HAMİLƏLİKDƏ NECƏ YATMAQ LAZIMDIR?

yuxusuzluqSol və ya sağ böyrü üstə yatış vəziyyəti – hamiləlik zamanı ən rahat vəziyyətdir. Bu vəziyyətdə aşağı boş vena, çanaq sümüyü və qarın boşluğu orqanları sıxılmır, ciftin qan dövranı pozulmur.

Böyrü üstə, mayalanma anından, doğuşa qədər yatmaq olar. Bir çox qadınlar hamiləlik zamanı sağ böyrü üstə yata bilmirlər. Burada həzm sisteminin mühüm orqanları, qaraciyər və öd kisəsi yerləşir. Onların sıxılması zamanı, qıcqırma və qarınağrısı yarana bilir.

Hamiləlik zamanı yuxu üçün olan ən optimal vəziyyət – sol böyrü üstü vəziyyətidir. Bu vəziyyətdə, sol ayağınızı uzadın, sağ ayağınızı isə dizdən əyin. Bu vəziyyətdə, qarın əzələlərinin yükü azalır və uşaqlıq rahatlaşır.

loading...

Həddən artıq sərt və ya həddən artıq yumuşaq səth üzərində yatmayın. Döşək orta sərtli, çökəksiz və hamar olmalıdır.

Uzun müddət bir vəziyyətdə yatmaq olmaz. Hər 2-4 saatdan bir vəziyyəti dəyişmək lazımdır.

Rahatlıq üçün xüsusi yastıqlardan istifadə etmək olar. Belə yastıqlar onurğa sütununun və arxa əzələlərin gərginliyini azaldır və rahat rahat yuxu şəraiti yaradır. Hamiləliyin 12 həftəsinə qədər istənilən şəkildə yatmaq olar, çünki bu dövrdə uşaqlıq kiçik çanaq boşluğunda olur.

loading...

Bunuda oxu...