmində çox böyük əhəmiyyəti vardır. Ona görə də onların   təbabətdə   və   baytarlıqda   daxili   sekresiya   vəzilərinin xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Heyvanların boy və   inkişafının   nizamlanmasında,   məhsuldarlığının   artırılmasında hormonların tətbiqinin böyük perspektivləri vardır.

Ayşən Süleymanlı

loading...

Bunlarıda bəyənə bilərsiniz ...