HAMİLƏLİYİN ƏLAMƏTLƏRİ

Hamiləlik əlamətləri

Hamiləliyin əlamətləri bir neçədənədir. Əgər səhərlər ürəyiniz bulanırsa, bəyəndiyiniz ətirlər artıq xoşunuza gəlmirsə və bir çox başqa əlamətlər varsa bu sizin hamilə olduğunuzdan xəbər verə bilər. Hamilə olduğunuzu dəqiqləşdirməyin bir neçə yolu var.

Hamiləlik testi, ev şəraitində, hamiləliyi təsdiq etmək üçün ən sadə üsuldur. Hamiləlik testini hər bir aptekdən əldə etmək olar. Dəqiqlik üçün proseduru bir neçə gün təkrarlamaq lazımdır. Əgər hər dəfə testdə iki xəttdirsə siz böyük ehtimalla hamiləsizin.

loading...

Bundan sonra ginekoloqa getmək vacibdir. Həkim sizi müayinə edəcək, həmçinin o qan analizidə götürə və Ultrasəs müayinə (UZİ) təyin edə bilər. Bu hamiləliyin müddətini öyrənmək üçündür.

Hamiləliyi düşündürən və dəqiqləşdirən bir çox simptomlar vardır. Bunların bir qismi erkən hamiləlikdən, bir qismi isə daha gec ortaya çıxır.

Hamilə olub-olmadığını öyrənmək üçün tez-tez hamiləlik testlərinə müraciət etmək çox da önəmli deyil. Hamiləliyin mümkün əlamətlri bunlardır:

Həmiləliyin əlamətləri:

Əsas əlamət menstruasiyanın olmamasıdır

Bir çox qadınlar döş nahiyyəsində ağrı və böyümə hiss edir

İştah və dad dəyişiklikləri

Səhərlər ürək bulantısı

Müxtəlif ətirlərin xoşa gəlməməsi

Əhvalın kəskin dəyişməsi

Bəzən sifətdə piqment ləkələrinin əmələ gəlməsi, döş gilələrinin qaralması.

Yuxarıda sadalanan hamiləliyin ilk əlamətləri yalnız şübhə yaradır. Əmin olmaq üçün sidikdə və ya qanda hamiləlik təyini olunmalıdır. Menstruasiya 2 gün belə geciksə qanda hamiləliyin təyin olunması mümkündür.

Testlə dəqiqləşən hamiləliyin normal uşaqlıqda inkşaf etməsindən əmin olmaq üçün 4-5 həftədə USM olunmalıdır. Ultrasəs cihazının imkanlarından asılı olaraq 5-6 həftələrdə ürək döyüntü təyin oluna bilər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...