HEPATİT A QORUNMA YOLLARI

Xəstəlikdən qorunma tədbirləri: Fərdi gigiyena, əllərin tez-tez yuyunması və tullantıların sağlam uzaqlaşdırılması qaydalarına riayət etmək,

İçməli və məişət suyunun təmizlənməsinə nəzarət etmək,

Kafi kanalizasiya sistemlərinin təmiri,

loading...

Yoluxma ehtimalı olan qidanların kifayət qədər yuyulması və bişirilməsi,

Bakterioloji idarə olunmayan içməli suların qaynadılması,

Uşaq bağçalarında işləyən personala və yaşayanlara lazımlı təhsilin verilməsi.

Gigiyena və sağlamlıq qaydalarına riayət etmək, yoluxma riskini azalda bilər ancaq tamamilə maneə törədə bilməz. Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənddir.

Peyvəndin qoruyuculuğu 94-100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evlərində, qocalar evində və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin olunmalıdır.

Hepatit A qaraciyərə uzun müddətli zədələyici təsir etmir, lakin nadir hallarda qaraciyər çatmamazlığı komaya və ölümə səbəb ola bilər. Belə xəstələrin əksəriyyəti tam müalicə olunurlar. Bu xəstəliyi keçirənlərdə davamlı ömürlük immunitet yaranır.

Hepatit A zamanı tam yataq rejiminə əməl ediməlidi. Bu virusdan 98% hallarda tam sağalma baş verir. Əsas ağırlaşma və fəsadlar yaşlı insanların bu virusa yoluxması zamanı qeydə alınır. Mütəxəssilər bildirirlər ki, yaşlı insanlarda Hepatit A-ya qarşı immunitet çox zəif olduğu üçün əksər hallarda fəsadlar yaranır.

Dr. Tofiq Əkbərov

loading...

Bunuda oxu...