HİDROTERAPİYA, MÜALİCƏVİ TƏSİRİ VƏ GÖSTƏRİŞLƏR

HidroterapiyaHidroterapiya su ilə müalicə metodudur.  Su müalicəsi idman sahəsində ən geniş yayılmış  perspektiv bərpa vasitəsi hesab edilir. Orqanizm vahid bir bütöv sistem kimi, su prosedurlarına mürəkkəb reaksiyalı cavab verir  ürək-damar sistemi, sinir, endokrin, əzələ sistemi, istilik mübadiləsi, oksidləşmə-bərpa prosesləri burada iştrak edir.

Müxtəlif  su müalicəsi prosedurları yorğun orqan və sistemlərə differensə olunmuş təsir göstərməklə onların funksiyalarını bərpa edir ki, bu da məşq effektinin yüksəlməsinə imkan  verir.

Su ilə müalicə prosedurlarına vanna, duş, bürünmə, bədəni silmə, bədənə su tökmə aiddir. Bununla yanaşı yorğunluğu aradan götürən, bərpa prosesini sürətləndirən hovuzda üzmə, hamamlar və sauna haqqında da qeyd edilməsi daha məqsədə uyğundur.

loading...

Su ilə müalicə prosedurlardan istifadə zamanı qıcığlandırıcının dozası, daha doğrusu suyun temperaturu, təzyiq dərəcəsi, suyun hərəkəti və təsir müddəti böyük əhəmiyyətə malikdir. Su prosedurları ümumi və hissəvi (yerli) olur.

Ümumi su prosedurlarına vanna, duş, bədənə  suvurma, bədəni silmə, bürümə,  hissəvi su proseduruna isə oturaq vanna, əl və ayaq vannası və s. aiddir.

Duşlar. Su duşu prosedurası zamanı su təyin edilmiş istilik və təzyiq dozası ilə bədənin bir və ya bir çox nöqtələrinə qıcığlandırıcı təsir göstərir. Duş alınmasından ötrü xüsusi qurğudan istifadə olunur ki, onun vasitəsilə suyun hərarəti və təzyiqi tənzim edilə bilinir. Su axınının forması və mexaniki təsirin intensivliyi üzrə duşlar müxtəlif olur:  yağışvari, iynəvari, tozvari, axınvari, şotland duşu və s. Suyun hərarətinə görə duşlar:  soyuq (20°C aşağı), ilıq (20-32°C), indifferent  (33-35°C), isti (36-38°C) və qaynar (40°C yuxarı). Təzyiqin dərəcəsinə görə duş orta (2 a.t. qədər), yüksək (2-4 a.t. qədər) təzyiqli olurlar.

Suyun temperaturu idmançı orqanizminin fərdi xüsusiyyətləri və qarşıya qoyulan məqsəddən asılı olaraq təyin edilir. Belə ki, qısamüddətli soyuq və isti duş orqanizmə gümrahlaşdırıcı təsir eməklə yanaşı əzələləri tonuslandırır və damar sisteminin tonusunu artırır. Elə buna görə də bu cür duşu səhər məşqdən qabaq və ya günlük istirahətin sonuna təyin etmək məsləhətdir.

Uzunmüddətli soyuq və isti duşlar hissiyat və hərəkət sinirlərinin oyanıqlığını azaldır, maddələr mübadiləsini artırır. Bu cür duşları idman iş qabiliyyətinin  artırılması üçün məşqdən 20-30 dəqiqə sonra təyin etmək məqsədəuyğundur.

İsti sedativ xassəyə malik duşlar.  Adətən gündüz istirahətindən sonra, yuxudan əvvəl təyin olunurlar.

Şarko duşu (axınlı duş) mütəhərrik qüvvəli 35-38° C-li su axını olub, 3- 4 a.t  təzyiqlə metal ucluqlu rezin şlanqdan fışqırır. Su axının zərbələri bədənin müxtəlif  nahiyələrinə yönəldilir. Ən güclü mexaniki təsir əzələlərin yaxşı inkişaf etmiş  olduğu bədən sahələrinə tətbiq edilir. 35-38°C ilə başlayan seans, sonra hər gün suyun hərarəti bir dərəcə aşağı endirilərək 20°C-yə çatdırılır.

Müalicə gündə 3-4 dəqiqə davam edir. Suyun sıx axını və təzyiqi nəticəsində yaranan mexaniki təsirdən yerli qidalanma yaxşılaşır,  əzələlərin tonusu tənzim olunur, maddələr mübadiləsi güclənməklə bərpa prosesi  sürətlənir.

Şotland duşu mahiyyət etibarı ilə Şarko duşuna oxşasa da, fərqi odur ki, burada iki rezin şlanqdan istifadə edilir. Lazım olan nahiyəyə əvvəlcə 40-45°C – li isti su axını ilə 20-30 saniyə, sonra həmin nahiyəyə 18-20°C soyuq su axını ilə 1-15 saniyə təsir edirlər. Bu cür növbəli təsir 5-6 dəfə təkrar olunur. Prosedur cəmisi 3-4 dəqiqə davam etməklə sayı 12-25 olur. İstinin və soyuğun təsirinə uyğun olaraq yerli qan damarları bir növ məşq edir, növbə ilə gah genişlənir,  gah da daralır. Nəticədə yerli qidalanma yaxşılaşır.

Dairəvi duş – xüsusi qurğu vasitəsilə verilir. Boruların üzərindəki kiçik dəliklərdən su axıntıları sıçrayır ki, bu da duşun ortasında duran idmançının hər tərəfinə çarpılır. Adətən, ilıq duş sinir sistemini sakitləşdirir, yuxunu normallaşdırır və orqanizmin müqavimətini artırır. Bu duşlardan əlavə yağışvari, tozvari, qalxan duşlardan da istifadə edilir.

Hamamlar. İdman formasının saxlanması və yüksəlməsində ən geniş yayılmış  vasitələrdən biri hamamdır. Bu məqsədlə daha çox parlı rus hamamlarından (hava  temperaturu 45-60°C, nisbi rütubət 75-100%) və quru hava (roma-irland, yunan,  türk, fin hamamları bura aiddir) hamamlarından (hava temperaturu 70-90°C, nisbi rütubət 10-25%) istifadə olunur.

Onlar orqanizmə yüksək oyandırıcı təsir göstərir, qan dövranını və maddələr mübadiləsini yüksəldir, sekresiya funksiyalarının  yaxşılaşmasına şərait yaradır, orqanizmdən şlakların çıxmasını sürətləndirir, yorğunluğu aradan qaldırır və bərpanı təmin edir. Hamama həftədə bir dəfə getmək kifayətdir.

Şəbnəm Bağırlı

loading...

Bunuda oxu...