İSTİ HAVADA PİS İNSAN OLURSAN …

Dostunuz sizə zəng edib sizdən ona yaxşılıq etməyinizi xahiş etdikdə, siz kömək etməyə hazır olsanız da bir gözlənilməz faktorla qarşılaşa bilərsiniz: bu istidir. Sosial Psixologiyanın Avropa Jurnalında göstərilən yeni araşdırmaya əsasən, xoşagəlməz dərəcədə isti mühitlərdə insanlar ehtiyacı olan digərlərinə kömək etmək üçün az istəkli olur.

Son tədqiqatlar göstərir ki, – və siz də əlbəttə ki razılaşmalısınız,- həqiqətən isti hava insanlarda ərtafdakılara qarşı kobudluq və ədavət hisləri yarada bilər. Bu ətrafdakı temperatur və “prososial” davranışlar arasında əlaqəni göstərən ilk araşdırmadır.

Bu əlaqəni öyrənmək üçün Lehigh və Northwestern Universitetlərinin tədqiqatçıları üç eksperiment aparıb. Birincisində, onlar belə nəticəyə gəliblər ki, satış mağazasında könüllülük, müştərilərə kömək, onları dinləmək və təkliflər irəli sürmək kimi işlərdə çalışan işçilər xoşagəlməz isti şəraitdə işləyən işçilərdən fərqli olaraq 50% daha az prososiyal olur.

loading...

İkinci eksperimentdə, onlar bu nəticəyə gəliblər ki, hətta isti temperatur haqqında düşünmək belə digərlərinə kömək davranışlarına kifayət qədər təsir göstərir. İlk öncə, iştirakçıların yarısına ödənişli onlayn sorğuda iştirak edərək xoşagəlməz istidə olduqları şəraiti yada salmaq tapşırıldı, daha sonra isə bütün iştirakçılara heç bir əlavə kompensasiya olmadan başqa bir tədqiqatda iştirak etmək tapşırıldı. İsti şəraiti yada salanların sadəcə olaraq 34% sorğunu bitirmək niyyətində idi.

Tədqiqatçılar isti və rütubətli mühitin yorğunluğu artıran, müsbət əhval-ruhiyyəni isə azaldan bir faktor olduğunu və insanlara da yardım əli uzatmağın qarşını aldığını göstərməyə nail oldular.

loading...

Bunuda oxu...