HAMİLƏLİKDƏ ÖDƏM

Hamiləlik günləri özəl olduğu kimi eyni zamanda, çətinlikləri də var.

Bu çətinliklərdən biri də hamiləlikdə rastlaşılan ödəm problemidir.

Ödəm orqanizmin müəyyən hissəsində su yığılma nəticəsində yaranan şişkinlikdir. Hamiləlik böyüdükcə bu problemlə tez – tez qarşılaşılır. Hamiləliyin ilk həftələrində ödəm problemi olmur, adətən, hamiləlik böyüdükcə, çəki artdıqca bu problemlə üzləşirik.

loading...

Daha çox da kilolu xanımlarda ödəm tez – tez rast gəlinir. Hamiləlikdə ödəm daha çox hansı zonada rast gəlinir:

Ayaqlarda

Əllərdə

Barmaqlarda

Üzdə

Adətən, hamilələrdə ayaqların şişməsi ilə əlaqədar, ayaqlar böyüyür, nəticədə ayaqqabı ölçüsü uyğun gəlməz. Hətta xanımlarımız, bir müddətlik sevdikləri üzüklərlə vidalaşmalı olurlar.

Odur ki, hamiləlikdə ödəm zamanı həkimə müraciət etməli və həlim nəzarəti altında qarşısı alınmalıdır.

Dr. Şövkət Əliyeva

loading...

Bunuda oxu...