HEMANGİOMA NƏDİR

HEMANGİOMAHemangioma əsasən yenidoğulmuş körpələrdə rast gəlinir. Damar endotelindən inkişaf edən xoşxassəli törəmələr məhz belə adlandırılır.

İynə ucu böyüklüyündə olmaqla yanaşı sürətli böyüyərək böyük ölçülərə də çata, böyük bir sahəni də tuta bilir. İçərisi qanla dolu olan damarların artıb çoxalması hesabına sonradan ciddi nəticələrə gətirib çıxardır.

Məsələn, üz nahiyyəsində olan hemangioma göz qapaqlarına da nüfuz edib görmə probleminə səbəb ola bilər. Eyni zamanda irəli zamanlarda qanamaya səbəb olaraq həyat üçün təhlükə törədə bilməkdədir.

loading...

Bu törəmələr əsasən üz bölgəsində olmaqla bədənin damar olan hər yerində görülür. Hətta daxili orqanlardan – qaraciyər damarla zəngin olduğu üçün qaraciyərdə də hemangioma rast gəlinir.

Hemangiomanın müalicə metodunu seçmək üçün ilk növbədə müayinə edilməlidir. Hemangiomanın formasına, ölçülərinə görə müalicə seçimi aparılmalıdır.

Hemangioma daha çox dərmanla müalicə edilir. Yerləşdiyi yerə görə müalicə dəyişə bilir. Hemangimoanın müalicəsində cərrahi əməliyyat və skleroterapiyadan da istifadə oluna bilər. Qarışıq tipli hemangiomada tromboembaliya edilir.

loading...

Bunuda oxu...