HEMATURİYA

HEMATURİYAHematuriya sidikdə qanın olmasına deyilir. Hematuriya mikroskopik və makroskopik olur. Mikroskopik hematuriyaya eritrosituriya da deyilir. Normada sağlam adamın sidiyində tək-tək eritrosit ola bilər. Mikroskopiyada görmə sahəsində eritrositlərin olması hematuriyanı təsdiq edir. Görmə sahəsində yüzə qədər eritrositin olması sidiyin rəngini dəyişmir və bu mikrohematuriya adlanır.

Makrohematuriya zamanı sidik bulanıq «ət suyunu» xatırladır. Hematuriya böyrək və qeyri-böyrək mənşəli olur. Qeyri- böyrək mənşəli hematuriya hemofiliya, trombositopeniya, damar daxili laxtalanma sindromu, antikoaqulyantlarla müalicə zamanı və s. hallarda baş verə bilər. Qadınlarda bəzən cinsiyyət üzvlərinin xəstəlikləri və aybaşı prosesi zamam da müşahidə edilə bilər. Sağlam şəxslərdə nadir hallarda ağır fıziki işdən sonra da hematuriya ola bilər.

Hematuriya böyrəklərin, yuxarı və aşağı sidik yollarının müxtəlif xəstəliklərində və daha çox şişində təsadüf edilir. Hematuriyanın səbəbləri: böyrək parenximasının zədələnməsi; böyrək ləyəninin şişi; böyrək ləyəninin daşı; böyrək vərəmi; böyrək parenximasmm şişi; sidik axarının daşı; sidik axarının şişi; sidikliyin daşı; sidikliyin divertikulu; sidikliyin şişləri; sidikliyin vərəmi; sidikliyin zədələnməsi; prostat vəzinin xoşxassəli hiperplaziyası; uretranın zədələnməsi.

loading...

Terminal hematuriya əsasən sidikliyin boynunda olan patoloji proseslər zamam müşahidə edilir. Əgər ifraz olunan sidik əvvəldən axıra kimi qanlıdırsa, buna total hematuriya deyilir. Total hematuriya sidikliyin və yuxarı sidik yollarının şişində, daşında və bir sıra digər xəstəliklərində müşahidə edilir. Əsasən sidik yollannın şiş xəstəlikləri üçün xarakterik əlamətdir. Total hematuriya zamanı sidiklə soxulcanabənzər qan laxtalan xaric olursa, bu qanın yuxarı sidik yollarından gəldiyini göstərir. Bəzən terminal hematuriyaya səbəb  olan xəstəliklər zamanı qan sidikliyə dolub özünü total hematuriya kimi də göstərə bilər.

Hemoqlobinuriya – sidiklə sərbəst hemoqlobinin xaric olmasına deyilir. Hemoqlobinuriya bir sıra qan xəstəlikləri, uyğun olmayan qanın köçürülməsi, damar daxili hemoliz, zəhərlənmələr, infeksion xəstəliklər, ağır yanıqlar, hemolitik anemiya və s. zamanı baş verir. Hemoqlobinuriya zamanı sidiyə işıqda baxdıqda o, qırmızı rəngdə olur, lakin şəffaf görünür. Sidiyin mikroskopik müayinəsi zamanı onda eritrositlər tapılmır.

Mioqlobinuriya – eninə zolaqlı əzələlərin parçalanması nəticəsində sidiklə çoxlu miqdarda mioqlobilinin xaric olmasına deyilir. Bu zaman sidik qırmızı və tünd şabalıdı rəngdə olur. Mioqlobinuriya ən çox sıxılma sindromu zamam müşahidə olunur. Bu zaman əzilmiş əzələlərdən çoxlu miqdarda qəhvəyi-qonur rəngli mioqlobin piqmenti qana keçir. Həmin piqmentlərin böyrək kanalcıqlarında toplanması nəticəsində onun funksiyası kəskin pozulur, hətta anuriya inkişaf edir.

Silindruriya – böyrək kanalcıqlarının distal hissəsinin formasına uyğun silindrik zülal hissəcikiərinin sidiklə xaric olmasına deyilir. Sidikdə silindrlərin tapılması uroloji xəstəliklərdə çox az rast gəlinir. Əsasən uroloji xəstəliklərə qlomerulonefrit qoşulduqda müşahidə edilir. Silindruriya həqiqi və yalançı ola bilər.

Hiluriya – sidiklə limfa mayesinin xaric olmasına deyilir. Bu zaman xaric edilən artık süd rəngində olur və qaldıqda üç təbəqəyə bölünür. Bu təbəqələr bir-birindən fərqlənir. Belə ki, birinci təbəqə laxtalanmış halda, ikinci təbəqə südəbənzər maye şəklində, üçüncü təbəqə isə çöküntüiü olur. Üçüncü təbəqədə yağ damcıları, epitel, irin və duzlar olur. Hiluriya əsasən böyrəklə limfa damarları arasında əlaqə yarandıqda meydana çıxır. Bu, döş limfa axacağının sıxtımasına səbəb olan iltihab və şiş proseslərilə zədələnmələri zamanı mümkündür. Sidik kisəsi və yuxarı sidik yollarının filariatoz xəstəliyi də hiluriya ilə müşayiət oluna bilər.

Hidaturiya – böyrəyin exinokokkozu zamant qız qovuqcuqlarının sidiklə xaric olmasına deyilir. Bundan əlavə sidikdə üzüm qabığını xatırladan, partlamış qovuqcuqlardan qalan pərdələr də tapılır. Həmçinin mikroskopik müayinə zamanı sidikdə parazitin qarmaqcıqları da aşkarlanır.

Lipuriya – sidiklə yağ damarlarının xaric olmasına deyilir. Lipuriya ən çox şəkərli diabet, borulu sümüklərin massiv sınıqları, böyrək kapillyarlarının piy emboliyası və s. hallarda müşahidə edilir. Pnermaturiya – sidiklə hava və qaz qovuqcuqlarının xaric olmasına deyilir. Bu çox nadir təsadüf olunan simptomdur. Pnevmaturiya həqiqi və yalançı olur.

loading...

Bunuda oxu...