HAMİLƏLİKDƏ MÜMKÜN MƏDƏ ŞİKAYƏTLƏRİ

HamiləlikHamiləlikdə hormonların yüksəlməsi, uşaqlığın böyüyərək mədəyə təzyiq etməsi, mədədə ağrı, yanma, turşuma kimi şikayətlərlə özünü biruzə verə bilər. Hətta xalq arasında belə şikayətlər başladığı zaman bunu körpənin tüklənməsi ilə əlaqələndirirlər, halbuki mədə şikayətlərinin səbəbi bu deyil.

Yüksələn hormonların təsiri ilə mədənin yemək borusu ilə birləşdiyi hissə genişlənir və buradan mədə turşusu qida borusuna keçərək yanma şikayətlərinə səbəb olur və bu reflüks adlandırılır. Reflüsksü olan pasientlər ağızlarına turş, acı suyun gəlməsindən şikayət edirlər.

Uşaqlığın böyüyərək mədəyə təzyiqi nəticəsində, hamiləliyin son həftələri yuxarıda qeyd oluna şikayətlər daha çox təkrarlana bilər. Mədə ağrısı və yanması şikayətləri, ağıza acı su gəlmədən, yəni reflüks olmadan da müşahidə oluna bilər.

loading...

Bəzən hamiləlikdən öncə artıq mövcud olan və ya hamiləlik dönəmində yaranan mədə xorası, qastrit kimi problemlər də , mədədə ağrı, yanma turşuma kimi şikayətlərə səbəb ola bilər. Hamiləlik dönəmində, aşağıda qeyd etdiyimiz məsləhətlərə riayət etdiyiniz , mədə turşuluğuna qarşı dərman qəbul etdiyiniz halda belə, mədə ağrısı və narahatçılığı keçməzsə, bu halda qastroenteroloqa müraciət edilməlidir.

Hamiləlikdə Mədə Ağrısı və yanması necə keçə bilər ?

1 oturumda doyuncaya qədər, çox yemək əvəzinə, az-az amma tez-tez yemək

Mədə yanması zamanı ilıq süt içmək

Qızartma, duzlu istiotlu, çox ədviyyatlı yeməklər mədə şikayətlərini daha çox artıra bilər, bu səbəbdən belə yeməklərdən uzaq olmaq.

Sıx geyimlər geyinməmək

Siqaret çəkməmək (hamiləlikdə bu hər baxımdan zərərlidir).

Çox qəhvə içməmək

Yatarkən və uzandığınızda yüksək yastıq istifadə etmək

Hamiləlik dönəmində, mədə ilə bağlı şikayətləriniz zamanı yalnız həkimizin məsləhəti ilə dərman qəbul edə bilərsiniz.

Dr. Rumiya Maçanova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...