HİSSİ İDRAK VƏ ONUN PRİNSİPLƏRİ

İdrak nəzəriyyəsi idrakın mənşəyi və mahiyyəti, biliyin strükturu və inkişaf qanunları, idrakın pillələri və əsas formaları, elmi tədqiqatın prinsipləri, metod və üsulları haqqında bütöv bir fəlsəfi təlimdir. İdrak nəzəriyyəsi üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdən biri praktika problemidir.

İdrakın həqiqi əsası kimi praktikanın həlledici rolunu ilk dəfə K.Marks açmışdır. Praktika insanların təbiət və cəmiyyəti dəyişdirməyə yönəldilən maddi, hissi – predmetli, məqsədyönümlü fəaliyyətidir. Praktikanın məzmununu təbii və sosial obyektlərin dərk edilməsi, mənimsənilməsi və dəyişdirilməsi təşkil edir. İdrak şeylərin mahiyyətinə ağlın nüfuz etməsidir.

İdrak ziddiyyətlərin meydana gəlməsi və həll olunması vasitəsilə davam edir və fəal, yaradıcı xarakter daşıyır. O, obyektiv aləmin qanunauyğunluqlarını aşkara çıxararaq, onun islah olunması, dəyişdirilməsi yollarını göstərir, təbiət və cəmiyyətin dərk edilmiş qüvvələri insanın xidmətinə verilir.

loading...

Hiss və zəka insan idrakının əsas formasıdır. Hissi idrak rasional idrakdan əvvəl gəlir. İdrak prosesinin başlanğıc mərhələsi hissi idrakdır. Hissi idrak xarici aləmin cisim və hadisələrinin insan beynində konkret insan inikasından ibarət psixi prosesdir.  Əşyaların canlı seyri idrak yolunda başlanğıc mərhəllə birinci addımdır. Hiss üzvüləri bir növ elə qapılardır ki, bunların vasitəsi ilə xarici aləm insan şüuruna daxil olur. Duyğu insan idrakın və ümumiyyətlə insan şüurunun ən sadə elementidir.

Duyğu insan idrakının və ümumiyyətlə insan şüurunun ən sadə elementidir. Duyğu biliklərimizin yeganə mənbəyidir, duyğuların mənbəyi isə obyektiv rellıqdır. Duyğu obyektiv aləmin subyektiv obrazıdır. Duyğunun obyektiv aləmin subyektiv obrazına çevrilməsi də ayrı-ayrı duyğuların hissi idrakın daha yüksək forması olan qavrayışa daxil edilməsi hesabına əldə edilir.

Hissi idrak duyğudan başlanır. Onun əsas vəzifəsi ətraf aləmdə, eləcə də orqanizmdə baş verənlər barədə subyektə məlumat verməkdir. Bütünlüklə idrak proseslərinin bünövrəsini duyğular təşkil edir. O, orqanizmlə mühit arasında ilkin əlaqədir. Deməli, xarici aləm haqqında biliklərimizin mənbəyidir. Onun vasitəsilə insan varlığı dərk edir.

Qavrayış predmetin bütöv bir obrazıdır. Bu obraz insana məxsus bütün analizatorların, yaxud da onlardan heç olmasa bir nöqtəsinin birgə fəaliyyəti nəticəsində yaranır. Həm duyğu, həm də qavrayış ancaq predmetlə bilavasitə təmasda yaranır. Qavrayış əsasında yaranan bu hissi obraz təsəvvürdür.

Təsəvvür qavrayışın bir növ reproduksiyasıdır. Təsəvvür qavrayışa nisbətən daha ümumidir, idrakın məqsədəuyğunluğu təsəvvürdə daha güclüdür, təsavvürdə predmetin insanı maraqlandıran cəhətləri ön plana çəkilir və qeyri – mühüm tərəflərdən sərfnəzər edilir. Təsəvvür həmişə yaradıcı xarakter daşıyır, belə ki, insan gerçəklikdə mövcud olan elementlər əsasında real həyatda olmayan və yaxud gerçəklikdə mövcud olmayan və ya praktikanın əsasında gələcəkdə yarana biləcək, yeni şeylər haqqında təsəvvür yarada bilər.

Aytən Məmmədli

loading...

Bunuda oxu...