HİSSLƏR NƏDİR?

TemperamentHisslər insanın dərk etdiyi cisim və hadisələrə digər insanlara, eyni zamanda özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.

İnsanın hissləri obyektə bəslənən subyektiv münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daşıyır və o, insanın bilik və təcrübəsindən, cins, yaş, fərdi xüsusiyyətlərindən, düşdüyü konkret vəziyyətdən asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa insanlar, onun subyekti isə insanın özüdür.

Hiss” termini ilə “emosiya” termini arasında oxşar və fərqli cəhətlər var. Emosiya (latınca “emoverre” həyəcan keçirmək deməkdir) insanın üzvü tələbatının təmin olub- olunmaması ilə bağlıdır. Emosiyalar tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. Emosiya həm insana, həm də heyvana xasdır. Hisslər isə yalnız insana xas olan psixi keyfiyyətdir.

loading...

Hisslər insan cəmiyyətinin inkişafı prosesində formalaşmışdır və ictimai xarakter daşıyır. Hisslər insanın cisim və hadisələrə, insanlara bəslədiyi münasibətin mahiyyətini, emosiyalar isə bu münasibətlərin təzahür formalarını ifadə edir. Ona görə də emosiyaları, hisslərin təzahür formaları kimi başa düşmək lazımdır. Emosiyaların inkişafının ali səviyyəsi davamlı hisslərdir. İnsanlar öz hisslərini emosiyalar formasında yaşayırlar.

Hiss və emosiyalar həm də insan davranışını tənzim edən psixi fəaliyyət formasıdır. İnsan hiss və emosiyaların köməyi ilə gündəlik həyatında rastlaşdığı bioloji, psixoloji, sosial gərginlikdən azad olur. Bu psixoterapevtik funksiya kimi orqanizmin relaksasiyasına kömək edir.

Hisslərin qeyri-adi qüvvəsindən istifadə etməklə şagirdin, tələbənin idrak fəaliyyətini fəallaşdırmaqla təlim prosesinin səmərəsini yüksəltmək olar. Təlim prosesində öyrənənlərin emosional cəhətdən fəallaşdıniması nəinki elmi, həm də köklü praktik məsələ kimi meydana çıxır.

İnsan hafizəsi adətən seçici xarakter daşıyır. İnsanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı (söz, hərəkət, hadisə, cisim və s.) yaddaşda daha yaxşı saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovuşağmda önəmli bir fenomen- emosional hafizo fenomeni əmələ gəlmişdir. “Kinli insanın yaddaşı uzun olar”, “İlan vuran ala çatıdan qorxar” kimi atalar sözləri emprik surətdə hisslərin hafizə və qavrayışa göstərdiyi təsiri təsdiq edir.

Düşüncə, təxəyyül və nitq kimi idrak prosesləri də hisslərlə birlikdə cərəyan edir. Düşüncə və hissin birgə inkişaf etdirilməsi müasir Azərbaycan məktəbi üçün ən önəmli məsələ olmalıdır.

Son zamanlar təhsil son dərəcə rasionallaşdırılıb və verballaşdırılıb. Bu şəraitdə isə uşaqların affektiv-emosional duyumu öləziyir. Nəticədə insanlar arasında laqeydlik, etinasızlıq, biganəlik, soyuqluq əmələ gəlir. Odur ki, şagird düşüncəsinin fəallaşdıniması, onun inkişafı hiss və emosiyalardan ayrı deyil, onunla birlikdə, onun köməyi ilə həyata keçirilməlidir.

Eksperimental şəkildə sübut olunmuşdur ki, emosional fəallıq olmadan hər hansı mürəkkəb fikri və praktik məsələnin həlli subyektiv surətdə mümkün deyildir. Hər hansı mürəkkəb məsələ isə iki planda həll edilir; 1) emosional^ 2) intellektual

Emosional həll dedikdə, insanda məsələnin həlli prinsipinin tapılmasına olan inam hissinin əmələ gəlməsidir. Bundan sonrakı əməliyyatla bağlı olaraq emosional fəallıq da artır. Məsələnin emosional planda həlli, onun intellektual planda həllini sürətləndirir. Belə ki, emosiyalar idrak proseslərini nəinki fəallaşdırır, həm də problemlə bağlı qavrayışın, hafizənin, düşüncənin məzmununa seçici təsir göstərir.

Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində önəmli rol oynayır. O, ilk növbədə hissələri fəalllaşdırmağın başlıca vasitəsidir. Təxəyyül gücündən istifadə etməklə özünü seçdiyi peşədə təsəvvür edən tələbədə müsbət hisslər formalaşır, onun təlimə münasibəti dəyişir və daha səylə oxumağa başlayır.

Təxəyyülün aktivləşdirilməsi şagird və tələbənin emosional olaraq fəallaşdırılmasının önəmli şərtlərindən biridir. Hiss və emosiyaların köməyi ilə idrak fəallığının artırılması müasir dərsə verilən psixoloji tələblərdəndir.

Hisslərin xarici ifadəsi

Biz ünsiyyətdə olduğumuz insanları hansı hisslər keçirdiklərini onların sifət çizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və kədərini, narahatlağını, pərt olmasını, utanması və qorxmasını və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də səsində əks olunur.

Hər şeydən öncə insanın nə kimi hisslər keçirməsi onun tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində əks olunur. Qorxu hissi keçirən insanın sanki nəfəsi kəsilir, gərəkli sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi keçirdikdə isə tamamilə başqa cür nəfəs alır.

İnsanın hansı hissləri keçirməsi qan dövranında daha aydın özünü göstərir. Belə ki, insan utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxudan isə ağarır. Bunlarla yanaşı, insanın keçirdiyi hissləri, onun bədəninin ifadəli hərəkətlərindən- pantomimikasından da başa düşmək mümkündür. Adətən, balet tamaşaları zamanı artist bir kəlimə söz işlətmədən bədənin ifadəli hərəkətləri ilə keçirdiyi uyğun hissləri təzahür etdirir.

Nəhayət, insanın keçirdiyi hisslər onun nitqində də öz ifadəsini tapa bilir. İnsan müəyyən hadisəyə münasibətini nitqinin intonasiyası ilə ifadə edə bilir. (Məsələn, necə? Sözünü müxtəlif intonasiya ilə ifadə etməklə). Beləliklə, mimika, pantomimika.

Jestlər, intonasiya, kinesika və proksimika qeyri-verbal ünsiyyət vasitəsi kimi emosiyaları təzahür etdirir.

Hisslərin əsas keyfiyyətləri

İnsanın gerçək aləmdəki cisim və hadisələrə emosional münasibətində müsbət və mənfi olmaqla iki əsas keyfiyyəti qeyd olunur. Əgər cisim və hadisələr insanın tələbatlarını ödəyirsə, bu zaman müsbət- stenik hisslər özünü göstərir. Cisim və hadisələr insanın tələbatlarını ödəmirsə mənfi- astenik hisslər ortaya çıxır.

Psixoloji araşdırmalar hissi törədən obyektə insanın müsbət və mənfi münasibətindən başqa ikili münasibət və qeyri- müəyyən münasibətinin də olduğunu ortaya çıxarmışdır.

İkili və yaxud ambivalent hissə qısqanclıq hissini misal göstərmək olar. Belə ki, qısqanclıq zamanı insanda məhəbbət və nifrət hissi birləşə bilir. Ambivalent hissə başqa bir misal da göstərmək olar. Məsələn, günəş altında səhra yolunu keçən insan susuzluqan əziyyət çəkir. Keçdiyi yolun bir hissəsində su gölməçəsinə rast gəlir. O, gölməçədən ovuclannı dolduraraq içir.

Susuzluqdan əziyyət çəkdiyinə görə bundan razılıq hissi keçirir. Bununla yanaşı gölməçədə olan sudan bataqlıq tamı gəlir və həmin su onda həm razılıq, həm dƏ narazılıq hissi yarada bilir.

Hisslərin qeyri-müəyyənliyini qısamüddətli emosional reaksiyalarda, bəzi obyektlərə qarşı yaranmış davamlı hisslərdə müşahidə etmək olar. Adətən, insanın ilk dəfə rast gəldiyi hadisələrə təccüb etməsi, onunla maraqlanması bu cür baş verir.

loading...

Bunuda oxu...