HOMOSEKSUALİZM NƏDİR

HomoseksuallıqÖz həmcinsinə sevgi münasibətləri obyekti timsalında və erotik əlaqələrdə tərəfdaşlıq etməyə üstünlük verməkdir.

Homoseksuallıq seksual orientasiyanın 3 eynidəyərli növündən: (hetereseksuallıq, biseksuallıq və homoseksuallıq) biridir. Homoseksuallıq kişi və qadın tipli olur. Bu seksual orientasiyanın yaranması ilə bağlı fərqli nəzəriyyələr olsa da, çoxluq bunu insanin seksual xarakteristikasi kimi qəbul edir.

Necə ki, insanların dəri rəngi, saç rəngi, sol və ya sağ əlləri ilə işlərini görməsi xarakterik xüsusiyət kimi səciyyələndirilir, eləcə də homoseksuallılıq səciyyələndirilir.

loading...

Xəstəliklərin beynəlxalq təsnifatında belə homoseksuallıq psixi kənaraçıxmalara aid edilmir. Başqa sözlə insanlar özlərinin seksual orientasiyalarını seçmirlər. Yəni heç kəs homoseksual və ya heteroseksual olma qərarını özü vermir. Bu bir proqramlaşma olub fenotipik xüsiyyət daşıyır. Məlumat üçün deyim ki, Fenotip, genetik və ekoloji faktorların yaratdığı xüsusiyyətlərin canlının xarici görünüşündəki əks olunması deməkdir.

Homoseksuallığın müalicə olunma cəhdləri heç bir effekt verməməklə yanaşı orqanizmə geridönməz dəyişikliklər kimi zərbə vurur. Homoseksuallılığı müalicə etmək olmur, ona görə ki, o seksual özünü aparma pozğunluğu deyil.

Homoseksuallıq bioloji əsasa söykənir. Hətta heyvanlar aləmində homoseksual davranışlar geniş yayılmışdır. Məməlilərdən tutmuş soxulcanlara qədər 1500 dən çox heyvan növündə müşahidə olunur. Araşdırmaçılar düşünürlər ki, homoseksual olmaqmı ya olmamaqmı deyə bir seçim yox. Sadəcə bu orientasiyalı insanın özünü sevməsi və ya özünə nifrət etməsi halı mövcuddur.

Özünə nifrət edən homesksual orientasiyalı biri özünü sevib də cəmiyyətdə olduğu kimi görünən homoseksualdan fərqli olaraq “maska” geyinib cəmiyyətdə hətta ailəyə sahib belə olur. Amma o özü ola bilmədiyi həyata nifrətlə yanaşır.

Fərqli zamanlarda fərqli cəmiyyətlərdə homoseksuallılığa təxminən eyni sayda rast gəlinir. Fərqli mədəniyyətə sahib xalqlarda homoseksual insanlara qarşı fərqli yanaşmalar olmuşdur. Onları cəmiyyətdə qəbul da etmişlər, ölümə də məhkum etmişlər.

İndiki zamanda inkişaf etmiş ölkələrdə homoseksual insanlara tolerant yanaşılır, digər insanlarla eyni hüquqlara malik olur, qanun hətta eynicinsli insanların nigahına belə icazə verir.

Dr. Rauf Kazımov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...