HİPOQLİKEMİYA HAQQINDA

HipoqlikemiyaHipoqlikemiya (qan şəkərinin aşağı düşməsi)  diabeti olan uşaqlarda hər zaman,anidən meydana gələbiləcək bir vəziyyətdir. Bu səbəbdən diabeti olan uşaqlar və ailələri hipoqlikemiyanın əlamətlərini və bu halda göstəriləcək ilk yardımı mütləq bilməlidirlər.

Nə qədər erkən bilinərsə və sürətli bir şəkildə müdaxilə olunarsa, bu vəziyyətin ağırlaşmasının və meydana gələcək qalıcı xəsarətlərin qarşısı alına bilinər.

Normal qan şəkəri dəyərləri 70-120 mg/dl-dir. Qan şəkərinin 50 mg/dl-nin altına düşməsi hipoqlikemiya adlanır. Lakin 70 mg/dl-in altına düşməsi həyacan verici bir əlamət olaraq qəbul olunmalıdır.

loading...

Çünki bu halda şəkərin səviyyəsi dəqiqələr içində hipoqlikemiya verəcək səviyyəyə enə bilər.

Əlamətlər necə hiss edilir?

İlk əlamətlər:

aclıq hissi

əllərdə və bədəndə titrəmə

soyuq tərləmə

göz bəbəklərində böyümə

ürək döyüntülərinin sürətlənməsi

beyinə şəkərin az getməsi ilə əlaqədar olan əlamətlər:

başağrısı

dil, ağız kənarı və barmaq uclarında iynə batması hissi

yuxululuq

ikigörmə

huşun itməsi

qıcolma

Bütün bu əlamətlərdən başqa xüsusi qeyd etmək istədiyim hal isə yuxudaykən olan hipoqlikemiyadır. Oyanınca xüsusi əlamətlərə görə bilmək olur:

tərləyərək oyanma

urəkdöyüntü ilə oyanma

başağrısı ilə oyanma

sabah qan şəkərinin yüksək olması.

Dr. Ləman Sultanova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...