HARVARD UNİVERSİTETİ

Harvard tək ABŞın yox həmdə dünyanın ən yaxşı universitetlərindən biridir. Bunu onun hər il müxtəlif təşkilatlar və KİV tərəfindən yaradılmış reytinqlərdə ilk üçlüydə olmasıda sübut edir. Harvard, ABŞ-ın şimal-şərqində yerləşən 8 prestijli universiteti cəmləşdirən Sarmaşıq liqasının üzvüdür. Harvard 8 sentyabr 1636-cı ildə Massaçusets ştatının Kembric şəhərində yaradılıb.

Harvard universitetiUniversitetin devizi – Veritas, yəni həqiqət. Harvardın endaumenti, yəni qeyri- malii təşkilata, aktiv fəaliyyətə görə edilən ianə, $37 mlrd. bərabərdir, hansıki çox böyük göstəricidir. Universitet 2671 akademik işçiyə və 21 min tələbəyə sahibdir.

Təhsil haqqının böyük olmasına baxmayaraq böyük endaument universitetə
şərait verirki o tələbələrə maliyi yardım etsin. Harvard məzunları arasında 8 ABŞ prezidenti, 62 yaşayan milliarder və digər yüksək vəzifəli şəxslər var. Günümüzə qədər 150 Nobel laureatı, 18 Fields medalisti və 13 Turinq Award qalibi Harvarda tələbə yaxud prefessor qismində fəaliyyət göstərib.

loading...

Harvard 11 ayrı akademik bölmələrdən ibarətdir – 10 fakultə və Qabaqcıl Tədqiqat üçün Redklif İnstitutu. Universitetin kitabxana şəbəkəsi 80 yaxın kitabxana birləşdirir və 18 mln. çox nüsxəyə sahibdir. Bu onu ABŞ ən böyük akademik kitabxanası edir. Həmçinin universitet bir neçə muzeyə və şəxsi nəşriyyat evinə sahibdir.

Harvardın dərs deyənləri arasında bioloq E. O. Wilson, koqnitivist Stiven Pinker, fizik Lisa Randall, tarixçi Nial Ferqyuson, iqitisadçı Amartya Sen, siyasi filosof Michael Sandel, Fields Medalisti riyaziyyatçı Şing-Tunq Yau, politoloq Robert Putnam, Joseph Nye, astrofizik Alyssa A. Goodman və bir çox tanınmış elm xadimləri var.

1912 – ci ildə yeni asteroidə Harvard adı verildi və yüz ildən bir az sonra, 2007-ci ildə Harvard ilk qadın prezidentini Dryu Jillin Faustu seçdi, hansıki universitetin 28-ci prezidenti oldu.

loading...

Bunuda oxu...