HİPOSPADİYA

Hipospadiya – uşağın sidik dəliyinin penisin ucunda deyil də altında olmasıdır. Bu dəlik ilə penis ucu arasındakı bölgədə sidik kanalı tam olaraq meydana gəlməmişdir. Sidik dəliyi yerləşməsinə görə fərqli formalarda olur. Penisin baş hissəsində olan normal sidik dəliyinin olması lazım olan yerə çox yaxın olan formasına glandülər hipospadiya deyilir.

Daha aşağı hissələrdə yerləşən hipospadiyalar da var, sidik dəliyinin yerləşməsi penis gövdəsinin hər hansı bir yerində, penis ilə torbaların birləşdiyi bölgədə hətta anus dəliyinə yaxın pərinə dediyimiz bölgədə belə ola bilər.

Hipospadiya xalq arasında fərqli adlarla tanınır; peyğəmbər sünnətli, doğuşdan sünnətli ya da yarım sünnətli.

loading...

Əlamətləri:

Sidik kanalının (uretra) penisin alt üzündə və daha geridə olması;

Penis başının yastı olması;

Sünnət dərisinin penis başının alt üzündə meydana gəlməməsi (doğuşdan yarım sünnətli);

Ereksiyona gəlincə penisin aşağıya doğru qıvrılması;

Hipospadiyalı uşaqların qarşıya doğru işəyə bilməməsi tərsinə ayaqlarına doğru işəməsi;

Sidik kanalı açıqlığı çox geridə olanlarda yetkinlik yaşına qədər əməliyyat edilməzsə cinsi funksiyalarında pozulmalar yaranır.

Hipospadiya anadangəlmə xəstəlikdir və səbəbi bilinmir.

Hipospadiyanın müalicəsi cərrahi əməliyyatdır.

Dr. Allahverdi Musayev

loading...

Bunuda oxu...