HELMİNTOZLAR

Helminə yoluxmuş adamda xəstəlik əlamətlərinin meydanagəlmə dərəcəsi müxtəlif olub, bir tərəfdən parazitlərin xüsusiyyətblərindən və miqdarından, dikər tərəfdən, xəstənin orqanizminin xüsusiyyətlərindən asılıdır.İnsanın bədənində helmintlərin (bağırsaq qurdlarının) parazitlik etməsi, müxtəlif sistem və orqanların işinə mənfi təsir edir, infeksion xəstəliklərə orqanizmin müqavimətini azaldır, çox vaxt hipovitaminoza səbəb olur, sağlamlığa xeyli zərər vurur və insanın əmək qabiliyyətini azaldır. Helminə yoluxmuş adamda xəstəlik əlamətlərinin meydanagəlmə dərəcəsi müxtəlif olub, bir tərəfdən parazitlərin xüsusiyyətblərindən və miqdarından, dikər tərəfdən, xəstənin orqanizminin xüsusiyyətlərindən asılıdır.

Askaridoz. Törədicisi insanın nazik bağırsaqlarında parazitlik edən iri qurddur. Dişi askaridlər yumurtalarını bağırsaqlarda qoyur, sonra bu yumurtalar insanın nəcisilə torpağa düşür və orada invaziya sürfəsi mərhələsinə qədər inkişaf edir. İnsan qida ilə bu yumurtaları udub askaridlə xəstələnir. Bu yumurtalar bağırsaqlarda sürfəyə çevrilir, bağırsaqlann divarını deşib bağırsaq venalarma keçir, sonra isə, qanla birlikdə ürəyin sağ mədəciyinə və ağciyərlərə düşür. Sürfələr ağciyər kapillyarlarının divarından alveollara, sonra bronxlara, nəfəs borusuna və udlağa düşür, burada təzədən udulub bağırsaqlara düşür, burada inkişaf edib iri qurdlara çevrilir. Askardin sürfədən inkişaf edib iri qurda çevrilməsi təqribən 3 ay çəkir. Askarid bağırsaqlarda 1 ilə qədər yaşayır. Beləliklə, askaridozun mənbəyi xəstə adamdır. Adam çirkli əllərini  ağzına apardıqda, tərəvəzi, göyərtini, meyvələri yaxşı yumayıb yedikdə askarid yumurtalarını udur. Askarid yumurtalarının qanla bədəndə gəzməsi ilə əlaqədar olaraq baş verən askaridozun birinci fazasında çox vaxt tez keçib gedən pnevmoniya və bronxitlər baş verir.

Xəstəliyin ikinci, bağırsaq fazasında müxtəlif cür mədə-bağırsaq pozğunluqları (iştahanın pozulması, ürəkbulanma, bəzən qusma, mədə girəcəyi nahiyəsində və göbəyin ətrafında ağrılar, qəbizlik, bəzən ishal, ağız suyunun axması) olur. Çox vaxt əsəbilik, yuxunun pozulması, baş ağrılan, başgicəllənmə kimi sinir pozğunluqları da əmələ gəlir. Askarid yumağı bağırsağın gözünü tutub bağırsaq keçməməzliyi əmələ gətirə bilər. Askaridiər olduqda infeksion xəstəliklər (qarın yatalağı, dizenteriya, skarlatina) daha ağır keçir.  Himenolepidozu nazik bağırsaqda parazitlik edən xırda lent qurd törədir. İçində yetişmiş rüşeymlər olan yumurtalar, adətən, xəstənin nəcisi ilə çıxır. Yumurtalar xəstə adamdan keçir. Adam pinti olduqda və gigiyena qaydalarını pozduqda qurdun yumurtalarını ağzına aparır və udur. Bağırsaqlarda rüşeymlər yumurtalardan çıxır və nazik bağırsağın divarlarına yapışır. 2 həftədən sonra sürfə iri parazitə çevrilir. Bəzən parazit yumurtalar bağırsaqlardan çıxmadıqda da əmələ gəlir, başqa sözlə, parazitin inkişafının bütün mərhələləri bağırsaqlarda gedir. Xəstəlik iştahanm pozulması, qarında ağrılar, sinir sisteminin pozğunluqları şəklində özünü göstərir. Müalicəni mütləq stasionarda aparmaq lazımdır.

loading...

