HİDROSEFALİYANIN ƏLAMƏTLƏRİ

Hidrosefaliya 1 yaşdan kiçik uşaqların başında şişliklə özünü büruzə verir. Bu yaş uşaqların kəllə sümükləri hələ formalaşmamış və kəllədaxili sümüklər bir-biri ilə yumşaq toxuma ilə bağlıdır. Bu “yumşaq nöqtələr” hələ sərtləşməmiş olur və buna görə də normadan çox onurğa beyni mayesini qarşılamaq üçün kəllədaxili sümüklər enlənir və çıxıntılaq əmələ gəlir.

Nəticə etibarı ilə hidrosefaliya problemi olan uşaq yaşıdlarından başının həddən artıq böyük və anormal formada olması ilə seçilir. Digər əlamətlər:

Yumşaq nöqtələrdə şişkinlik;

loading...

Baş çevrəsinin sürətlə böyüməsi;

Adi gözlə seçilə bilən şişkin damarlar;

Gözlərin aşağı doğru baxması.

Xəstəliyin ağırlaşmasından asılı olaraq uşaqlarda yuxulu olma, əsəbilikqıcolmalar müşahidə olunur.

Böyük uşaqlarda hidrosefaliyanın əlamətləri:

Böyük uşaqlarda hidrosefaliya zamanı kəllə sümükləri artıq formalaşdığından həddindən artıq meydana gələn mayeni qarşılamaq üçün baş böyüməsi müşahidə edilmir.

Bu vəziyyətdə beyindəki təzyiq artır və uşaqlarda səhər tezdən və ya gecə yarısı oyanmasına səbəb olan güclü baş ağrıları ilə nəticələnir. Baş ağrısı ilə bərabər:

Ürəkbulanma, qusma;

Yuxululuq olmaq;

Tarazlıq və müvazinət qabiliyyətində çətinliklər;

İkili görmə

Gözlərini qısmaq və digər təkrarlanan göz hərəkətləri

Qıcolmalar.

Şəxsiyyətdə dəyişiklik, inkişafda geridə qalma (yerimək və danışmaq kimi) və daha ağırlaşmış formalarında yaddaş itkisi olur.

Dr. Leyla Ələkbarova

loading...

Bunuda oxu...