HİPOTERİOZ NƏDİR

Tiroid (zob) xəstəlikləri dedikdə bir çoxlarının ağlına düyünlü zob gəlir. Amma bu belə deyil. Zobun bir çox növləri var ki, bəzi növlərdə tiroid hormonları artır (zəhərli zob). Bəzilərində isə əksinə, hormonlar azalır (hipotireoz,haşimoto). Bu gün Haşimoto xəstəliyindən danışmaq istəyirəm.

Əlamətləri:

kilo artışı

loading...

üşümə, titrəmə

dəri quruluğu, dəridə ləkələr

qəbizlik

adət düzənsizliyi

halsızlıq, tez yorulma

depresiya, əsəbilik

yaddaşın azalması

üzdə, gözdə, əl və ayaqlarda şişkinlik

saç tökülməsi

Onu da qeyd edim ki, bu əlamətlərin hamısı bir adamda eyni zamanda olmaya bilər! Bəzən bir xəstə sadəcə 2 əlaməti özündə cəmləyir.

Bəzən bu qədər əlamətləri olan bir xəstə yanlış olaraq ayrı-ayrılıqda müxtəlif ixtisas həkimlərinə müraciət edirlər. Və təbii ki nəticədə onlarla dərman qəbul etmiş olurlar, amma nəticədə sağalmırlar! Əslində bütün bu əlamətləri sadəcə bircə dərmanla tamamilə sağaltmaq mümkündür.

Dr. Fərqanə Məmmədli

loading...

Bunlarıda bəyənə bilərsiniz ...