HAMİLƏLİKDƏ PEYVƏND

Hamiləlikdə peyvənd etdirmək olarmı? Hansı peyvənd? Məsələn, qrip virusuna qarşı peyvənd.

Hamiləlik zamanı qrip əlehinə peyvənd edilməsi lazımdır. Çünki hamiləlik zamanı bu virus dölə ciddi ziyan edə bilir, son aylarda erkən doğuma belə səbəb ola bilir.

Qrip əlehinə peyvəndin tərkibində nə var: ölü viruslar!

loading...

Ölü viruslar immun sistemə ona qarşı anticisimlər yaratması barədə siqnal ötürür sadəcə. Başqa heç nə. Yəni onun xəstəlik törətmə xüsusiyyəti yoxdur. Peyvənd olunan hamilə iki üstünlük qazanır:

1 – hamiləlikdə yarana biləcək risklərdən uzaq olur.

2 – doğulacaq körpəyə də anticisimlər ötürmüş olur. Beləliklə, onu da qrip və onun həyatı təhlükəli ağırlaşmalarından qorumuş olur.

Peyvənddən iki həftə sonra immun sistem müdafiəyə hazır olur. Ona görə də virus mövsümündən bir-iki həftə öncə peyvənd etdirmək məsləhətdir. Çünki, xəstələnmiş vəziyyətdə etdirmək immuniteti zəiflədər və xəstəliyin ağır keçməsinə səbəb ola bilər.

Hər hansı peyvənddən allergiyanız olubsa və son dönəmdə yumurtaya qarşı allergik reaksiyanız olubsa o zaman təxirə sala bilərsiniz.

Dr. Aytən İsmayilzadə

loading...

Bunuda oxu...