HEMATOGEN SƏPİLMİŞ AĞCİYƏR VƏRƏMİ

VərəmƏksər hallarda ölümlə nəticələnən kəskin  gedişli miliar formalı vərəm ağciyərin ən ağır xəstəliklərindən hesab  olunur. Hematogen agciyər vərəminin bir çox formaları məlumdur: bunlar bir  tərəfdən ölümlə nəticələnən kəskin miliar vərəmə,digər tərəfdən isə xoş xassəli gedişə malik olan hematogen səpilmiş vərəmə ayrılır.

Hematogen vərəmin əmələ gəlməsində ağciyər kökü nahiyəsində yerləşən limfa düyünlərinin vərəmi prosesinin əsas rol oynamasını güman etmək olar. Ağciyər kökü limfa düyünlərindən vərəm basilləri limfa axını ilə yuxarı qalxaraq, venoz  bucağa çatır və yuxarı venaya düşür. Venoz qanla basillər sağ qulaqcığa, sonra sağ mədəciyə və nihayət kiçik qan dövranına keçir. Bunlar ağciyər kapilyarlarında saxlanılaraq ağciyər toxumasına çökür.

Onların yalnız az hissəsi ağciyər kapilyarIarından keçərək böyük qan dövranına düşür və beləliklə,dalaq, qaraciyər, böyrəklər, beyin qişaları və başqa orqanlara səpilir. Hematogen səpilmə üçün agciyərin ayrı-ayrı hissələri də mənbə ola bilər. Ağciyərin hematogen səpələnmiş vərəmi iki formada inkişaf edir:a) kaskin və b) xroniki.

loading...

Kəskin hematogen miliar vərəm. Ağciyərlərin kəskin miliar vərəmi ağır xəstəlik olub,hələ yaxın keçmişdə, demək olar ki həmişə ölümlə nəticələnirdi. Son illərdə ağciyərin vərəminin müalicəsində bir sıra preparatlardan (streptomisin, PAST, ftivazid, izoniazid və s.) istifadə olunması vəziyyəti kökündən dəyişmişdir.

Miliar vərəm əksər halda uşaq yaşlarinda təsadüf olunur. Ocaqların hematogen təbiəti rentgenoqramda iki xüsusiyyətə görə müəyyən edilir: 1) ocaqların ağciyər sahələrində bərabər səpilməsi; 2) ayrı-ayrı ocaqların eyni böyüklükdə olması.

Miliar vərəmin diaqnozunun qoyulmasında təkcə rentgenoskopik üsul kifayət deyildir, çünki ayrı-ayrı miliar düyünlər kiçik və zərif kölgəliklər olduqlarından, rentgenoskopiyada görünmür və onlar yalnız agciyərlərin şəffaflığının azalmasına səbəb olur. Miliar vərəmin tez-tez təsadüf edilən forması produktiv forma olub hər iki ağciyərə bərabər surətdə səpələnmiş kiçik ocaqlar şəklində aşkar edilir.

Onu da qeyd etmək lazımdır ki, miliar ocaqlar yalnız texniki cəhətdən yaxşı hazırlanmış rentgenoqramda görünə bilər. Keyfiyyətli rentgenoqramın alınması üçün xəstənin nəfəs alıb-verməməsi əsas şərtdir. Çox vaxt bərabər surətdə xırda ləkələr şəklində ocaqların səpələnməsi ilə birlikdə,ağciyər strukturu dəyişərək tor şəklini alir. Rentgenoqramın əsaslı təhlilində ocaqların ölçülərinin və səpilmələrinin sıxlığının apiko-kaudal istiqamətdə tədricən azalması görünür.

Ağciyərin təkrari rentgenoloji müayinəsi ilə müəyyən edilmişdir ki, vərəm  düyünlərinin rentgenoqramda görünməsi vərəm çöplərinin orqanizmə düşməsindəm 2-3 həftə sonra olur. O vaxta qədər rentgenoloji müayinədə ağciyər strukturunda mühüm dəyişiklik qeyd edilmir.

Xroniki miliar vərəmdə patoloji proses dalğavari şəkildə gah kəskinləşir, gah da sönür. Ona görə də rentgenoqramda təzə ocaqlar fonunda kirəclənmiş vorom ocaqları müşahidə edilir.

Rentgenoloji müayinədə agciyərlərin hər iki tərəfində bərabər şəkildə ocaqların səpilməsi bu xəstəlik üçün xarakter haldır. Xroniki miliar vərəmdə ocaqlar müxtəlif böyüklükdə və intensivlikdə olmaqla təkrari səpilmələr olur. Kəskin miliar vərəmdə isə ocaqlar eyni böyüklükdə olub səpələnməsi bir momentlidir, bundan əlavə xəstəliyin xroniki gedişi ocaqların böyüməsinə imkan yaradır.

Belaliklə, xroniki səpilmiş disseminasiyalı vərəmin rentgenoloji şəklində müşahidə olunan ocaqların polimorfizmi aydınlaşır. Rentgenoloji müayinədə ocaqlar dairəvi,oval və qeyri-müəyyən formalarda olur. Çox vaxt asinoz və asinodoz tipli ocaqlar da müşahidə edilir ki, bu da patoloji-anatomik dəlillərlə sübut olunur. Əksər hallarda hematogen səpilmiş formalı ağciyər vərəmində kökətrafı limfa düyünləri xeyli böyüyür.

Rentgenoloji şəkildə prosesin proqressivləşməsu onların ətrafında perifokal iltihabi sahənin əmələ gəlməsi ilə ifadə olunur. Hematogen formali ağciyər vərəmi üçen dairəvi və nazik divarlı, bir növ ştamplı  kavernalar xarakterikdir.

Yarımkəskin xroniki hematogen vərəm. Yarımkəskin xroniki hematogen vərəm hər iki tərəfdən simmetrik şəkildə yerləşir və zəif kölgəliklər fonunda tünd kölgəli ocaqlar əmələ gətirir. Ağciyərin yarımkəskin xroniki səpələnmiş vərəm formasında ocaqlar daha sıx yerləşir. Bunlar müxtəlif forma,ölçü və intensivlikdə olur.

Zəif kölgəlik verən ocaqların fonunda, kirəcləşmiş tünd kölgəliklərin görünməsi prosesin dalğavari formada (sönməsi və təkrar kəskinləşməsi) getməsini təsdiq  edir. Bir çox hallarda ağciyərlərdə şəbəkəli mənzərəyə rast gəlinir.Əgər səpələnmiş vərəm xoş xassədə davam edərsə və xəstə sağalarsa, rentgenoloji müayinədə ağciyərin şəffaflığı fonunda tünd kirəcləşmiş ocaqlar müəyyən edilir.

Mənsümə Xanlarzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...