HEPATİT B HAQQINDA

Hepatit BHepatit B virusunun səbəb olduğu xəstəlik ilk olaraq qaraciyərdə iltihaba və qaraciyər hüceyrələrinin məhvinə gətirir.  Hepatit B infeksiyası olduqca çox yayılmışdır.

Hər il 50 milyon adam Hepatit B ilə yoluxur və statistikaya əsasən dünya əhalisinin qırx faizi bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B`yə bağlı səbəblərdən 1-2 milyon insan ölür.

Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır.  Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Risk daşıyan qruplar:

loading...

fərdi gigiyenanın pis olduğu mühit

səhiyyə personalı,

çox sayda qan köçürmə edilən xəstələr,

hemofil və hemodiyaliz xəstələr,

hepatit B daşıyıcısı ilə eyni mühitdə yaşayanlar,

homoseksual və biseksual kişilər

damar daxili narkotik istifadə edənlər,

Hepatit B infeksiyasına yoluxma 4 yolla mümkündür.

  • qanın zədələnilmiş dəri və ya selikli qişa ilə təması nəticəsində

  • insandan insana zədələnilmiş dəri ya da selikli qişa vasitəsilə

  • cinsi yolla,

  • Ananın qanının ya da qanlı mayelərin körpənin zədələnmiş dərisi ya da selikli qişası vasitəsilə ya da göbək ciyəsi vasitəsilə keçməsi ilə (doğuş əsnasında) yoluxma.

Hepatit B əlamətləri:

Virusla yoluxmuş insanların təxminən yarısında xəstəlik əlaməti inkişaf etmir yalnız infeksiyası keçir. Virusla yoluxmuş olanların təxminən 30-50 %-da əzginlik, yorğunluq, yüngül hərarət, ürək bulanması, qarın ağrısı, oynaq və əzələ ağrıları olur.

Uşaqların 10 %-dan azında, yeniyetmələrin 30-50 %-da sarılıq görülə bilər. Virusla yoluxanların bir faizindan daha azında infeksiya kəskin qaraciyər çatmazlığı ilə irəliləyici və şiddətli bir gediş göstərər.

Kəskin infeksiya uşaqlarda yeniyetmələrə görə daha yüngül yayılar. Ancaq körpələrin immun sistemi səbəbiylə infeksiya yetişkinlərə görə daha çox nisbətdə xronikiləşməyə meyllidir. Yenidoğulmuşların 5-10 %-da, 1-5 yaş qrupundakı uşaqların 70 %-da, yaşlıların isə 90-95 %-da virus 6 ay içində bədəndən təmizlənər və immunitet inkişaf edər.

Hepatit B daşıyıcıları:

Kəskin infeksiyadan sonra altı ay içində virusa qarşı immunitet inkişaf etdirməyən, virusu qanlarında daşıyan kəslər daşıyıcı sayılırlar. Əvvəlcə, bu kəslər virusun sağlam fərdlərə yoluxmasında mənbədirlər. Ayrıca bu kəslərdə xroniki aktiv hepatit, sirroz və qaraciyər xərçəngi kimi xroniki qaraciyər xəstəliklərinin inkişaf riski yüksəkdir. Xroniki Hepatit B ilə qaraciyər xərçəngi inkişafı arasında möhkəm bir əlaqə vardır.

Qorunma yolları:

İnfeksiyadan qorunmanın ən əmin və etibarlı yolu hepatit B peyvəndi etdirməkdir. Hepatit B peyvəndi gen texnologiyası ilə maya ya da məməlilərin hüceyrələrində yetişdirildikdən sonra son dərəcə etibarlıdır və bu cür infeksiyaların yoluxmasına səbəb olmaz. Hepatit B peyvəndi virusla qarşılaşmadan əvvəl ya da qarşılaşdıqdan sonra istifadə edilə bilər. Hər iki vəziyyətdə də qoruyucudur.

loading...

Bunuda oxu...