Teniidozlar. Törədicisi donuz və öküz soliteridir. Öküz soliterinin parazitlik etməsinə teniarinxoz, donuz soliterinin parazitliyinə isə tenioz deyilir. Öküz soliterinin uzunluğu 4-6 m, donuz soliterinin 1,5-2 m çatır. Teniindozları ancaq insan yayır, çünki soliterlər, ancaq insanın bağırsaqlarında cinsi yetişkənliyə çatır. Soliterin içində yumurtalar olan yetişmiş buğumları ətraf mühitə insanın nəcisi ilə çıxır. Otlara, torpağa, su hövzələrinə düşmüş parazitin yumurtaları qaramala və donuzlara keçir. Heyvanların udduğu parazit yumurtaları pupdan çıxıb qan damarlarına girir və qanla heyvanın toxumalarına aparılır. Sürfələrin finna adlanan bundan sonrakı inkişafı əzələ toxumasında gedir. İnsan, içində diri finnalar, soliter sürfələri olan əti çiy, yaxud yaxşı bişirmədən (qızartmadan) yedikdə xəstələnir. Bağırsaqlarda finnalardan yaşlı soliter əmələ gəlir, o, 5-7 il insanın bədənində parazitlik edir.

Adətən xəstələr zəiflikdən, iştahanın pozulmasından, ürəkbulanmadan, mədə girəcəyində ağrılardan, ishaldan şikayətlənirlər. Bəzən qanazlığı əmələ gəlir. Trixosefalözüinsanın yoğun bağırsağında yaşayan uzunluğu 4 sm qədər olan xırda parazit—tükbaş törədir. Parazitin yumurtaları ətraf mühitə nəcislə birlikdə çıxır burada onlar yumurtanın içərisində sürfələr əmələ gələnə qədər yetişir. Tükbaşın yumurtaları çirkli tərəvəz, meyvə və su ilə insanın orqanizminə düşür. Tükbaşın sürfələri yumurtadan çıxıb əvvəlcə insanın nazik bağırsağında, sonra isə yoğun bağırsağında yapışıb qalır. Parazitin yaşama müddəti 4-5 ildir. Trixosefalöz qarında qeyri-müəyyən ağrılar, ishal, iştahanın pozulması ilə başlayır, bəzən azca qanazlığı əmələ gəlir. Çox vaxt xəstələr yata bilməmələrindən, baş ağrılarından, zəiflikdən şikayət edirlər.

Enterobiozu insanın nazik və yoğun bağırsağında parazitlik edən bıj qurd törədir. Onun dişisi yumurtalarını anusun ətrafına qoyur, bundan bir qədər sonra tələf olur. Yumurta qoyanda dişi qurdların qurdalanması və onların buraxdığı zəhərli maddələr dözülməz qaşınma əmələ gətirir. Adətən, bıj qurdlar yumurtalarını gecə qoyurlar. İnsan gicişən yeri yuxuda qaşıyır, yerində qurdalanıb əllərini, bədənini döşəkağını və alt paltarını çirkləndirir. Bıj qurdun yumurtaları insanın bədənində 6 saatda yetişir. Adam çirkli əlləri ilə yedikdə yemək şeylərinin üzərindəki yetişmiş bıj qurd yumurtalarını da udur və bu cür xəstələnir. Uşaqlar bıj qurd yumurtalarını ağızlarına nəinki əllri ilə, həm də çirkli oyuncaqlarla da aparırlar. Bebliklə, xəstəlik xəstə adamla təmasda olduqda keçir; ola bilsin ki, adam öz-özünü də xəstəbndirsin.

loading...

Bunuda oxu...