HORMONAL  XƏSTƏLİKLƏRDƏN QORUNMAQ ÜÇÜN QİDA

Sağlam və faydalı qidalanma sağlamlığınızın təməlidir. Və düşünməyin ki, sağlam qidalanma dadsız yeməklərdir. Faydalı məhsullardan da dadlı yeməklər hazırlayıb, bütün ailəni sağlam qidalanmaya həvəsləndirmək mümkündür.

Ailəmizi sağlam qidalanmaya necə öyrəşdirmək olar:

  • çox yedizdirmək qayğı göstərmək deyil. Doyana qədər yemələri kifayətdir. – yeməkləri sağlam üsullarla bişirmək: sobada, gril, pörtdətmək

  • faydalı məhsulları rasiona tədricən əlavə etmək.

  • düzgün qidalanma ilə həyatın necə dəyişdiyini göstərmək. Çünki sağlam qidalanma, yaxşı əhvalruhiyyə və enerji gətirir

  • evə ancaq sağlam faydalı qida məhsulları almaq. (çipslər, qazlı şirin içkilər və s. bol şəkərli məhsulları qətiyyən almamaq )

  • faydalı məhsullardan dadlı və müxtəlif təamlar bişirmək. ( internetdə yüzlərcə faydalı reseptlər var)

Unutmayın ki, qidalanmağımız endokrin sistemimizə təsir göstərir, və sağlam qidalanmadıqda siz və ailəniz diabet, piylənmə və digər endokrinoloji xəstəliklərin qurbanı ola bilərsiniz!

loading...
loading...

Bunuda oxu...