HİPOKSİYA ZAMANI ŞİKAYƏTLƏR

Hipoksiyanın müəyyən simptomları varki, bu əlamətlər hipoksiyanın bütün növlərində eyni şəkildə özünü göstərir. İlk növbәdә sinir sistemi qıcıqlanmış vәziyyәtdә olur, nәfәs vә ürәk döyüntüsü tez tez olur, dәrinin rәngi qaçır vә soyuq tәr gəlir. Sonrasında beyin funksiyaları yavaşlayır: hissiyat itkisi, başgicәllәnmә, yuxululuq, şüurun qismәn sonra isә tamamilә itmәsi.

Xroniki hipoksiyanın әlamәtlәri daha fərqlidir:

daimi baş gicәllәnmәlәri

loading...

әhval-ruhiyyәnin tez tez dәyişmәsi

keçmәyәn #başağrıları

qulaqlarda sәs

ürәkbulanma vә sәhәrlәr qusma halları

yaddaşpozuntusu

diqqәti cәmlәşdirә bilmәmәk

tez yorulma

nitqin, koordinasiyanın pozulması

mental funksiyaların pozulması

yuxunun pozulması (gecә vaxtı yuxusuzluq, gündüz vaxtı yuxululuq)

depressiv hallar

әsәbilik, küsәyәnlik

zehni qabiliyyәtin azalması.

Ani vә kәskin hipoksiyada xәstә vaxtında reanimasiya yardımı almasa bu ölümlә nəticələnə bilәr. Xroniki hipoksiya daha ümidverici haldır, amma pasientin hәyat keyfiyyәtini aşağı salır. İnsan orqanizmi unikal qabiliyyәtә malikdir – qismәn oksigen çatışmamazlığına uyğunlaşır, ancaq pasient vaxtında müalicә olunmasa yeni ağırlaşmalar yarana bilәr.

Dr. Nərgiz Ağayeva

loading...

Bunuda oxu...