HİPEREMİYALAR

Hiperemiya qanın orqan və toxumada normaya nisbətən artmasıdır. Hiperemiya arterial və ya aktiv, venoz yaxud passiv olur. Arterial hiperemiya orqana və toxumaya gətirilən arteriya qanının normadan artıq olduğu halda, oradan çıxan qanın miqdarı normada olur.

Kiçik arteriyalar, kapilyarlar üzv və toxumalarda genişlənir və ora çoxlu qan axıb gəlir. Bu zaman həmin üzvlər bir qədər böyüyür, kəskin cəhrayı və ya qırmızı rəng alır. Temperaturu yüksək və konsistensiyası bərk olur.

Arteriyal hiperemiyanın əmələ gəlməsinə istiliyin, günəş şüalarının, mexaniki qıcıqlanmasının, kimyəvi qıcıqlandırıcı maddələrin, sinir qıcıqlandırıcılarının damar sinirlərinə reflektor təsiri, dərmanların və s. təsirlər sayəsində arteriya damarları genişlənə bilir.

loading...

Sağlam orqanizmdə funksiyada olan orqana gətirilən qanın miqdarı çox olur ki, buna fizioloji hiperemiya deyilir. Məsələn həzm zamanı mədəyə, boğazlıqda-balalığa və s. Arterial hiperemiyalar  yerli və ümumi ola bilir. Yerli arterial hiperemiya orqanizmin konkret hansisa bir üzv və toxumasında baş verir.

2 növü var: fizioloji ve patoloji. Fizioloji yerli arterial hiperemiyalara bəzi fiziki və kimyəvi amillərin yerli təsiri zamanı, qəzəb və ya utanma hissləri zamanı, üzv və toxumaların hiperfunksiyaları zamanı rast gəlinir.

Patoloji yerli arterial hiperemiyaların isə etio-patogenetik nöqteyi-nəzərdən aşağıdaki növləri olur.

Angionevrotik hiperemiya. Buna vazomator və ya neyroparalitik hiperemiya da deyilir. Damarları innervasiya edən damargenəldici sinirlərin tonusunun yüksəlməsi və yaxud da damardaraldıcı sinirlərin tonusunun zəifləməsi.

Kollateral hiperemiya. Magistral arterial damarın mənfəzinin tutulması zamanı çoxlu miqdarda arterial qanın kollateral damarlarla axması nəticəsində bu kollateral damarların keçdiyi toxumalarda baş verir.

Postanemik hiperemiya. Toxumaya gelen arterial damarın sıxılmasına səbəb olmuş amil aradan götürüldükdən sonra toxumanın arterial qanla təchizatının bərpası ilə yanaşı burada olan arterial damarlar reflektor olaraq kəskin şəkildə genişlənir və toxumaya gələn arterial qanın miqdarı normadan da çox olur. Məsələn, qara ciyərin sirrozu zamanı və s.

İltihabi hiperemiya. Bütün iltihablar zamanı həmin nahiyədə baş verir. Məhz buna görə də iltihab nahiyəsi qırmıziı rəngdə, nisbətən şişkinləşmiş və hərarəti yüksəlmiş olur.

Vakat hiperemiya. Barometrik təzyiqin azalması vakuum ilə əlaqədar meydana çıxır. Ümumi və yerli ola bilər. Ümumi vakat hiperemiya ətraf mühitdə atmosfer təzyiqinin birdən-birə azalması hallarında baş verir. Yerli vakat hiperemiyaya misal olaraq tibbi bankaların qoyulması zamanı baş verən kəskin arterial yerli hiperemiyanı göstərmək olar.

Arterio-venoz anastomozların açılması nəticəsində baş verən hiperemiya.

Ümumi fizioloji arterial hiperemiyalara misal olaraq orqanizmdə dövran edən qanın artıq olmasını göstərmək olar. Bu kimi hallar adətən orqanizm üçün heç bir klinik-morfoloji təhlükə törətmir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...