HAMİLƏLİKDƏ TOKSOPLAZMOZ

Toksoplazmoz toksoplazma gondii adı verilən parazita yoluxma nəticəsində baş verən bir xəstəlikdir. Toxoplasmanın esas sahibi pişikdir, lakin bəzi vəhşi heyvanlar və gəmiricilər də daşıyıcısıdırlar .

Bu infeksiyaya iki oluxma yolu var:

Pişik bağırsağından toxoplazma bölünərək çoxalır və oosist halında nəcis ilə çölə atılır. Bu oosistler çöx davamlıdırlar – yerdə, otlarda uzun müddət qalirlar. Tərəvəzlərə, otlara, meyvələrə yapışırlar və ağız yolu ilə insana keçə bilərlər (eger meyvə, tərəvəz pis yuyulursa).

loading...

Oosistlər yapışan otlar mal (inək, qoyun) tərəfindən yeyilmiş olurlar. Mal yoluxur, ve toksaplazma əttə uzun müddət qalır. Sonra yaxşı bişməmiş əti insanlar yeyir və nəticədə toksoplazmaya yoluxur.

Hamilələr bu yollarla infeksiyanı alırsa infeksiya cift vasitəsilə körpəyə də keçə bilər. Xəstəliyin ən dəhşətli nəticələri hamilə qadınlar üçün olur. Toksoplazma hamiləliyin normal gedişatına mane olur və dölün anadangəlmə qüsurların inkişafına səbəb ola bilər. Toksoplazma ilk dəfə gələcək ananın bədəninə daxil olarsa, uşaqa yoluxma riski çox yüksəkdir.

İnfeksiya ilk 3 ayda körpəyə 15%da, ikinci trimesterda 30%, üçüncü trimesterda 60% keçə bilər. Lakin ilk trimester körpəyə keçən infeksiya daha ciddi problemlər yaradır. İrəli aylarda keçən infeksiya daha az problemlərə səbəb olur. Lakin her halda toksoplazmoz hamilə qadında çöx ağır keçir.

ToksoplazmozYoluxmuş uşaqda bətndaxili ölüm, inkişafın ləngiməsi, mikrokefaliya, kəllədaxili mikrokalsinatlar, hidrosefaliya (beyində su toplanması), sarılıq, qaraciyərdə və dalaqda böyümə, görmə problemləri, zəka geriliyi, sətəlcəm kimi problemlər yarana bilər . Hamiləlik meydana gəlmədən əvvəl keçirilən infeksiya hamiləlik zamanı problem yaratmır.

Əgər qadın hamiləlikdən əvvəl yoluxmuş olursa, onun bədənində parazita qarşı olan müdafiə proceslar körpəni qoruyacaq. Bəzi körpələrdə hamiləlik zamanı heç bir problem olmadığına baxmayaraq uzun müddet sonra nevroloji, görmə və eşitmə problemlər baş verə bilərlər.

Hamilə qadınlarda xəstəliyin klinik əlamətləri. Əksər hallarda qadının heç bir şikayəti olmur. Həstələrin təxminən 10%da sadalanan şikayətlər ola bilər: baş ağrısı, yüngül qızdırma, limfa düyünlərin böyuməsi, əzələdə yüngülvari ağrılar. Nadir hallarda qaraciyərin və dalaqın böyuməsi, titrəmə, zəiflik, sarılıq, qarının yuxarı nahiyasində ağrılar, hərarət 37,5 ° C-dən yuxarı ola bilər.

Toksoplazma diaqnozu necə qoyulur? Qanda parazita qarşı anticisimlərin səviyəsi yoxlanılır. IgM aşkarlanması infeksiyanın yeni keçirildiyini göstərir. IgG anticismlər isə köhnədən keçirilən və immunitet qazanılmış infeksiyasını göstərir. Lakin bu anticisimlər hər zaman çox dəqiq məlumatı vermir. IgM anticismlər bəzən infeksiyadan sonra 1-2 il ərzində müsbət qalabilərlər.

Bu vəziyyətdə toksoplazma IgG avid testi ilə infeksiyanın nə qədər müddət əvvəl keçirildiyi haqqında məlumat almaq olar. Avid testinin yüksək olması infeksiyanın ən azı 3 ay əvvəl keçirildiyini göstərir. Avid testinin aşağı olması infeksiyanın son 3 ay ərzində keçirildiyini göstərir. Toksoplazmanın müalicesiantibiotiklerle olur.

Hamiləlikdə evdə pişiyi olan qadinlar toksoplazmadan qorunmaq üçün bəzi xüsusiyetlərə diqqət etməlidirlər. Pişiyin nəcisi ilə hamilələr təmas etməməlidir. Pişiyin nəcisini və qumunu başka kimsə təmizləməlidir. Pişiyə toxunduqdan sonra əllər sabunla yuyulmalıdır. Çiy ət ya da az bişmiş ət, kolbasa, sosiska kimi yeməkləri yeməməlidir. Çiy əti kəsdiyi pıçakları yaxşıca yumaq lazım. Meyvə və tərəvəzləri bol su ilə yumaq lazım.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...