HİSTEREKTOMİYA NƏDİR

Histerektomiya uterusun (uşaqlığın) çıxarılması əməliyyatıdır. Qadınlarda ən çox tətbiq olunan cərrahı əməliyyatlardan biridir.

Hansı vəziyyətlərdə histerektomiya əməliyyatı edilir?

Uşaqlıq miomaları: Histerektomiya üçün ən öndə gələn səbəblərindən biri uşaqlığın miomalarıdır. Göstərişlər xəstənin yaşı ilə əlaqədar olaraq dəyişir. Uşaqlıq miomaları qadınlarda ən çox rast gəlinən şişlərdir.

loading...

Nizamsız qanaxmalar: Histerektomiyaların 20 %-i hormonal səbəblərə bağlı nizamsız qanamalara əsasən edilir. Bu cür xəstələrdə dərman müalicəsi təsirli olmazsa və ya xəstə dərman müalicəsini qəbul edə bilməzsə, əməliyyat edilir.

Aybaşı ağrılarının şiddətli olması: Ağrıları xəstənin gündəlik həyatını çətinliyə uğradırsa, dərman müalicəsi müvəffəqiyyətli olmazsa və xəstə uşaq doğmaq istəmirsə, histerektomiya düşünülə bilər.

Qasıq ağrıları, uşaqlığın sallanması, xərçəngdən öncəki vəziyyət: Uşaqlıqdan qaynaqlandığı düşünülən qasıq ağrıları, uşaqlıq ağzında görülən xərçəng öncəsi dəyişikliklər, uşaqlığın sallanması faktlarında histerektomiya edilə bilər.

Doğum ağırlaşmaları: Təcili histerektomiyalar daha çox doğumla əlaqədar ağırlaşmalarlarda tətbiq olunur. Doğum sonrası uşaqlıq qanaxmasının dayandırılmaması (atoniya), bərpa edilə bilməyən uşaqlıq cırıqları, plasentanın (ciftin) tam ayrılmaması hallarında lazımlı ola bilər.

loading...

Bunuda oxu...