HAMİLƏLİYİN İLK ƏLAMƏTLƏRİ

Hamiləlik əlamətləriÇox zaman hamilə olduqda qadın bunu həmən anlamır. Ancaq hamiləliyin ilk əlamətləri vasitəsiylə hamiləliyi ilkin dövrdə anlamaq olar. Mayalanmanın ilk əlamətləri adətən diqqətdən qaçır. Bunun baş verməməsi üçün orqanizmi diqqətlə izləmək gərəkdir.

Hamiləliyin ilk əlamətləri yaxud mayalanmanın ilk əlamətləri bunlardır:

Aybaşının olmaması. Əgər gecikmə 10 gündən çoxdursa bu mayalanmanın ilk əlamətləindən biridir. Ancaq hərdən bu sağlamlıqla və uzunsürən stresslə əlaqəli ola bilər. Son sözü mütləq həkim deməlidir.

loading...

Göbəyin altında olan xəttin və döş gilələrinin ətrafının qaralması. Qarından keçən xətt ağ xətt adlanır. Onun qaralması ilkin hamiləlik zamanı hormonlara görə baş verir. Bu hamiləliyin ilk ayında baş verir və döş gilələrinin ətrafıda qaralır. Mayalanmanın ilk əlamətlərindən ola bilər.

Yanaqlar qaralır. Bu əlamət bütün qadınlarda olmur. Doğuşdan sonra dərinin rəngi normal vəziyyətə qayıdır.

Qarının aşağısında ağrı. Əgər aybaşı zamanı olan qarın ağrıları varsa, ancaq aybaşı yoxdursa bu hamiləliyin ilk əlamətlərindəndir. Hamiləliyin ilkin dövründə qarının aşağısında ağrılar ola bilər.

Yuxululuq və yorğunluq. Daimi, istirahət etdikdə belə itməyən, yorğunluq hamiləliyin ilk əlamətlərindən sayılır. Hamilə qadınalar rəfiqələrindən daha tez yorulurlar.

Tez tez sidiyə çıxmaq. Bu hormonal fonun dəyişməsinə görə ola bilər. Ancaq əsasən hamiləliyin sonrakı dövrlərində olur, beləki böyüyən körpə sidik kisəsinə təyziq edir.

Dərinin rəngini dəyişməsi. Dəri orqanizmdə baş verən dəyişikliklərdən birinci xəbər verə bilər. Əgər əvvəllər səpki olmayıbsa, ancaq birdən sifətdə səpki əmələ gəlirsə bu hamiləliklə əlaqədar hormonal dəyişiklikdən ola bilər.

Səhərlər ürəkbülantısı. Bu hamiləliyin ilk 3 ayında baş verir və mayalanmanın ilk əlamətlərindən biri kimi sayılır.

Bədənin bazal hərarətinin qalxması. Əgər səbəbsiz bədən hərarəti həmişəkindən yüksəkdirsə bu hamiləliyin ilk əlaməti ola bilər.

Sinədə hissiyatın artması da hamiləliyin ilk əlamətindən sayılır.

Qəbizlik də mayalanmanın ilk əlamətlərindən sayıla bilər.

Hamiləlikdə oğlan əlamətləri haqqında bu məqalədə oxuyun.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...