HANSI QİDALARDA HANSI VİTAMİNLƏR VAR?

vitaminlərVitaminlər insan orqanizmində bir çox önəmli funksiyaları yerinə yetirir. Bəzi vitaminlərin xəstəliklərə qarşı qoruyuculuğu, bəzilərinin isə sinir sistemi üzərindəki təsiri daha çoxdur. Sağlam olmaq üçün sadəcə protein və karbohidrat tərkibli qidalar daha az qəbul edilməli, orqanizmin ehtiyacı olan vitaminlər isə gündəlik qida rasionunun tərkibində yeyilməlidir.

Bəs hansı qidalarda hansı vitaminlər var?

A Vitamini

loading...

A vitamini böyümə, sümük və dişlərin möhkəm olması ilə yanaşı infeksiyalara qarşı effektiv təsirə malikdir. A vitamini çatışmazlığı nəticəsində gecə korluğu və korluq, diş və dişəti xəstəlikləri, saçlarda tökülmə və kəpək, dəridə quruluq, göz quruluğu meydana gələ bilər.

Cəfəri, ispanaq, kartof, qabaq, brokoli, kök, portağal, avakado kimi meyvə və tərəvəzlər, buğda, göbələk, paxlalılar, kərə yağı, yumurta, qaraciyər, süd, qoz, balıq kimi qidalar A vitamini ilə zəngindir.

B Vitamini

B vitamini çatışmazlığı dərinin yaşlanması, iştahsızlıq, əsəbilik, qəbizlik,

hiperaktivlik, yuxusuzluq kimi problemlərə gətirib çıxara bilər.

Taxıl bitkiləri, kartof, göbələk, ispanaq, ton balığı, pomidor, badımcan, badam, kələm, alma, kök, toyuq, hind quşu, fındıq, fıstıq, sarımsaq B vitamini ilə zəngindir.

C Vitamini

Qış mövsümündə orqanizmimizin ən çox ehtiyacı olan, qrip və soyuqlama kimi xəstəliklərə qarşı güclü təsir göstərən C vitamini qidalar vasitəsilə qəbul edilir.

Brokoli, soğan, cəfəri, kök, portağal, mandarin, qreyfrut, nar, yaşıl və qırmızı acı bibər C vitamini deposudur.

D Vitamini

Günəş işığı ən yaxşı D vitamini mənbəyidir. Qış fəslində günəş şüaları daha az olduğu üçün qəbul olunan qidalarla D vitamini ehtiyacı qarşılanmalıdır. Uşaqların diş və sümüklərinin formalaşmasında və sümük əriməsinin qarşısının alınmasında D vitmini çox önəmlidir.

Süd və süd məhsulları, qaraciyər, balıq, göbələk, pendir D vitamini ilə zəngindir.

E Vitamini

Antioksidant təsirli E vitamini immunitet sistemini gücləndirən vitaminlər arasındadır və uşaqların inkişafında çox önəmlidir. Bərpaedici xüsusiyyəti olduğu üçün E vitamini bir çox kosmetik məhsulların tərkibinə daxildir.

Qarğıdalı, günəbaxan tumu, yaşıl zeytun, kələm, ispanaq, brokoli, pomidor, kivi, manqo, qoz, fıstıq, badam, buğda zəngin E vitamini tərkiblidir.

loading...

Bunuda oxu...