HİPERTANSİON VƏ HAMİLƏLİK

Hamiləlikdə görülən hipertansion, daha öncə heç bir təzyiq yüksəkliyi şikayəti olmayıb, hamiləliyin 20-ci həftəsindən sonra sistolik təzyiqin 140mmHg, diastolik təzyiqin isə 90 mmHg üzərində seyr etməsidir.

Hamiləlikdə başlayan hipertansion doğumdan 12 həftə sonra adətən normal hədəflərə qayıdır. Bununla bərabər, yüksək təzyiq ilə birlikdə qaraciyər, böyrək kimi hədəf orqanlarda zədələnmə ilə seyr edən Eklampsi və Preeklampsi, ana və uşaq sağlamlığında ciddi təhlükə yaradır.

Hamiləlikdə hipertansion 3 qrupa ayrılır:

loading...

Preeklampsi (Hamiləlik zəhərlənməsi)

Hamiləlik hipertansionu (gestasyonal hipertansion)

Xronik hipertansion

Nə etməli ?

Artıq çəkidən qaçmalı və duzdan az istifadə edilməlidir.

Hamiləlik hipertansionu olan qadınlar, ginekoloq həkim və daxili xəstəliklər mütəxəssisi tərəfindən preeklampsi səbəbilə yaxından izlənilməli və nəzarətdə saxlanılmalıdır. Preeklampsi əmələ gələn qadınlara hipertansiv müalicə başlanılmalı və yataq istirahəti təyin edilməlidir. Lakin, yüngül və orta dərəcəli hipertansionu olan hamilə qadınlara, pəhriz və çox yorucu olmayan hərəkətlilik tövsiyyə olunur.

Hamiləlik planlayan qadınlar, öncədən ümumi müayinə olunaraq, hipertansion varlığı və ya meylliliyi aşkar edilməlidir. Artıq çəkisi olan qadınlar öncədən aktiv idman hərəkətləri ilə çəkidən azad olunmalıdırlar.

Dr. Natavan Məmmədova

loading...

Bunuda oxu...