HAŞİMOTO TİROİDİTİ

HAŞİMOTO TİROİDİHaşimoto və ya xronik autoimmun tiroidit tiroid vəzinin autoimmun xəstəliyidir, yəni bədənin öz qoruma mexanizmləri tiroid vəzini yad cisim olaraq qəbul edib, ona qarşı antitellər hazırlayır.

Anti-TPO və anti-tiroqlobulin dediyimiz bu antitellərin tiroid vəz toxumasını zədələməsi nəticəsində vəzidə çoxlu iltihab hüceyrələri toplanır. İlk dönəmdə zədələnmiş tiroiddən qana çox sayda hormonlar keçdiyindən qısa müddətli hipertiroidi görülə bilər.

Daha sonra zaman içində hüceyrələrin zədələnməsi nəticəsində tiroid çatmamazlığı, hipotiroidi əmələ gəlir.

loading...

Pediatrik yaş qrupunda qazanılma tiroid funksiya pozulmalarının ən sıx rast gəlinən formasıdır. Pubertal yaş qrupundakı qızlarda daha çox rast gəlinir.

Xəstəliyə spesifik əlamətlər yoxdur. Adətən, böyümüş, ağrısız qalxanvari vəz izlənilir. Uşaqlarda böyümə ləngiməsi, diqqət pozuqluğu, saçlarda tökülmə, dəri quruluğu, qəbizlik, bradikardiya kimi əlamətlər ola bilər.

Qanda anti-TPO və anti-tiroglobulin yüksək olur. TSH, sT4, sT3 xəstəliyin gedişatından asılı olaraq, hiper-, eu-, hipotiroidi ola bilər.

Uşaqlıq yaşlarında Haşimoto tiroidi izlənən uşaqlar autoimmun poliglandulyar sindrom riski baxımından nəzarətdə olmalıdır.

Uşağın vəziyyətini və klinik gedişatı izləmək üçün hər 3-6 aydan bir pediatr-endokrinoloqun nəzarəti mütləqdir.

Dr. Ləman Sultanova

loading...

Bunuda oxu...