HİDROSELE

Hidrosele – qasıq kanalının ana qarınında açıq qalması və qarının daxili pərdəsinin qasıq kanalından aşağı skrotuma (xayanın olduğu torba) doğru uzanması ilə meydana gələr. Ana qarınında erkən dövrlərdə xayalar böyrəklərin yanında olur. Uşaq ana bətinində böyüdükcə xayalar da aşağı enməyə başlayır.

Testisler endikdən sonra qasıq kanalı bağlanar. Əgər qasıq kanalı bağlanmaz və buradan bağırsaq, yumurtalıqlar kimi qarın içi orqanlar qasıq kanalına və skrotuma ensə qasıq yırtığı meydana gələr.

Qasıq kanalı qarın içi orqanların keçməsinə icazə verməyib, sadəcə qarın içi mayenin keçməsinə icazə verəcək qədər dar olması vəziyyətlərində hidrosele yaranır.

loading...

Uşaqlarda hidrosele 5 formada görülür:

Komünike hidrosel – qasıq kanalı və skrotumda (xayanın olduğu torba) hidrosel mayesi var.

Testis hidroseli – qasıq kanalı yalnız suyun keçməsinə icazə edəcək qədər açıqdır. Şişkinlik yalnız skrotumda görülür. Buna testis hidroseli deyilir.

Kordon kist və ya Kord hidrosel – maye yalnız qasıq kanalında diqqətə çarpandır.

Abdominoskrotal hidrosel – Qum saatı formasındadır. Qum saatının üst geniş qisimi qarın içində, alt qisimi isə qasıq kanalı və skrotumda şişlik şəklində görülər.

Travma, epididimit infeksiyasına və testis şişlərinə bağlı hidrosel – bu hidrosel anadangəlmə deyil yaşda birlikdə meydana çıxar. Səbəb olan xəstəliyin müalicəsi ilə düzələr.

Hidrosele 1 yaşına qədər fizioloji sayılır və 90-95% hallarda öz-özünə keçib gedir və əməliyyata ehtiyac olmur. İki yaş yarımına qədər keçməyən hidrosele cərrahi əməliyyat olunur.

Dr. Allahverdi Musayev

loading...

Bunuda oxu...