HAŞİMOTO – TİROİD VƏZİNİN İLTİHABI

Haşimoto xəstəliyi bədənin tiroid antigenlərinə qarşı antikor ifrazı ilə ortaya çıxan və tiroid ifrazında əngəllərə səbəb olan bir autoimmun xəstəlikdir.

Haşimoto xəstəliyinin əlamətləri

Xəstənin həkimə getməsinə səbəb olan ilk əlamət Guatr (Azərbaycanca Ur) adlanan tiroid vəzinin şişməsidir.

loading...

UR şişmələri fərqli ölçüdə və formada olsa da, hamısı boyun bölgəsinin qabarıq bir şəkildə görünməsinə səbəb olur.

UR nadir hallarda ağrıya səbəb olur, amma ölçüləri çox böyük olarsa udqunma və nəfəs almaqda çətinlik yarada bilər.

Haşimoto xəstəliyinin digər şikayətləri və əlamətləri:

orta dərəcədə çəkidə artış (5-7kq kökəlmə),

temperatura qarşı həssaslıq (üşümək və ya istilənmək)

tezyorulmaq,

aybaşı tsiklində pozulma,

gənc qadınlarda hamilə qala bilməmə problemi ,

qurudəri və qabarıqüz,

saçtökülməsi və qaşincəlməsi,

səs problemi,

depressiya,

qəbizlik,

yavaş ürək döyüntüsü,

xolesterol səviyyəsində artışı

loading...

Bunuda oxu...