HİDROSEFALİYA NƏDİR

Hidrosefaliya beyin, onurğa beyni mayesinin artıq miqdarda toplanması nəticəsində yaranan xəstəlikdir.

Bu maye beyində davamlı sintez olunub, sorulur.

Hidrosefaliyanın səbəbləri: beyin qanamaları, beynin infeksion xəstəlikləri, travmaları, şişləridir.

loading...

İlkin əlamətləri: baş çevrəsinin normadan xeyli böyük olması, əmgəyin böyük və qabarıq olması, kəllə tikişlərinin açıq olması, baş dərisinin nazilməsi və damarların aydın görünməsi, narahatlıq, oyanıqlıq, qusma, gözlərin aşağıya çevrilməsi, qıcolmalar.

Uşaq böyüdükcə psixomotor inkişafı ləngiyir. Nitqi, sosial bacarıqları gecikir. Böyük yaşlı uşaqlarda baş ağrıları olur.

Əziz analar, əgər uşağınızda sadaladığım alamətlər yoxdursa, inkişafı nevroloq tərəfindən yaşına uyğun qiymətləndirilibsə, narahat olmayın. Baş çevrəsinin normadan az böyük olması genetik və ya quruluş da ola bilər.

Həmçinin neyrosonoqrafiyada mədəciklərin bir qədər genişlənməsi aşkarlanıbsa, bu da hidrosefaliya demək deyil. Kəllədaxili təzyiq diaqnozu yoxdur.

Hidrosefaliya isə cərrahi xəstəlikdir. Dərman müalicəsi yoxdur.

Dr. Rayihə Xudiyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...