HANTAVİRUS NƏDİR

HantavirusHantavirus gəmircilərdən yayılan virusdur, əsasən siçanlardan. İnsanın hantavirusa yoluxması əsasən heyvanlarla əlaqə yaxud insan bədəninə həmin heyvanların işəməyi, tüpürcəyi və sarə həyat məhsullarının düşməsi nəticəsində baş verir.

Hantavirus insana havadakı tozla, heyvan işəməyi ilə çirklənmiş su yaxud qida qəbul etdikə yoluxa bilər. Həmçinin gəmirçinin dişləməsi nəticəsində. Yoluxma əsasən tənəffüs yolları vasitəsilə baş verir.

Hantavirus insandan insana keçmir. Yoluxucu deyil. Hantavirusa yoluxmuş insanın simptomları:

loading...

Qızdırma

Titrətmə

Əzələ ağrısı

Mədə-bağırsaq simptomları

Qulaq və boğaz ağrısı (nadir hallarda).

Xəstəlik sürətlə inkişaf edə bilər və həyati təhlükə yaradar. Böyrəklərin tutulması tənəffüs sisteminə və qan dövranına təsir edir və müxtəlif klinik vəziyyətlərə səbəb olur. Yüksək təzyiqə, ağciyər şişi, böyrək çatışmazlığı və infarkta qədər səbəb ola bilər.

Hantavirusa yoluxma simptomları 2-4 həftə sonra əmələ gələr. Ancaq müəyyən hallarda 6 həftədə ola bilər. Hantavirusla ağrımış insanlarda bu xəstəliyə qarşı uzunmüddətli, bəzən ömürlük, immunitet yaranır.

Günümüzdə hantavirusdan effektiv müalicə metodu yoxdur. Yeganə metod simptomlarla mübarizə və immunitetin gücləndirilməsidir. Virus yaz və payız aylarında, çox zaman 20-50 yaş arasında olan kişilərdə müşahidə edilir, beləki məhz onlar gəmiricilərlə yüksək təmasda olurlar.

İlk dəfə hantavirus haqqında 1978-ci ildə yazılıb. Son zamanlar bu tip viruslara yoluxma halları artıb. Hər il bu növ yeni viruslar aşkar edilir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...