HAMİLƏLİKDƏ YEYİLMƏSİ VACİB OLAN QİDALAR

Quru Meyvələr

Hamiləlik dövründə nizamlı qidalanmaq çox vacibdir. Hamiləlikdə qoz, fındıq, fıstıq, badam və quru meyvələr yemək lazımdır. Quru meyvələr sizin və körpənizin sağlamlığı üçün çox vacib olan yağlara sahibdir. Qoz-fındıq maqnezium, mis, kalium, kalsium və vitamin E tərkiblidir. Bu vitaminlər körpənizin beyninin inkişafına müsbət təsir edir. Həddindən artıq yeməməyə də diqqət edin.

Ərik qurusu da çox xeyirlidir. Kalium elementi ilə zəngin olan ərik qurusu ürək xəstəlikləri olan insanlar üçün əsl təbii dərmandır.

loading...

Ərik qurusu dəmir elementi ilə də zəngindir və bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar, hamilə qadınlar üçün olduqca faydalıdır.

Yerkökü

Hamiləlikdə ara payda, qəlyanaltı kimi kök yeyin. Kök körpənizin diş, göz və sümük inkişafına kömək edən vitaminlərlə zəngindir. Kökü salatlara, şorbalara, piroq və ya kekslərə də əlavə edə bilərsiniz.

Vitamin və minerallarla zəngin olan yerkökü orqanizmin mineral maddələrə olan sutkalıq tələbatına yaxşı təsir göstərir. Bu baxımdan çoxları bu tərəvəzi təbii vitamin və qida maddələri içində qızıl mədəninə bənzədir. Bu bitki güclü təmizləyici təsirləri ilə qaraciyəri lazımsız maddələrdən təmizləyir.

Onun tərkibində olan beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin yaxşılaşmasına, immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin güclənməsinə, tiroid vəzində ola biləcək problemlərin aradan qalxmasına kömək edir. Həm də zehni fəaliyyəti gücləndirir.

Kök suyu içmək, hamilə qadınlar və kiçik uşaqlar üçün çox xeyirlidir. A vitamini ana bətnindəki körpənin normal inkişafı üçün olduqca əhəmiyyətlidir.

Dr. Afa Tağıyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...