HİPERTROFİYA

HipertrofiyaFizioloji hipertrofiyalar orqanın funksiyasının güclənməsi nəticəsində baş verir. Fizioloji hipertrofiyalara misal olaraq güclü əzələ fəaliyyəti nəticəsində skelet əzələlərinin, sümüklərin, ürəyin, yaxşı bəsləmə şəraitində dərialtı piy toxumasında, boğazlıq zamanı balalığın və laktasiya dövründə süd vəzilərinin böyüməsini misal göstərmək olar.

Fizioloji hipertrofiyanın bütün formalarında toxumaların qidalanmasında, onlarda gedən mübadilə proseslərində, funksiyanın orqanın quruluşuna olan təsirində sinir humoral tənzimi özunü aydın şəkildə göstərir.

Patoloji hipertrofiya orqanizm üçün qeyri-adi və çox güclü amillərin təsirilə baş verir. Patoloji hipertrofiyada fizioloji hipertrofiyadan fərqli olaraq, prosesin müəyyən mərhələsində sinir-humoral tənzim pozulur. Hipertrofiya bunun əksi olan atrofiya və distrofiya ilə nəticələnir.  Patoloji hipertrofiyalar forma etibarilə iş, vicar, hormonal, vakat, boş və regenerasiya hipertrofiyalarına bölünür. İş hipertrofiyası zamanı çox güclü funksional fəaliyyət nəticəsində orqan həcmən böyüyür.

loading...

Belə hipertrofiyaya missal ,olaraq, ağciyərin emfizeması və xroniki iltihabları, ürək qusurları zamanı həcmən böyüməni, sidik buraxıcı kanalların daralması nəticəsində sidik kisəsinin genişlənməsini göstərmək olar. Vikar və ya əvəzedici hipertrofiya iş hipertrofiyasının bir forması olub, əksərən cüt orqanlarda müşahidə edilir.

Ağciyərin, qaraciyərin bir paycığı kəsilib göturüldükdə və ya böyrəklərin biri çıxarıldıqda, toxumluqların biri götürüldükdə qalmış orqan və ya onun paycığının funksional fəaliyyəti güclənir , bu isə onların hipertrofiyası ilə nəticələnir.

Kompensator hipertrofiya qoşa olmayan orqanlarda da meydana çıxabilər. Məsələn, qan yaradan üzvlərdən dalağın zədələnməsi zamanı sümük iliyinin və limfa düyünlərinin hipertrofiyası əmələ gəlir. Regenerasiya hipertrofiya zamanı zədələnmiş orqanın hüceyrələrinin həm çoxalması, həm də böyüməsi müşahidə edilir. Buna görə də belə hipertrofiya regenerasiya hipertrofiyası adlanır. Kompensator hipertrofiya uyğunlaşma əhəmiyyəti kəsb etməsinə baxmayaraq orqanın funksional fəaliyyəti tam bərpa olunmur.

Xeyli müddətdən sonra hipertrofiyaya uğramış orqanın toxumalarında distrofik proseslər baş verir. Hormonal və ya korrelyasiya hipertrofiyası daxili sekresiya vəzlərinin funksional fəaliyyətinin dəyişilməsi nəticəsində müəyyən orqanların həcmən böyüməsinə deyilir. Qalxanvarı vəzi çıxarıldıqda, hipofizin böyüməsi, qocalıqla əlaqədar olaraq toxumluqlara trofiyaya uğradıqda prostat vəzinin hipertrofiyası, hipofiz zədələndikdə ətraf və üz sümüklərinin həcmən böyüməsi hormonal hipertralardır.

Vakant hipertrofiya azad olunmuş boşluqda toxumaların böyüməsi nəticəsində baş verir. Buna misal olaraq, böyrəyin atrofiyası zamanı onun kapsulasında və ləyənində piy toxumasının inkişafını, ağciyərin bir paycığı götürüldükdə qabırğaların və qabırğaarası əzələlərin qalınlaşmasını göstərmək olar. Vakat hipertrofiya bəzən işçi hipertrofiyanın gedişində də meydana çıxa bilər.

Hipertrofiyaya uğramış ürəkdə, skelet əzələlərində və yelində adi rejim pozulduqda parenxima elementlərin azalması ilə əlaqədar olaraq, yerində birləşdirici və ya piy toxuması artır.

Hipertrofiyanın bir forması da orqan və toxumaların hipertrofik böyüməsi olub, fiziki və kimyəvi qıcıqların təsirindən əmələ gəlir. Sürtünmə nəticəsində dərinin buynuzlaşması, mərgümüşün zəif dozalarının təsirindən müəyyən orqan və toxumaların həcmən böyüməsi bura aid edilə bilər. Bu proses həmin amillərin sinir tənziminin reflektor dəyişməsilə əlaqədar əmələ gəlir.

Həqiqi hipertrofiya zamanı orqanın həcmən böyüməsi əsasən onu təşkil edən toxuma elementlərinin xüsusilə parenximanın hesabına gedir.  Fizioloji, iş və vikar hipertrofiyalar həqiqi hipertrofiyalara aiddir. Həqiqi hipertrofiyanın xarakterik əlamətləri vardır. Bu zaman orqanın həcmi və kütləsi artır, qaraciyər və dalağın kənarları kütləşir, orqan dolu qanlı və tünd rənkdə olur, özünəməxsus formanı və onu təşkil edən hissələrin nisbətini saxlayır.

Boşluqlu orqanlarda baş verən hipertrofiya konsentrik və ekssentrik olur. Konsentrik hipertrofiya zamanı orqanın divarı qalınlaşır, amma boşluğun həcmi kiçilir. Ekssentrik hipertrofiyada isə boşluqlu orqanların həm divarı, həm də boşluğu həcmən böyüyür.

Yalançı hipertrofiya zamanı orqan birləşdirici və ya piy toxuması hesabına həcmən böyüyür. Yalançı hipertrofiya zamanı orqanın parenximatoz toxuması həcmən azalır. Buna görə də yalançı hipertrofiya vakat hipertrofiya kimi özünü göstərir. Yalançı hipertrofiyanın aşağıdakı əlamətləri olur: orqan həcmən böyüyür, parenxima elementləri həcmən kiçilir, birləşdprici və piy toxumaları artır.

Yalançıhipertrofiyaya uğramış orqanın konsistensiyası bərk, rəngi solğun, forması dəyişmiş olur. Orqnanın qurulu və anatomik hissələrinin nisbəti pozulur. Yalançı hipertrofiyaya misal olaraq, skelet əzələlərinnn lifləri arasında birləşdirici toxuma və piy toxuması laylarının artmasını göstərmək olar. Yalançı hiper-trofiyaya uğramış orqanın funksional fəaliyyəti zəifləyir.

loading...

Bunuda oxu...