HAMİLƏLİYİN TƏSDİQ OLUNMASI VƏ DİAQNOSTİKASI

Əvvələr qadınlar hamiləliyin olub-olmamasını öz əhvallarında baş verən dəyişikliklərlə təyin edirdilər. Menstruasiyanın pozulması, tez yorulma, döş vəzlərinin dəyişməsi, ürək bulanma və s. hamiləliyi təsdiq edən yeganə əlamətlər idi. Qarın nahiyyəsinin böyüməsi son və tam təsdiq kimi qəbul olunurdu.

Hal-hazırda qadınlar öz hissiyyatlarına az güvənir və hamiləliyi təsdiq etmək üçün daha çox tibbi testlərə müraciət edirlər.

Sidik vasitəsi ilə aparılan testlər, adətən, son aybaşıdan altı həftə sonra istifadə olunur. Yüksək effektifliyə malik test hesab olunmasına baxmayaraq, burada da bəzən yanlış nəticə alına bilər. Son aybaşıdan sora 6 həfətəyə qədər qanın analizi də informativ ola bilər. Bu günki gündə hamiləlik diaqnozu, qadının sorğu-sualı, həkimin müayisi və USM əsasında qoyulur.

loading...

Aşağıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə yaranmamasına baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir:

Dispepsiya əlamətləri, xəncərvari çıxıntı altında ağırlıq hissinin yaranması, tüpürcək ifrazının artması, ürəkbulanma, səhər acqarnına qusma, iştahanın dəyişməsi və ya bəzi növ qida məhsullarına (ət məhsullarına) ikrah hissinin yaranması, kəskin və turş qidalara hərislik, qəbzlik, yeməli olmayan madələrə – əhəng, təbaşir, gil və s.- hərislik.

Sinir sisteminin və psixi sferanın funksional pozulmaları: yüngül sinir qıcıqlanması, eşitmə və qoxubilmə qabiliyyətinin güclənməsi, kövrəklik, özünə qapanma;

Maddələr mübadiləsində dəyişikliklər, dərialtı piy təbəqəsinin artması, döş giləsinin və gilətrafı nahiyyənin, ağ xəttin və bəzən üz nahiyyəsinin piqmentasiyası;

Hamiləlik zolaqlarının (çapıqların) yaranması.

Bütün bu əlamətlər hamilə qadınlarda rast gəlinir, lakin hər zaman hamiləliklə əlaqədar deyil, ona görə də onlar təqribi əlamətlər adlanır. Hamiləliyin dəqiq əlamətlərinə aiddir:

  • sağlam, müntəzəm cinsi əlaqədə olan, döllənmə mümkün olduğu yaş dövründə olan qadında aybaşının kəsilməsi;

  • durğunluq əlamətləri: uşaqlıq yolu girişinin, divarlarının və uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin göyərməsi. Uşaqlığın ölçülərinin gecikmə müddətinə uyğun olaraq böyüməsi, konsistensiyasının və formasının dəyişməsi;

  • süd vəzilərinin sərtləşməsi və molozivonun yaranması.

loading...

Bunuda oxu...