HEPATİT ZAMANI DÜZGÜN QİDALANMA

Nə üçün hepatit xəstələri öz qidalanmalarına fikir verməlidirlər?

Çünki yediyimiz hər bir qida və içki qaraciyər tərəfindən zərərsizləşdirilir, toksinlərdən təmizlənir. Bu o deməkdir ki, biz nə qədər ziyanlı yesək, qaraciyərimiz o qədər əziyyət çəkəcəkdir. Hepatit xəstələrində isə qaraciyər onsuz da iltihablanmışdır, zədələnmişdir. Bunun üçün onu qorumaq və artıq yükdən xilas etmək lazımdır ki, sirroz yaranmasın.

Nəzərinizə çatdıraq ki, artıq çəkili olmaq qaraciyər piylənməsinin əsas risk faktorlarından biridir. Hepatit C-li xəstələrdə 2-ci tip şəkərli diabet yaranma riski yüksəkdir, ona görə şəkər qəbuluna xüsusi diqqət edilməlidir.

loading...

Hepatit xəstələri gün ərzində 5 dəfə qidalanmalıdırlar. Tövsiyələr

Meyvə və tərəvəzlər əksik olmamalıdır. Çünki onların tərkibində orqanizm üçün çox əhəmiyyətli olan – liflər, fol turşusu, A,C vitaminləri və B qrupu vitaminləri vardır.

Süd məhsullarından süd (pasterizə olunmalıdır, haradan olunduğu bilinməyən, steril olmayan süd qəbul edilməməlidir), qatıq, pendir çox gözəl zülal və kalsiyum mənbəyidir.

Üyüdülməmiş buğda, təbii və qəhvəyi düyü, qarabaşaq tövsiyə olunur. Belə üyüdülməmiş məhsullar Sink, Magneziyum, dəmir, B vitaminləri ilə zəngindirlər.

Dr. Atayeva Şahnaz

loading...

Bunuda oxu...