HİSSLƏRİN FİZİOLOJİ ƏSASI

İSTERİYA NƏDİRHiss və emosiyaların əmələ gəlməsi və idarə olunması vegetativ sinir sisteminin funksiyasına daxildir. Hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrində baş verən sinir prosesləri çox önəmli rol oynayır.

Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz vurmanı, orqanizmin ayrı-ayrı hisslərinin qan təchizini, hərarəti, bəzi orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona görə də hər hansı hissin baş verməsi müvafiq üzvlərdə müəyyən dəyişikliyə səbəb olur. Məsələn, tənəffüs ahəngi dəyişir, göz bəbəyi genişlənir, ürək döyüntüsü ya artır, ya da azalır, nəbz vurma dəyişir, tüklər biz-biz olur, tərləmə artır, ağızda dil quruyur və s.

Təsadüfü deyildir ki, qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz vurma kəşf etmişdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın ən həsas indikatorudur və çox vaxt insanlar öz emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər.

loading...

Hiss və emosiyaların əmələ gəlməsində və cərəyan etməsində ikinci siqnal sistemi xüsusi rol oynayır. Çünki hər hansı emosional halı elə sözün köməyi ilə də yaratmaq olar. Beləliklə, beyin qabığında və qabıqaltı sahədə baş verən sinir prosesləri, hiss və emosiyalann fizioloji əsası hesab olunur.

İnsanın emosional və hiss halına simpatik və parasimpatik sinir sistemi nəzarət edir. Dalaşarkən və ya qorxuya düşüb qaçarkən simpaik sistem insan orqanizmində müəyyən

dəyişikliklər etməklə (məsələn, qan təzyiqi artır, qanın laxtalanma dərəcəsi yüksəlir, tərləmə artır və s.) onu düşdüyü vəziyyətə hazırlayır və enerji dolu qanı bütün hüceyrələrə göndərir. Belə bir təhlükəli vəziyyət aradan qalxdıqdan sonra parasimpatik sistem öz funksiyasına başlayır və insanın fizioloji durumunu normallaşdırır.

Adi vəziyyətdə müəyyən duyğu və emosiyaların, təhlükəli vaxtlarda isə qorxu və qəzəb emosiyalarının təsiri altında yaşayınq. İnsanın ətrafıyla etdiyi çoxəsirlik davadan, vuruşmadan sağ çıxmasına bu iki sistem yardım etmişdir. Deməli, emosiyalar orqanizmin düşdüyü vəziyyətə uyğunlaşmasını təmin etməklə, insan həyatının davam etməsində önəmli rol oynayır.

Hisslərin funksiyaları

Hisslər üç önəmli funksiyanı yerinə yetirir:

Siqnal funksiyası. Biz emosiyaların köməyi ilə nitqdən istifadə etmədən qarşımızdakı insanın emosional durumunu başa düşür və ona uyğun şəkildə ünsiyyət qururuq. Siqnal funksiyasının köməyi ilə biz ərafda baş verən hadisələrin hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik. Bundan sonra davranış və rəftarımızda həmin cəhətləri nəzərə alaraq müəyyən dəyişikliklər edirik.

Tənzimetmə funksiyası. Hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi onları müəyyən istiqamətə yönəldə bilir. Bu hisslərin tənzimetmə funksiyası ilə bağlıdır. Məsələn, hər hansı dilə olan maraq, onu öyrənmək istəyi insanı uyğun ali məktəbdə oxumağa təhrik edir. Dilə olan həvəs insanı həmin xalqın tarixindən, mədəniyyətindən bəhs edən kitablar oxumağa, filmlərə tamaşa etməyə və musiqisinə qulaq asmağa vadar edir.

Kommunikativ funksiya. İnsanın keçirdiyi hisslər onun mimikasında, səsində, tənəffüsündə və s. təzahür edir. Hisslərin belə təzahürü qarşı tərəf üçün informasiya mənbəyidir. Kommunikativ funksiya insanlararası münasibətlərin tənzimlənməsinə xidmət göstərir. Məsələn, kədər hissinin təzahür etməsilə insan qarşı tərəfə özünün çətin vəziyyətdə olduğunu bildirir. Bu hal onun köməyə ehtiyacı olduğu haqqında məlumat verir. Bundan sonra biz həmin insana kömək edirik.

Bu funksiyalar insanın ətraf aləmi düzgün əks etdirməsinə və ona uyğunlaşmasına xidmət göstərir.

Amerikan psixoloqu K. İzard qeyd olunan funksiyalarla yanaşı emosiyaların motivasiya və sosiallaşma funksiyalarının olduğunu da qeyd etmişdir. Məsələn, qorxu hissi insanı kömək axtarmağa məcbur edir.

Güclü yanğın təhlükəsi qonşularda qorxu hissi yaradır. Bu da onların birləşməsinə və qorxu mənbəyinə qarşı mübarizə aparmalarına səbəb olur. Bu qorxunun yaratdığı sosiallaşmadır. İnsanın sosiallaşması prosesi hiss və emosiyanın hesabına həyata keçirilir.

Psixoloji araşdırmalarda bu fundamental emosiyalar müəyyən olunmuş və təsvir edilmişdir: maraq, sevinc, heyrət, kədər, qəzəb, nifrət, həqarət, qorxu, həya, günah, həyəcan, əzab.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...